Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-451/2024 29.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhəri, Əzizbəyov rayonunda anadan olmuş FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, işsiz, subay, Cəbrayıl rayon Alıkeyxalı kəndində qeydiyyatda olub Naxçıvan şəhəri A.Şadlinski küçəsində kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 12:45 dəqiqədə Naxçıvan şəhəri Əziz Əliyev küçəsi ilə Topşubaşov küçəsinin kəsişməsində baş vermiş avtoqəzada Şəxs idarə etdiyi Livan Maple x3 pro markalı, ** AF *** nömrəli avtomobillə düz istiqamətdə hərəkətdə olarkən X1 idarə etdiyi VAZ-2107 markalı ** BF *** nömrəli avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı ** BF *** nömrəli avtomobildə olan sərnişin Şərur rayon Kürkənd kənd sakini, 2003-cü il təvəllüdlü X5 baş nahiyəsindən küt travma xəsarəti alıb. Araşdırma zamanı Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən xx.xx.2024-cü il tarixli 975 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı heç bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 22 11.2024-cü il tarixdə verilmiş 1643 nömrəli tibbi arayışa əsasən Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “Praktik sağlam” diaqnozu qoyulmuşdur. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin 19 iyun 2024-cü il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə HKpi-457/24 №-li material üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində 29 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar şəxsdir. Təqsirini boynuna alır. O, “Renta Car”-dan Livan Maple x3 pro markalı, ** AF *** nömrəli avtomobili icarəyə götürüb idarə edirdi. Sürücülük vəsiqəsi yoxdur. Hadisə xx.xx.2024-cü il tarixdə gecə saatlarında olub. Svetaforun işığına diqqətlə baxmayıb. Hadisə zamanı hərəkət sürəti 40 km/saat olub. Xəsarət alan olmayıb. Sadəcə avtomobillərə ziyan dəyib və o ziyanı tamamilə qarşılayıb. Haqqında inzibati protokol tərtib edilmişdir. Əməlini etiraf edir, peşmandır. Ailə vəziyyətini nəzərə alıb ona həbslə bağlı olmayan tənbeh verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə baxşı iclasında iştirak etməmiş, lakin o, məhkəmə prosesi zamanı videogörünüt vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, hadisə zamanı özü hər hansı xəsarət almayıb. Şəxs tərəfindən onun idarə etdiyi VAZ-2107 markalı ** BF *** nömrəli avtomobilə vurulmuş ziyan tam şəkildə ödənilib. Onun heç bir tələb və şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. Həmin maddənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-451/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-451/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver