Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-456/2024 24.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 2004-cü ildə Babək rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, Şərq Süfrəsi restoranında dondurma aparatını işlədən, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə saat 21 radələrində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi X2 məxsus Tofaş Doğan minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Koroğlu heykəli istiqamətindən Cahan TM istiqamətində hərəkətdə olarkən Fab kafesinin qarşısında həmin vaxtı yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-726/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclası zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs izahatında qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, araşdırma zamanı xx.xx.2024-cü il tarixdə saat 21 radələrində sürücü Şəxs etibarnamə əsasında idarə etdiyi X2 məxsus Tofaş Doğan minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Koroğlu heykəli istiqamətindən Cahan TM istiqamətində hərəkətdə olduğu, Şəxs idarə etdiyi avtomobillə FAB mağazasını keçib hərəkətinə davam etmək istəyərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin (Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması) tələblərini pozaraq həmin vaxtı yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül xəsarət yetirdiyi, hadisədən sonra piyada Zərərçəkmiş şəxs Naxçıvan MR Xəstəxanasına aparıldığı və həkimlərin onu müayinə etdikləri müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri Ə.Əliyev küçəsində, yaşayış məntəqəsində baş vermişdir. Həmin yolda görünüş məsafəsi 60 metr olmuşdur. Tofaş Doğan minik markalı avtomobilin hərəkətdə olduğu Ə.Əliyev küçəsində yol düz, quru və asfalt örtüklü olmaqla hərəkət hissəsinin ümumi eni 21.10 metrdir. Yol 2 hərəkət istiqamətli olmaqla hər bir istiqamət üzrə 3 hərəkət zolağından ibarətdir. Əks istiqamətli hərəkət zolaqlarını birbirindən qoşa xətlər ayırır. Bir istiqamət üzrə hərəkət hissəsinin eni 14.30 metrdir. Tofaş Doğan minik markalı avtomobil həmin yolda orta zolaqda vurulma yerində dayanmışdır ki, piyadanın düşdüyü yerdən avtomobilin dayandığı yerə qədər məsafə 1.80 metr, elektrik dirəyinə qədər məsafə 6.20 metr, həmin dirəkdən vurulma yerinə qədər 7.80 metr, avtomobilin dayandığı yerə qədər məsafə 7.90 metrdir. Hadisədən sonra Tofaş Doğan minik markalı avtomobil yolun ortasında orta zolaqda dayanmışdır. Piyada yolun sağ kənarından hərəkətə başlayıb yolu sağdan sola keçmək istəyərkən 7.50 metr məsafə qət etdikdən sonra avtomobilin qabaq tərəfi ilə vurulmuşdur. Hadisə yerində Tofaş Doğan minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi yoxdur. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-456/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-456/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver