Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-458/2024 17.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, taksi sürücüsü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə saat 17 radələrində sürücü Şəxs idarə etdiyi Naz lifan LF 7162C-620 minik markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Atatürk küçəsində 7 nömrəli tam orta məktəbin yanındakı yol ayrıcında sağa dönmə əməliyyatını yerinə yetirən zaman sağ tərəfdən gələn velosipedçi X2 vurmuş və nəticəcə sonuncu aldığı xəsarətlərlə X4 daxil olmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-780/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs izahatında qanuna uyğun qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, yüngül xəsarət almışdır. Problemi yoxdur. Şikayəti də yoxdur. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi 31 08 2024-cü il tarixdə saat 17:30 dəqiqədə axşamçağı Atatürk küçəsində 7 nömrəli tam orta məktəbin yanında, yaşayış məntəqəsində baş vermişdir. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri Atatürk küçəsində yol ayrıcında 7 nömrəli tam orta məktəbin yaxınlığında hadisə olan yerdə avtomobillərin və velosipedin hərəkətləri svetofor ilə nizamlanmır. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 16,40 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 8,10 metr, hərəkət zolağının eni isə 4 metrdir. Naxçıvan şəhəri Atatürk küçəsindəki yolun hərəkət zolaqlarının sayı 4-dür. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Yolayrıcında svetofor yoxdur. Naxçıvan şəhəri Atatürk küçəsində 7 nömrəli tam orta məktəbin yanında, hərəkət hissəsində üfüqi nişanlama xətləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşlan, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 5,90 metrdir. Soldan da yolun kənarlarında köbə daşları, avtobus dayanacağı və səki var, səkinin uzunluğu isə 2,7 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında yaşayış binaları, yerləşir. Yolun solunda isə, həyət evləri, iaşə obyektləri yerləşir. Sürücü avtomobili idarə edərkən görünüş məsafəsi 100 metrdir. Velosipedçinin vurulma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları - Naz Lifan minik markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobil ilə sağa dönmə əməliyyatını yerinə yetirən zaman sağ tərəfdən gələn velosipedçini vurmuşdur ki, vurulma yerindən velosipedçinin düşdüyü yerə qədər məsafə 4,30 metr, qoşa xəttə qədər məsafə 7,50 metr, 7 nömrəli tam orta məktəbin qarşısındakı küncdən olan məsafə 12,60 metr, velosipedçinin olduğu yerə qədər məsafə isə 13,10 metrdir. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri - Naz Lifan minik markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobil sola dönmə əməliyyatını yerinə yetirmişdir. Avtomobillər ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Hadisə yerində tormozlama izi olmamışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 168 saylı ekspert rəyində göstərilmişdir ki, X3 yüngül bədən xəsarəti almışdır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-458/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-458/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver