Məhkəmə qərarları › İş №3(078)-462/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-462/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-462/2024 17.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəxtiyar oğlunun və zərərçəkmiş şəxs X1 nümayəndəsi X3 iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Ordubad rayonu, Qoşadizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 3 uşaq atası, orta ixtisas təhsilli, işsiz, Ordubad rayonu, Qoşadizə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Bəxtiyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 07 oktyabr 2024-cü il tarixdə saat 13:02 dəqiqədə X4 idarə etdiyi HYUNDAİ ACCENT minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Cahan TM istiqamətindən Naxçıvan Şəhər Məhkəməsi istiqamətinə hərəkət edərkən Şəxs Bəxtiyar oğlu idarə etdiyi Opel Astra markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobillə sola dönmə əməliyyatını yerinə yetirən zaman toqquşmuş və nəticədə bir neçə nəfər xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-927/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs Bəxtiyar oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs Bəxtiyar oğlu izahatında qanuna uyğun olaraq qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iclası zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilmişdir. Zərərçəkmiş şəxs X1 nümayəndəsi X6 izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Digər tərəflə zərərçəkmiş şəxs öz aralarında razılaşmışlar. Xərci də sığorta qarşılayacaqdı. Şikayətləri yoxdur. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Bəxtiyar oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs Bəxtiyar oğlunun əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Bəxtiyar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi 07 oktyabr 2024-cü il tarixdə saat 13:02 dəqiqədə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Topçubaşov küçəsini kəsişməsindəki yolayrıcında Naxçıvan Miqrasiya Xidmətinin yanında, yaşayış məntəqəsində baş vermişdir. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri Ə.Əliyev. küçəsi ilə Topçubaşov küçəsini kəsişməsindəki yolayrıcında avtomobiiərin hərəkətləri svetofor ilə nizamlanır. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 25,10 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 12.50 metr, hərəkət zolağının eni isə 4 metrdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsindəki yolun hərəkət zolaqlarının sayı 6-dır. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Yolayrıcında svetofor vardır. Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Topçubaşov küçəsini kəsişməsindəki yolayrıcının hərəkət hissəsində üfüqi nişanlama xəttləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 5,90 metrdir. Soldan da yolun kənarlarında köbə daşları, avtobus dayanacağı və səki var, səkinin uzunluğu isə 2,7 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında yaşayış evləri yerləşir. Yolun solunda Cahan TM və ətrafında olan binalar yerləşir. Yol gecə vaxtı Naxçıvan şəhər küçə işıqları vasitəsilə işıqlandırılır. Sürücü avtomobili idarə edərkən görünüş məsafəsi 100 metrdir. Avtomobillərin toqquşma yeri Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə Topçubaşov küçəsini kəsişməsindəki yolayrıcında, HYUNDAİ ACCENT minik markalı avtomobilin hərəkət zolağında, sağdan ikinci zolaqda (orta zolaqda) yerləşir. Toqquşma yerindən yolun sağına olan məsafə 5,90 metr, yolun ortasına olan məsafə isə 6,6 metrdir. Toqquşma yerindən Hyundai Accent minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil gəldiyi yerdən qoşa xəttdən olan məsafə 18,80 metr, Opel Astra minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobilin döndüyü yerdə olan qoşa xəttin başlanğıcına qədər məsafə 11,20 metrdir. İlkin olaraq müşahidə edilir ki, Opel Astra minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobil sola dönmə əməliyyatını yerinə yetirərkən toqquşma baş vermişdir, toqquşmadan sonra Opel Astra minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobil Hyundai Accent minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil toqquşduqları yerdə qalmışdırlar. Toqquşma yerindən digər tərəf svetofora qədər məsafə 21,10 metr, toqquşma baş verən yolda sağa tərəf olan məsafə 15 metrdir. Hyundai Accent minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil toqquşmadan sonra toqquşma yerində qalmışdır. Opel Astra minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobilin hadisədən sonra durduğu yerdə qalmışdır ki, qabaq təkərdən məsafə sol tərəfə qədər düz xətt üzrə 5,50 metr, arxadan isə 4,10 metrdir. Hyundai Accent minik markalı 74-BD- 361 dövlət nömrə nişanlı avtomobildə hadisə olandan sonra müşahidə edilir ki, qabaq tərəfi tamamilə əzilmişdir, sağ krlo əzilmişdir, ön şüşəsi əzilmişdir, hava şarları açılmışdır. Opel Astra minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobilin isə sağ qapısı, sağ kriosu, sağ qabaq təkəri əzilmişdir, hava şarı açılmışdır. Hyundai Accent minik markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil və Opel Astra minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobil ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Hadisə yerində avtomobillərə məxsus tormoz izi yoxdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış xx.xx.2024-cü il tarixli 250 saylı ekspert rəyində göstərilmişdir ki, X4 yüngül bədən xəsarəti almışdır. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 noyabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Bəxtiyar oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs Bəxtiyar oğlunun məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Bəxtiyar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Bəxtiyar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar