Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-450/2025 10.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, Naxçıvan şəhəri, Hüseyn Rəhmanov küçəsi, döngə 4, ev 8 qeydiyyatda olmaqla Naxçıvan Şəhəri, 7-Ci Məhəllə, Ev 7 Ünvanında ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və X2 Şəhər Məhkəməsinin 2(078)-895/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində icra məmuru X3 tərəfindən Şəxs izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən aydın olur ki, Şəxs hüquq və vəzifələri izah olunmuşdur. xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən aydın olur ki, müdafiəçi tutmaq istəmir və bu onun maddi imkanı ilə bağlı deyildir. xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-895/2023 nömrəli və 2(078)-1285/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə iş materialları ilə tanış olub və heç bir etirazı yoxdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-895/2023 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1285/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə, əsasən, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və X5 Rüfət Əli oğluna icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərara əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə Şəxs icra sənədi könüllü icrası haqqında bildiriş verilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əvvəl işlədiyini, indi işləmədiyi üçün ödəyə bilmədiyini, iş tapa bilmədiyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahatında ümumiyyətlə icra sənədi icrada olduğu müddətdə ödəniş aparılmadığını bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-450/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-450/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver