Məhkəmə qərarları › İş №3(078)-470/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-470/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-470/2023 17.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş “X4” MMC-nin nümayəndəsi X1, müdafiəçi X2 iştirakı ilə, Naxçıvan şəhəri. N.Tusi ev 5 olan (VÖEN: **********) “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Naxçıvan şəhəri. N.Tusi ev 5 olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Naxçıvan BGl-nin Rəsmiləşdirmə mərkəzinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********9816 sorqu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş bir verdən ibarət rütubət ölçən cihaz və buddanın keyfiyyətini yoxlamaq üçün cihazdan ibarət mallara dair təqdim olunmuş sənədlərin yoxlanılması zamanı sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki. alıcı tərəf ilə mal göndərən şirkət “X5 X11 X8 X9 X12 Ticaret Limited Şirketi” arasında bağlanmış alqı-satqı müqaviləsində göstərilən malların dəyərinin 7200 dollar, yəni 12240 manat təşkil etdiyi göstərilsə də. “Ferdin Aksu (Aksu Ticarət)” şirkətinin göndərdiyi faktura əsasında tərtib edilmiş gömrük bəyannaməsində malların dəyərinin 78.000 türk lirəsi, yəni 4945,2 manat oldudu göstərilmişdir və bununla da göstərilən dəyərlər arasındakı fərqin 7294,8 manat oldudu müəyyən edilmişdir. Bununla da “X4” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X4” MMC-nin nümayəndəsi X1, müdafiəçi X3 izahatında bildirmişdir ki, onların təmsil etdikəri şirkət tərəfindən bütün rəsmiləşdirilmələr düzgün aparılmış, müqavilə üzrə müəyyən edilmiş qiymət aydın şəkildə göstərilmişdir. Onların məlumatı olmadan “X5 X11 X8 X9 X12 Ticaret Limited Şirketi” gömrük rəsmiləşdirməsini apara bilmədiyi üçün “Ferdin Aksu (Aksu Ticarət)” şirkətinə vermiş, onlar da səhv faktura göndərmişlər. Müqavilə üzrə müəyyən edilmiş dəyərdə mal gətirilmişdir. Lakin gömrükdə saxlanılmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən Naxçıvan BGl-nin Rəsmiləşdirmə mərkəzinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********9816 sorqu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş bir verdən ibarət rütubət ölçən cihaz və buddanın keyfiyyətini yoxlamaq üçün cihazdan ibarət mallara dair təqdim olunmuş sənədlərin yoxlanılması zamanı sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki. alıcı tərəf ilə mal göndərən şirkət “X5 X11 X8 X9 X12 Ticaret Limited Şirketi” arasında bağlanmış alqı-satqı müqaviləsində göstərilən malların dəyərinin 7200 dollar, yəni 12240 manat təşkil etdiyi göstərilsə də. “Ferdin Aksu (Aksu Ticarət)” şirkətinin göndərdiyi faktura əsasında tərtib edilmiş gömrük bəyannaməsində malların dəyərinin 78.000 türk lirəsi, yəni 4945,2 manat oldudu göstərilmişdir və bununla da göstərilən dəyərlər arasındakı fərqin 7294,8 manat olduğu müəyyən edilmişdir. Barəsində araşdırma aparılan “X4” MMC-nin ünvanına göndərilən mallara dair sənədlərdə uvğunsuzluq olduğundan həmin mallara “X6 Postu”nda baxış keçirilmiş, baxış zamanı həmin malların “X4” MMC-nin adından təqdim edilmiş **********9816 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal edilən rütubət ölçən cihaz və buğdanın keyfiyyətini yoxlamaq üçün cihazdan ibarət mallar olduğu müəyyən edilmişdir. Eyni zamanda müvafiq fakturada göstərilməyən və gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd 50 ml-lik avtomatik şüşə pipet 2 ədəd şəffaf rəngli plastik boru, 10 ədəd şüşə kolba və onların qovulması üçün plastik qab, üzərində “pipette pump” yazılmış qutunun içərisində olan 1 ədəd plastik pipet və üzərində göstəricisi olan süsə boru aşkar edilmişdir. Hüquqi səxs Şəxs (VÖEN: **********) gömrük orqanlarına düzgün bəyan edilməyən və bəyan edilməyən mallarının dəyərinin müəwən edilməsi üçün xx.xx.2023-cü il tarixində 3-33-1200/2-003159/2023 savlı məktubla Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, həmin mərkəzin xx.xx.2023-cü il tarixli 912 nömrəli ekspert rəvinə əsasən 6 sentyabr 2023-cü il tarixli fakturadan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş, təzə vəziyyətdə olan malların 2023-cü ilin sentyabr avına olan qiyməti ilə ümumi dəyəri 12318,00 (on iki min üç yüz on səkkiz) manat olduğu müəyyən olunmuşdur. Həmçinin. xx.xx.2023-cü il tarixində keçirilən baxıs zamanı aşkar edilmiş 2 ədəd şəffaf rəngli plastik boru, 10 ədəd şüşə kolba və onların qovulması ücün plastik qab, üzərində “pipette pump” yazılmış qutunun içərisində olan 1 ədəd plastik pipetdən ibarət malların ekspert rəvinə əsasən fakturada göstərilən buädanın keyfiyyətini yoxlamaq üçün olan cihazın hissələri oldudu, digər adı çəkilən dəvəri 78 (yetmiş səkkiz) manat olan, gömrük orqanına bəvan edilməmiş 2 ədəd 50 ml-lik avtomatik şüsə pipetin isə həmin cihaza aid olmadıöı müəvvən edilmişdir. Eyni zamanda Rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33-/3-1- 011897/2023 nömrəli xidməti qeyddə hüquqi səxs “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin **********9816 sordu nömrəli bəyannamə üzrə bəvan etdivi malların gömrük ödənişlərinin hesablanması zamanı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəvi əsas götürüldüyü halda hesablanmış gömrük ödənişlərinin məbləäi 2514 ; manat təşkil etmiş, bəvannaməcinin təqdim etdivi fakturadakı dəyərlə **********9816 soräu < nömrəli bəyannamə üzrə hesablanan gömrük borcunun məbləäi isə 1080.94 manat təşkil etmişdir. Ümumilikdə gömrük ödənişlərinin məbləğində 1433.06 manat məbləğində fərq yaranmışdır. Bununla da gömrük ödənişlərinin məbləğini azlatmaqa əsas verən məlumatlar göstərilmişdir. Beləliklə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ünvanına göndərilən mallara dair təqdim olunan sənədlərdə 2 ədəd 50 ml-lik avtomatik şüşə pipetdən ibarət malın adı göstərilməmiş və İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yaranmış, eyni zamanda alaı-satqı müqaviləsində göstərilən malların dəvəri ilə fakturada göstərilən malların dəvəri fərqli olduğundan Gömrük ödənişlərinin məbləğində 1433.06 manat məbləöində fərq yaranmışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yaranmışdır. “X4” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və “X4” MMC həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “X4” MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, “X4” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 482.2-ci maddənin sanksiyası çərçivəsində barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 7200 ABŞ dolları olan malın dəyərinin 30 (otuz) faizi miqdarında, yəni 2160 (iki min yüz altmış) ABŞ dolları (icra olunan günə dolların manata olan məzənnəsi nəzərə alınmaqla) məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Naxçıvan şəhəri, N.Tusi 5 ünvanında qeydiyyatda olan (VÖEN **********) “X4” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 482.2-ci maddənin sanksiyası çərçivəsində barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 7200 ABŞ dolları olan malın dəyərinin 30 (otuz) faizi miqdarında, yəni 2160 (iki min yüz altmış) ABŞ dolları (icra olunan günə dolların manata olan məzənnəsi nəzərə alınmaqla) məbləğində cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar