Məhkəmə qərarları › İş №3(078)-452/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-452/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-452/2023 27.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-671/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, Şəxs xx.xx.2020-ci il tarixli, 20032856 nömrəli müqavilə üzrə Samsung LED TV üçün 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 107 (bir yüz yeddi) manat cərimə olmaqla ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X5 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-759/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, Şəxs 24 yanvar 2020-ci il tarixli, 133sNFT/20 saylı kredit müqaviləsi üzrə 940 (doqquz yüz qırx) manat əsas, 154.27 (bir yüz əlli dörd manat iyirmi yeddi qəpik) manat faiz, 1.66 (bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1095.93 (bir min doxsan beş manat doxsan üç qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, "xxxx" KB ASC tərəfindən 27 aprel 2021-ci il tarixdə 2 nömrəli ödəniş tapşırığı ilə “X2” ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-542/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli icra vərəqəsinin surətinə əsasən, xx.xx.2020-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi üzrə 4699.30 (dörd min altı yüz doxsan doqquz manat otuz qəpik) manat əsas borc, 843.45 (səkkiz yüz qırx üç manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 5542.75 (beş min beş yüz qırx iki manat yetmiş beş qəpik) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının Şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İş üzrə icraata 17 avqust 2021 və 19 avqust 2022-ci il tarixlərdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqələrinin surətinin müvafiq məktubla göndərilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, borcu yaranmış, beləliklə, Şəxs icra vərəqələrini üzrsüz səbəbdən icra etməmiş və icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq icra vərəqələrinin icrasını yerinə yetirmədiyini, bu səbəbdən borcunun yarandığını, ödəmə etmədiyini, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını, uşağının xəstəliyi ilə əlaqədar kredit götürdüyünü, əməlindən çox peşman olduğunu bildirərək, ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-671/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-671/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə, Şəxs xx.xx.2020-ci il tarixli, 20032856 nömrəli müqavilə üzrə Samsung LED TV üçün 1075.8 (bir min yetmiş beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 107 (bir yüz yeddi) manat cərimə olmaqla ümumilikdə 1182.8 (bir min bir yüz səksən iki manat səksən qəpik) manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X5 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-759/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-759/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə, Şəxs 24 yanvar 2020-ci il tarixli, 133sNFT/20 saylı kredit müqaviləsi üzrə 940 (doqquz yüz qırx) manat əsas, 154.27 (bir yüz əlli dörd manat iyirmi yeddi qəpik) manat faiz, 1.66 (bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1095.93 (bir min doxsan beş manat doxsan üç qəpik) manat məbləğində borcun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, "xxxx" KB ASC tərəfindən 27 aprel 2021-ci il tarixdə 2 nömrəli ödəniş tapşırığı ilə “X2” ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-542/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-542/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə, xx.xx.2020-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsi üzrə 4699.30 (dörd min altı yüz doxsan doqquz manat otuz qəpik) manat əsas borc, 843.45 (səkkiz yüz qırx üç manat qırx beş qəpik) manat faiz borcu olmaqla, cəmi 5542.75 (beş min beş yüz qırx iki manat yetmiş beş qəpik) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının Şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 17 avqust 2021 və 19 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun.

4. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar