Məhkəmə qərarları › İş №3(078)-465/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-465/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-465/2024 18.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Şikayət vermiş şəxs Şəxs, qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin nümayəndələri X2, X1 və X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin (restoran) direktoru –vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs həmin qərardan şikayət verib, onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarının ləğv olunması, barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs Şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 19 noyabr 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin (restoran) direktoru kimi Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 3500 manat məbləğində cərimə edilib. Qərarla ümumiyyətlə razı deyil. Belə ki, inzibati tənbeh ona görə tətbiq edilmişdir ki, guya "xxxx" restoranında ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğudan istifadə edilməmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları xx.xx.2024-cü il tarixdə, saat təxminən 15.00-15.30 radələrində Restoranda olmuş, restorana baxış keçirmiş, həmin vaxt restoran fəaliyyət göstərmədiyi (restoranda kabab, hər hansı yemək bişirilmədiyi üçün) ətraf mühitə buraxılan tullantıların təmizlənməsi üçün istifadə olunan qurğudan istifadə edilməmişdir. Bu hal yoxlama aparan əməkdaşa da bildirilmişdir. Buna baxmayaraq, heç bir əsas olmadan, onun iştirakı olmadan barəsində protokol tərtib edilmişdir. Protokolun xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq, protokol ona təqdim edilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla birlikdə poçt vasitəsilə ünvana göndərilmişdir. Səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla protokol tərtib edilmiş, onun iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Barəsində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərarda onun Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi göstərilmiş, lakin həmin halı təsdiq edən hər hansı sənəd qərarda göstərilməmişdir. Yalnız müraciətinə cavab olaraq, xx.xx.2024-cüil tarixli məktubla bildirilmişdir ki, “Ətraf mühitin mühafizəsi haqqında” xx.xx.2011-ci il tarixli Qanun, “Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir imkanlarının inventarlaşdırılması” Qaydaları, “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin dəyişdirilməsi” Qaydası, “Atmosfer havasına zərərli material, bioloji və fiziki təsir imkanları olan zərərli maddəslərin mühafizəsini təmin edən atmosferə zərər vermə” Qaydası və “Atılmanın texniki normativləri atılmanın yol verilmiş həddinin tətbiq obyektlərinin Siyahısının tutulması” haqqında Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarına uyğun olaraq, "xxxx" restoranında qaztoztutucu qurğunun istifadə edilmədiyi, qurğunun texniki, ekoloji tələblərə uyğun olmadığı müəyyən edilmiş, lakin nə qərarda, nə də protokolda, bu halları təsdiq edən sənədlər, aparılmış araşdırma, müvafiq qurumların rəyi təqdim edilməmişdir. Maraqlıdır, hər hansı yemək bişirilmədiyi və restoranın fəaliyyət göstərmədiyi bir vaxtda (saat 15.00-16.00) restorana keçirilən bir neçə dəqiqəlik vizual baxış zamanı orada ümumiyyətlə qaz-toz tutucu qurğudan istifadə edilməməsi və həmin qurğunun texniki və ekoloji tələblərə uyğun olmaması, eləcə də, normadan artıq təmizlənməmiş tüstünün ətraf mühitə buraxıldığını necə müəyyən etmək olar?!. Akta əlavə edilmiş fotoşəkilin isə "xxxx" restoranına aid olması şübhə doğurur. Belə ki, müvafiq qurumun restoranda olduğu vaxtın saat 15.00-15.30 aralığında olmasına baxmayaraq, fotoşəkil gecə saatlarında çəkilmişdir. Bu da onu göstərir ki, həmin fotoşəkil restorana aid olmuş olsa belə, protokolun və aktın tərtib edildiyi vaxtla uyğunluq təşkil etmir, ona görə də baxış zamanı hər hansı inzibati xəta hadisəsinin olmasını istisna edir. Onun hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı izahat verən Şəxs bildirmişdir ki, o, barəsində tərtib edilmiş qərarı qəbul etmir. Yoxlama onların iştirakı olmadan aparılıb. Akt tərtib edildi. Ona deyildi ki, bu xəbərdarlıq aktıdır. Ancaq sonra baxıb ki, bu xəbərdarlıq aktı deyil. Akt tərtib edildi ki, guya qurğu işləmir. Sonradan baxıblar ki, işləyir. Sadəcə qurğunun işləyibişləməməsinə onun iştirakı olmadan yoxlanılıb. Yeməkxanada kabab qurğusu axşam saatlarında işlədilir. Yoxlanış aparılan zaman restoranda ümumiyyətlə iş olmayıb. Kabab qurğusunu əsasən saat 6-dan sonra işlədirlər. Bu qurğudan ehtiyac olduqca istifadə olunur. Çünki elektrik enerji sərfiyyatı çox apardığı üçün lazım olmadıqca qurğunu işlətmirlər, çünki bu onlara sərf etmir. Qurğudakı çatışmazlıq aradan qaldırılıb. Baxış günorta keçirilsə də, foto gecə çəkilib. Şəkil çəkilməsini görməyib. Protokol yazılan günü qurğu işləyirdi. Akt yazılanda dedilər ki, qurğu işləmir. O da düşünüb ki, bəlkə nasos yanıb ona görə işləmir. Ancaq nasos işləyirmiş, sadəcə o əməkdaşların sözünə inanıb. Əməkdaşlar onun kabinetində olanda saat 18 radələri olardı. Fotoda görünən obyekt Naxış-Nərgiz restoranıdır. Həmin tənbehə qeyri-qanuni məruz qaldığından qərarın ləğv edilməsini xahiş etmişdir. Qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin nümayəndəsi X4 şikayəti qəbul etməyib bildirmişdir ki, Xidmət tərəfindən mütəmadi olaraq ictimai-iaşə obyektləri tərəfindən ətraf mühitin çirkləndirilməsi faktının yoxlanılması üçün reydlər keçirilir. 04 noyabr 2024-cü il tarixdə də Naxçıvan şəhərində yerləşən bir neçə ictimai-iaşə obyektlərinə, o cümlədən də "xxxx" restoranına da baxış keçirilib. Baxış zamanı müəyyən olundu ki, quraşdırılan qurgu heç bir standartlara uyğun deyil. Bununla bağlı hər hansı sənəd təqdim edə bilmədilər. Qurğunun düzgün quraşdırılması kimi qəbul olunsa belə, restorandan iki boru çıxır ki, biri qurğuya keçən, digəri isə qurğudan çıxan boru, lakin boru qurğuya girmir, bu da öz növbəsində tüstünü ətrafa verir. Dəfələrlə soruşulsa da ki, bu qurgu niyə düzgün quraşdırılmayıb, onlara konkret cavab verən olmamışdır. Sadəcə görünüş olaraq boru qoyulub. Tüstü tutulmur. Akt tərtib edilmişdir. Sahibkar tərəfindən nə akta, nə də protokola imza edilməyib. Daha sonra etiraf etdilər ki, qurğu işləmir. Qurğudakı qapaqları mexaniki olaraq işlədirlər. Bununla həm məmuru aldadırlar, həm də elektrik enerjisinə qənaət edirlər. Foto çəkilən zaman saat 18 radələri idi və telefonla bağlı olaraq şəkilin kefiyyəti yaxşı olmayıb. Reyd yoxlamaları axşam saatlarına salırlar ki, restoranların iş vaxtı başlasın. Şəxs izahatında düzgün demir, çünki onlar 18-19 radələrində reyddə olurlar. Onlar dəfələrlə müşahidə ediblər ki, ictimai-iaşə obyektləri suya, enerjiyə qənaət etmək üçün qurğuları işlətmirlər. Ya da sadəcə formal olaraq qoyulur. Reyd keçirilən zaman da onlara deyildi ki, nasos işləmir. Çöl hissədən baxış keçirdilər. Nasosun işlək olub-olmamasını yoxlayan zaman videogörüntü almayıblar. Nüsrət müəllim dedi ki, buranın sahibkarı var. Qurğuya girməyən borudan tüstü qalxır. Əslində bu belə olmamalıdır. Xəbərdarlıq edilib. Onları yanıltmaq üçün yalandan iki boru qoyulur ki, guya qurğu işləyir. Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, dəfələrlə xəbərdarlıq edilib və bundan nəticə çıxarılmayıb. Şəxs vəzifəli şəxs kimi inzibati məsuliyyətə çəlb edilib. Boru bir olmalıdır. Ancaq yanıltmaq üçün iki boru qoyulub. Ancaq qanunvericiliyin tələbinə uyğun quraşdırılmayıb. Tüstü heç bir qurğudan çıxmır. Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin nümayəndəsi X8 digər nüməyəndələrin izahatına oxşar izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin nümayəndələri tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Naxçıvan şəhərində yerləşən "xxxx" restoranı ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuları istifadə etmədiyindən xx.xx.2024-cü il tarixdə restoranın vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 237.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 3500 (üç min beş yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidməti tərəfindən Şəxs xx.xx.2024-cü il tarixli məktubuna xx.xx.2024-cü il tarixdə verilmiş cavabda qeyd olunmuşdur ki, X7 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 01 iyul 2011-ci il tarixli, 678-İQ nömrəli Qanununa və "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir imkanlarının inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin dəyişdirilməsi Qaydası", "Atmosfer havasına zərərli material, bioloji və fiziki təsir imkanları olan zərərli maddələrin mühafizəsini təmin edən atmosferə zərər vermə Qaydası" və "Atılmanın texniki normativləri və atılmanın yol verilmiş həddinin tətbiq obyektlərinin Siyahısı”nın tutulması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2002-ci il tarixli, 63 nömrəli Qərarına uyğun olaraq 04 noyabr 2024-cü il tarixində keçirilən nəzarət tədbirləri zamanı "xxxx" restoranında qaztoztutucu qurğunun istifadə edilmədiyi, qurğunun texniki, ekoloji tələblərə uyğun olmadığı, qurğuya dair tələb olunan şəhadətnamənin təqdim edilmədiyi, fəaliyyət zamanı tüstü, iy və qoxunun ətraf mühitə buraxıldığı müşahidə edilmiş və restoran ərazisindən fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Aşkarlanmış nöqsan əsasında Sizin barənizdə 19 noyabr 2024-cü il tarixində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və surəti ünvana göndərilmişdir. Şikayət materiallarına baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidməti tərəfindən protokol tərtib edilərkən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 01 iyul 2011-ci il tarixli, 678-İQ nömrəli Qanununa və "Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir imkanlarının inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin dəyişdirilməsi Qaydası", "Atmosfer havasına zərərli material, bioloji və fiziki təsir imkanları olan zərərli maddələrin mühafizəsini təmin edən atmosferə zərər vermə Qaydası" və "Atılmanın texniki normativləri və atılmanın yol verilmiş həddinin tətbiq obyektlərinin Siyahısı”nın tutulması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2002-ci il tarixli, 63 nömrəli Qərarına əməl edilməklə protokol tərtib edilmişdir və "xxxx" restoranının vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-in 237.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsinə əsasən Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidməti tərəfindən "xxxx" MMC-nin restoranın direktoru –vəzifəli şəxsi Şəxs barəsində tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, tərtib edilmiş aktda direktor Şəxs bildirmişdir ki, nasos işləmir. Aktın qeydi dəqiqliyinə və qurğunun işləyiib-işləməməsi akt tərtib edən orqanın nümayəndələrinin bilavasitə iştirakı ilə yenidən yoxlanılmamışdır. Qurğunun işləməsinə dair Şəxs bildirdiyi hallar əsaslı hesab edilmir. Ona görə də şikayətin təmin edilməsi və qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası Naxçıxan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 19 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar