Məhkəmə qərarları › İş №3(078)-466/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-466/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-466/2024 26.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, xx xxxxxx 1983-cü ildə Babək rayonu Sirab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), evli, orta təhsilli, sürücü işləyən, Babək rayonu Sirab kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Protokolda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixində “X1” gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1983-cü il təvəllüdlü xx.xx.2023-ci il tarixində verilmiş C03908551 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 03BK080/03ZA072 dövlət qeydiyyat nişanlı “İVECO” markalı yük nəqliyyat vasitəsində daşınan qarışıq yüklər sürücünün gömrük orqanına təqdim etdiyi 032030 nömrəli nəqliyyat qaiməsi (CMR) əsasında sürücünün iştirakı ilə yoxlanılmış, yoxlama zamanı Şəxs idarə etdiyi 03BK080/03ZA072 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun konstruktiv bütövlüyünün pozulduğu, yəni qoşqunun ön sağ tərəfində çadırın tros vasitəsilə tam birləşdirilmədiyi, çadırın altında dəmir boşluğun olduğu aşkar olunmuş, sürücünün təqdim etdiyi 032030 nömrəli nəqliyyat qaiməsində göstərilən 280 yer qarısıq mətbəx əşyaları, 4 ədəd piano və 10 ver beton deşən yükünün nəqliyyat vasitəsində olmadığı, bu yüklərin İran İslam Respublikasının ərazisində boşaldıldığı, daha sonra yoxlama zamanı nəqliyyat qaiməsində göstərilməyən çəkisi 1948 kq olan 76.8 kv.m kafelin, 30 dəst üzərində “GOLBAFT BLANKET” yazılan yataq örtüklərinin, 108 ədəd üzərində “DG qlass” yazılan və 132 ədəd üzərində “PİNEAPPLE Chocolate Bowl” yazılan şüşə qablar yükünün isə nəqliyyat vasitəsinə İİR ərazisində yükləndiyi aşkar olunmuş və həmin yüklər protokol əsasında götürülmüşdür. Qeyd olunan faktla bağlı 5 dekabr 2024-cü il tarixində Baş İdarənin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələri ilə 18000-04259/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zaman izahat verən Şəxs Bakı şəhərindən Sədərək bazarından 510 manat dəyərində dəmir vedrə, çaydan və çaynik, 100 manatdan 4 ədəd köhnə taxtadan piano aldıqım, 10 ədədinə 70 manat verib köhnə traktor üçün yer, qazan yükü, kubik daşı yükü, ayaqqabı, geyim yükü və meyvə yükünü nəqliyyat vasitəsinə yüklədiyini, xx.xx.2024-cü il tarixində Biləsuvar gömrük məntəqəsindən İİR ərazisinə keçdiyini, İran İslam Respublikasında Aslandüz adlanan yerə çatdıqdan sonra qəlib malları götürməsi üçün İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsə zəng vurduğunu, həmin şəxsin gələrək 280 yer mətbəx əşyaları, 4 ver piano və 10 yer traktor üçün ver qazan yükünü yük nəqliyyat vasitəsindən boşaltdığını, daha sonra həm çəkini düzəltmək, həm də Naxçıvanda aparıb satmaq üçün 76.8 kv.m kafel, 30 dəst ədyal və 20 qutu şüşə qab yükü yüklədiyini bildirmiş və bu əməlləri ilə gömrük qaydaları əleyhinə inzibati xəta törətdiyini etiraf etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci, 487.4-cü və 492.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işəbaxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 1352 nömrəli rəvinə əsasən ekspertiza tədqiqatına təqdim edilən və edilməyən tədqiqat obyektlərinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3836.4 (üç min səkkiz yüz otuz altı manat qırx qəpik) manat müəyyən edildiyi, digər təqdim edilməyən 02 adda (280 qutudan ibarət dəmir vedrə, çaydan və çaynik, 4 ədəd köhnə işlək vəziyyətdə olmayan taxtadan piano) tədqiqat obyektləri haqqında kifayət qədər məlumat (marka, model, texniki göstəriciləri, sayı və s.) olmadığından qiymətləndirmənin aparılmasının mümkün olmadığı göstərilmişdir. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələrinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 70 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.2-ci maddəsinə əsasən gömrük təminatı altında olan yük yerlərinin konstruktiv bütövlüyünün qəsdən pozulmasına görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.7-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin 70 (yetmiş) faizi miqdarında inzibati cərimə tənbeh tətbiq edilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Şəxs tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4cü və 492.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-ci maddəsinin sanksiyası çərçivəsində barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 3836.4 (üç min səkkiz yüz otuz altı manat qırx qəpik) manat olan malın dəyərinin 70 (yetmiş) faizi miqdarında, yəni 2685.48 (iki min altı yüz səksən beş manat qırx səkkiz qəpik) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Şəxs tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar