Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-469/2025 17.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə Naxçıvan şəhərində doğulmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqüdçü, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 17 oktyabr 2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin məsul növbətçisi, polis leytenantı Əli Məmmədov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raporta, əsasən, xx.xx.2025-ci il tarixdə saat 16:35-də Naxçıvan şəhəri Tumbul kənd sakini 1955-ci il təvəllüdlü Şəxs ********** mobil nömrə ilə AR DİN-nin "102" Xidməti Zəng mərkəzinə zəng edərək (HK: **********) polis əməkdaşlarına qarşı qeyri etik ifadələr işlədərək təhqir etmişdir. Məlumat 1-ci X1 barədə Rabitə və digər Texniki vasitələrlə daxil olan məlumatların qeydiyyatı kitabına işlənmişdir. xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokola, əsasən, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardada, əsasən, protokol və əlavə edilmiş digər materiallar baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə” bildirişlə Şəxs tanış olmuşdur. “İnzibati qaydada tutma haqqında” protokola, əsasən, Şəxs 16 oktyabt 2025-ci il saat 22:10 tarixdə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında xx.xx.2025-ci il tarixli protokola, əsasən, inzibati qaydada tutulmuş Şəxs hüquqularının müdafiəçi X2 və digərləri tərəfindən müdafiə edilməsinə etirazını bildirməklə müdafiəçilərdən imtina etmişdir. İş materiallarına xx.xx.2025-ci il tarixli alcovisor məlumatından aydın olur ki, Şəxs orta dərəcəli alkoqol sərxoşu olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında xx.xx.2025-ci il tarixdə saat 16: 35 radələrində ***-***-**-** nömrəli telefon vasitəsi 102 xidmətinə dəfələrlə zəng vurduğunu onlar telefonu gec açanda o da təhqiredici ifadələr işlətdiyini, 102 xidmətinə çoxlu sayda zəng vurduğunu, 102 xidməti ilə əlaqə saxlayanda polis əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlətdiyini, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən ona zəng gələrək bölməyə dəvət etdiklərini, o sərxoş olduğundan bölməyə gəlməkdən imtina etdiyini, yaşadığı evdə olarkən polis əməkdaşları gələrək 102 xidmətində olan polis əməkdaşlarını təhqir etdiyini bildirdiklərini, onlar onu bölməyə dəvət edəndə o içkiliyəm bölməyə gəlməyəcəm dediyini, sonra onu avtopatrula mindirərək 1-ci Polis Bölməsinə gətirdiklərini, o sərxoş olduğundan 1-ci Polis Bölməsində etdiyi hərəkətləri xatırlamadığını, artıq nə edibsə heç birini xatırlamadığını bildirib qanuni qərar verilməsini məhkəmədə xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində əməliyyat istintaq qrupunda olan zaman 1-ci X3 Hissəsinə, Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan bir nəfər şəxsin 102 Zəng Mərkəzinə zəng edərək nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. O polis baş leytenantı Arzu Hüseynov, polis kiçik leytenantı Rahib Hacızadə ilə birgə hadisə olan yerə getmişdir. Tumbul kəndində yaşayan Nurəddin adlı şəxsin yaşadığı ünvana yaxınlaşaraq Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə izahat verilməsi üçün dəvət etmiş, həmin şəxs 1-ci Polis Bölməsinə gəlməkdən imtina etmiş və eyni qaydada 102 Xidmətinin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Hadisə yerinə avtopatrul çağırılmış onların köməyi ilə həmin şəxs 1-ci Polis Bölməsinə gətirilmişdir. 1-ci Polis Bölməsində həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. 1-ci Polis Bölməsində həmin şəxsin 1955-ci il təvəllüdlü, Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində əməliyyat istintaq qrupunda olan zaman 1-ci X3 Hissəsinə, Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan bir nəfər şəxsin 102 Zəng Mərkəzinə zəng edərək nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. O polis baş leytenantı Arzu Hüseynov ilə birgə hadisə olan yerə getmişdir. Tumbul kəndində yaşayan Nurəddin adlı şəxsin yaşadığı ünvana yaxınlaşaraq Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə izahat verilməsi üçün dəvət etmişlər və həmin şəxs 1-ci Polis Bölməsinə gəlməkdən imtina etmiş, eyni qaydada 102 Xidmətinin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Hadisə yerinə avtopatrul çağırılmış onların köməyi ilə həmin şəxs 1-ci Polis Bölməsinə gətirilmişdir. 1-ci Polis Bölməsində həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. 1-ci Polis Bölməsində həmin şəxsin 1955-ci il təvəllüdlü, Şəxs olduğu məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsində qeyd edilir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə qərar (qərardad) çıxarılır. Belə ki, Şəxs təqsirləndirildiyi maddə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə araşdırması zamanı verilən izahatlardan və təqdim edilmiş sənədlərdən və şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:35-də Naxçıvan şəhəri Tumbul kənd sakini 1955-ci il təvəllüdlü Şəxs ********** mobil nömrə ilə AR DİN-nin "102" Xidməti Zəng mərkəzinə zəng edərək (HK: **********) polis əməkdaşlarına qarşı qeyri etik ifadələr işlədərək təhqir etmişdir. Bundan başqa polis əməkdaşlarına tabesizlik göstərmiş, ictimai qaydanı pozmuş, onların qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, Şəxs əməlində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama inzibati xətalarının tərkibi vardır və həmin əməllərə görə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmçinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən barəsində inzibati həbs tətbiq edilə bilinməyən şəxaslər sırasındadır. Belə ki, Şəxs xx.xx.1955-ci il təvəllüdlüdür, təqaüdçüdür, Ona görə də Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli, 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs olması inzibati xətanın törədilməsi barədə səmimi peşmançılığı İXM-in 32.1.1-ci maddələrinin tələbinə əsasən, yüngülləşdirici hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal sərxoş vəziyyətdə əməlin törədilməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli, 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddənin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-469/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-469/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver