Məhkəmə qərarları › İş №3(078)-453/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-453/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-453/2023 27.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İş № 3(078)-453/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRAR 27 sentyabr 2023-cü ildə Naxçıvan şəhərində Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxxx 1985-ci il tarixdə Babək rayonu, Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, satıcı, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs 26 sentyabr 2023-cü il tarixdə ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 26 sentyabr 2023-cü il tarixdə, saat 12:10 radələrində Cahan bazarında meyvə-tərəvəz satarkən 3 nəfər qadının yaxınlaşaraq birinin “mənə lobya ver” dediyini, ona lobya yığdığını, onun çox olduğunu dediyini, azaltdığını və çəkdiyini, 1.50 manat olduğunu dediyini, qadının “yenə çoxdu” dediyini, yenidən azaltdığını və 1 manatlıq olduğunu dediyini, qadının azaldığını dediyini, ona nə qədər olacağını dediyini, onun “bir az üstünə at” dediyini, atdığını və 2 manatlıq olduğunu dediyini, ondan nə qədər istədiyini soruşduğunu, başqa müştərisinin olduğunu dediyini, qadının onu, şəxsiyyətini və ailəsini təhqir etdiyini, onu vurmağa başladığını, sonra yerini dağıtdığını, ona ziyan vurduğunu, polis çağırdığını, 2-3 dəqiqə keçmədən polislərin onlara yaxınlaşaraq onları Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, etdiyi əməldən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 26 sentyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Naxçıvan şəhərində yerləşən Cahan bazarında meyvə-tərəvəz satılan yerdən 1 kq lobya istədiklərini, onun artıq çəkib verdiyini, az istədikdə satıcının onun və bacısının üzərinə qışqırdığını, onları təhqir edib lobya olan kloku onların üstünə atdığını, sonra onun üzərinə gəlib vurmaq istədiyini, şəhid anası olduğunu bilə-bilə onun üstünə gəlib vurmaq istədiyini, onu xəstə uşağına bağışladığını bildirdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 26 sentyabr 2023-cü il tarixdə xidmətdə olan zaman meyvə-tərəvəz satışı istiqamətindən ucadan səs-küy gəldiyini eşitdiyini, həmin əraziyə yaxınlaşdığını, satıcının qadınla mübahisə etdiyini gördüyünü, sonra polis əməkdaşlarının yaxınlaşaraq məsələyə müdaxilə etdiyini, oradan uzaqlaşaraq digər tərəfə getdiyini bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 27 sentyabr 2023-cü il tarixdə, saat 14:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində iki uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar