Məhkəmə qərarları › İş №3(078)-453/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-453/2024

30.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-453/2024 30.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İşdə cinayət əlamətləri olduğundan iş üzrə materiallar prokurora, tədqiqat və ya istintaq orqanına göndərilməsi haqqında) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Şərur rayon İbadulla kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, Şərur rayon İbadulla kəndində qeydiyyatda olub, Türkiyə Respublikasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər “Qızıl Ay” restoranında xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin məsul növbətçisi, polis mayoru Orxan Rzayev tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş raportda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Naxçıvan şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olmuş məlumata əsasən Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “Qızıl Ay” restoranında Şərur rayon İbadulla kənd sakini 1995-ci İl təvəllüdlü X12 2023-cü il təvəllüdlü oğlu X9 ad günü keçirən zaman musiqi üstündə əmisi oğlanları İbadulla kənd sakini 1993-cü il X4 ilə bibisioğlu 1990-cı il təvəllüdlü X7 əmisi oğlu Şəxs ilə mübahisə etmişdirlər. Mübahisə zamanı Pərviz ilə Sərxan əmisi Yusifin sol alın nahiyyəsinə vuraraq, oğlu Ceyhunu döyərək burnuna xəsarət yetirmiş, bacısı 1998-ci il təvəllüdlü X5 isə hər iki əllərinin dırnaqlarını sınmış və nişanlısı 1998-ci il təvəllüdlü Türkiyənin İğdır şəhərində yaşayan X10 döyərək xəsarət yetirmişlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 02621 nömrəli protokoldan aydın olur ki, Şəxs müayinədən keçirilmiş və onda 1.227 promil alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 20 ildir Türkiyə Respublikasında yaşayır. Arada gəlib-gedir. xx.xx.2024-cü il Naxçıvan şəhərində yerləşən QızılAy restoranında yeyib-içdikləri zaman bibioğlusu Sərxan söyüş söyərək ona türkün bayıra çıxmasını deyib. Daha sonra əmisi oğlu Pərviz də söhbətə qarışıb. Onlara türk vətəndaşı Oktayın heç yerə çıxmayacağını deyib və mübahisə başlayıb. Türk vətəndaşı Oktay onun bacısı Leylanın nişanlısıdır. İçkili olduğu üçün aqressivləşib. Polis İdarəsində içkili və əsəbi olduğu üçün özündən asılı olmadan ucadan səs küy salıb. O, dalaşanları ayırmağa çalışıb. 2-3 qab sındırıb. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat verən X1 izahatında Naxçıvan ŞPİ PPXB-nin polis nəfəri, polis serjantı olduğunu, xx.xx.2024-cii il tarixdə gecə saatlarında xidmətdə olduğu zaman Növbətçi Hissədən radiostansia vasitəsi ilə Qızıl Ay restaranında dava olduğunu bildirildi. Hadisə yerinə gedərək dava edən 4-nəfər şəxsi avtopatrula mindirib Naxçıvan Şəhər Polis İdarəsinə gətirən zaman vətəndaşlardan biri polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadı və gətirilmə zamanı tabesizlik göstərdi. Həmin şəxsləri gətirib Naxçıvan Şəhər Polis İdarəsinin Növbətçi Hissəsinə təhfil verildi. Növbətçi Hissədə məlum oldu ki, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan və gətirilmə zamanı tabesizlik göstərən şəxs Şərur rayon İbadullah kəndində yaşayan 2002ci il təvəllüdlü Şəxsdur. Məhkəmədə şahid qismində izahat verən X11 izahatında Naxçıvan ŞPİ PPXB-nin polis nəfəri, polis baş serjantı olduğunu, xx.xx.2024-cii il tarixdə gecə saatlarında xidmətdə olduğu zaman Növbətçi Hissədən radiostansia vasitəsi ilə Qızıl Ay restaranında dava olduğunu bildirildi. Hadisə yerinə yaxınlaşarkən yüksək səslə dava-dalaş olduğunu eşidib. Restoranın qarşısında çox sayda adam var idi. Bir nəfər şəxs üstü başı qan içində ucadan səs salaraq ictimai qaydanı pozurdu. Şəxsin hal və hərəkətindən sərxoş olduğu məlum idi. Şəxsi avtopatrula mindirmək istəyəndə əl-qol ataraq polisə tabe olmurdu. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs Şərur rayon İbadullah kəndində yaşayan 2002-ci il təvəllüdlü Şəxsdur. Məhkəmədə şahid qismində izahat verən X16 izahatında “Qızıl Ay” restoranının müdir olduğunu, xx.xx.2024-cii il tarixdə saat 21 radələrində işçi onu çağıraraq keçirilən ad günündə dava düşdüyünü deyib. Gəlib baxanda dava düşdüyünü, dava edən şəxslərin ətrafı dağıtdıqlarını görüb. Tez polisə zəng vurub. Həmin şəxslərdən biri Ceyhun idi. O, polis maşınına aparılanda polisə tabesizlik edirdi. Ceyhun və atası onun restoranında 2300 manatdan çox ziyan vurublar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsində qeyd edilir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə qərar (qərardad) çıxarılır. Belə ki, Şəxs təqsirləndirildiyi maddə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı verilən izahatlardan və təqdim edilmiş sənədlərdən də müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “Qızıl Ay” restoranında dava olmuş və Şərur rayon İbadulla kənd sakini 1995-ci İl təvəllüdlü X12 2023-cü il təvəllüdlü oğlu X9 ad günü keçirən zaman musiqi üstündə əmisi oğlanları İbadulla kənd sakini 1993-cü il X4 ilə bibisioğlu 1990-cı il təvəllüdlü X7 əmisi oğlu Şəxs ilə mübahisə etmişdirlər. Mübahisə zamanı Pərviz ilə Sərxan əmisi Yusifin sol alın nahiyyəsinə vuraraq, oğlu Ceyhunu döyərək burnuna xəsarət yetirmiş, bacısı 1998-ci il təvəllüdlü X5 isə hər iki əllərinin dırnaqlarını sınmış və nişanlısı 1998-ci il təvəllüdlü Türkiyənin İğdır şəhərində yaşayan X10 döyərək xəsarət yetirmişlər. Eyni zamanda təqdim edilən videogörüntülərdən də aydın olur ki, baş verən hadisənin təfərrüatı tam araşdırılmamış, əmələ düzgün hüquqi qiymət verilməmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs əməlində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin tərkibinin olub olmaması aydınlaşdırılmayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola əməldə cinayət tərkibinin əlamətləri olduğundan xitam verilsin. Şəxs tərəfindən törədilmiş əməldə cinayət əlamətləri aşkar edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə araşdırılma aparılması üçün materiallar Naxçıvan Şəhər Prokurorluğuna və Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə göndərilsin. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar