Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-469/2023 03.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 22 iyul 1991-ci ildə Şərur rayon, Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təshilli, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Şərur rayon, Oğlanqala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 14 sentyabr 2023-cü il tarixdə Naxçıvan şəhərİ, Nizami küçəsində yaşayan zərərçəkmiş şəxs X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 14 sentyabr 2023-cü il tarixdə ofisiant kimi çalışdığı Cahan Ticarət Mərkəzinin ikinci mərtəbəsində tanıdığı Kənan adlı şəxsin pivə sifarişi üstündə ona ilk olaraq nalayiq ifadələr işlətdiyini, sonra isə təpik, şillə, yumruq zərbələri ilə onu döydüyünü qeyd edərək, bununla bağlı həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 03 oktyabr 2023-cü il tarixli, 016236 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat 11:50 radələrində Cahan Ticarət Mərkəzinin İİ mərtəbəsində yerləşən yeməkxanada dostları ilə birlikdə oturub domino oynamaq istədiyini, bir az sonra Ağa adlı hərbçinin gəlib ondan “oturmaq olar?” deyə soruşduğunu, o da cavabında “niyə olmur?” dediyini, onun da oturduğunu, pivə sifarişi verdiyini, orada olan ofisiant qadının onların masasına baxmayacağını dediyini, ondan onların masasına baxmasını xahiş etdiyini, qadının onu kənara çağırıb “hərbçi içəndə ağzına gələni danışır” dediyini, o da cavabında ona “mənim masamda sənə güldən ağır kim söz desə mən cavabdehəm” dediyini, 3 bakal pivə gətirdiyini, sonra 2 bakal pivə gətirdiyini, sonra hesabı gətirdiyini, pivənin hesabının 9 manat olduğunu, 10 manat 50 qəpik verdiyni, “bir bakal da pivə gətir” dediyini, onun da gətirdiyini, ondan hesabı soruşduğunu, onun da cavabında “7 manat 50 qəpik” dediyini, dostunun ona 8 manat pul verdiyini, orada ayaqyoluna girdiyini, çıxanda işçi olan bir oğlanın ona 4 manat 50 qəpik yenə borcunun olduğunu bildirdiyini, ona bu borcun hardan çıxdığını soruşduğunu, yeməkxananın müdiri Orxana zəng vuraraq “bizə artıq pivə gəlməyib, bəlkə qız bizim stola deyil başqa stola yazdırıb pivəni” dediyini, bu zaman qızın ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt Şərəbanının vuraraq ona “səsini kəs” dediyini, özünün də ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, oradan dönmək istəyəndə ona qarşı nalayiq ifadələr işlətdiyini, pivə bakalını götürüb onu vurmaq istəyəndə, əlini ataraq onun biləyindən tutduğunu, “bakalı at yerə” dediyini, onun biləyindən tutub silkələdiyini, oradakı adamların onu tutduqlarını, onları aralaşdırmaq istəyəndə qız yıxılanda onun da az qala yıxılacağını, bakalın qulpunun onun əlindən yerə düşəndə qırıldığını, həmin qızın yenə söyüş söydüyünü, orada oturub polisin gəlməyini gözlədiyini, sonra polis əməkdaşlarının gəlib onu Naxçıvan Şəhər Polis idarəsinə dəvət etdiklərini, özünün Şərəbanını təpiklə vurmadığını, əməlindən peşman olduğunu bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında Naxçıvan şəhərindəki Cahan Ticarət Mərkəzinin İİ mərtəbəsində yerləşən “Köhnə Dostlar yeməkxanasında 30 gün olar ki, ofisiant kimi çalışdığını, xx.xx.2023-cü il tarixdə 3 nəfərin müştəri qismində əyləşdiklərini, həmin şəxslərin 1 saatdan bir az artıq müddətdə orada əyləşdiklərini, pivə sifarişi verdiklərini, onların 8 bakal pivə içdiklərini, hesaba gələndə orada əvvəlcədən tanıdığı Kənan adlı şəxsin ona “biz 8 bakal deyil, 5 bakal pivə içmişik” dediyini, onun da cavabında ona “mən 7 ildir ofisiant kimi çalışıram kimə nə verirəmsə dəqiq sayını bilirəm” dediyini, onun qarşılığında “səni süzdüyün pivədə boğaram, mənim masama pivə yazıb başqa masaya pivə aparanı” deyərək nalayiq şəkildə söyməyə başladığını, ona söyüşlə qarşılıq verdiyini, gəlib barın qarşısına günəbaxan tumu yığılmış qabları üzünə çırpdığını, sonra barın içəri tərəfinə keçdiyini, onun qulaq nahiyəsindən yumruqla çırpdığını, onun saçından çəkib qarnından təpiklə vurduğunu, yerə yıxıldığını, yenidən başından şillə ilə vurduğunu, qarnını dizi ilə vuraraq əzdiyini, ayağa qalxmaq istəyəndə yenidən saçından tutub yerə çırpdığını, o polisə zəng vurmaq istəyəndə yeniddən üzərinə hücum çəkmək istədiyini, orada Aydın adlı şəxsin onu kənara itələdiyini, sonra polis əməkdaşlarının gəldiklərini Şəxsı bağışlamadığını, ondan şikayətçi olduğunu qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X9 izahatında dostu Orxan Hüseynovun "Cahan" Ticarət Mərkəzinin İİ mərtəbəsində icarəyə götürdüyü kafeyə Orxan bazara getdiyinə görə müvəqqəti olaraq nəzarət etdiyini, Kənan adlı əvvəlcədən tanımadığı bir şəxsin gələrək kafedə dostları ilə birgə pivə içdiyini, içdikdən sonra ayaqyoluna getdiyini, ayaqyolundan çıxarkən həmin şəxsin ona 8 manat pul verdiyini, o da ona 4 manat 50 qəpik borcunun qaldığını dediyini, onun da qayıdıb ona “bizim əyləşdiyimiz masaya az pivə getsə də çox pivə yazılıb” dediyini, onun da cavabında “hesabınız burda yazılı vəziyyətdədir” dediyini, onun da “mümkün deyildir” dediyini və söyüş söyməyə başladığını, həmin şəxs söyüş söyəndə orada ofisiant kimi çalışan Şərəbanı adlı şəxsin də ona cavab verdiyini, qarşılıqlı şəkildə söyüşdüklərini, bundan sonra Kənan adlı şəxsin onun saçından tutduğunu, yerə yıxdığını, üzündən vurduğunu, yerdə sürüdüyünü, Kənanı qızdan aralayanda onun Şərəbanının qarnından təpiklə vurduğunu, onları aralaşdırdıqlarını, bir az sonra polis əməkdaşlarının hadisə yerinə gəlib məsələni aydınlaşdırmağa başladıqlarını bildirdi. Мəhkəmə iclasında şahid X10 izahatında Cahan Ticarət Mərkəzinin ikinci mərtəbəsində “Köhnə Dostlar” kafesinin mətbəxində qabyuyan kimi işlədiyini, 14 sentyabr 2023-cü il tarixdə işlədiyi kafedə mətbəxdə olan zaman saat təxminən 12:00 radələrində zaldan səs-küy gəldiyini eşitdiyini, bu səs-küy zamanı nalayiq söyüşlər və çığır-bağır eşitdiyini, həmin vaxt çölə çıxmadığını, ara sakitləşdikdən sonra həmin səs-küyə səbəbin həmin kofedə ofisiant işləyən Şərəbanunun tanımadığı bir nəfərlə mübahisə etməsinin olduğunu öyrəndiyini, bundan başqa heçnə görüb eşitmədiyini bildirdi. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Hkpi-152/23 nömrəli toplanmış materialda cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada icraat başlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli, 1302 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş bədən səthi üzərində sol dirsək nahiyyəsinin arxa-içəri səthində və sol budun ön səthinin yuxarı 1/3 hissəsində qançırlar aşkar edildi. Qançırlar küt əşyanın təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti müayinə gününə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 03 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 13:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 oktyabr 2023-cü il tarixdən, saat 13:15-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-469/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-469/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver