Məhkəmə qərarları › İş №3(078)-470/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-470/2025

18.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-470/2025 18.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1999-cu ildə Naxçıvan şəhərində anadan olmuş FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 1, ev 50-də qeydiyyatda olan və yaşayan xx.xx.1999-cu il təvəllüdlü Şəxs barəsində tərtib edilmiş İXP-7511689 saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar daxil olmuşdur. xx.xx.1999-cu il təvəllüdlü Şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında axşam şəhərdən gələndə qəbirstanlığa dönəndə maşının qapısının öz-özünə açıldığını, o an qapını örtməyə çalışdığını, o zaman polis əməkdaşlarının onun arxasınca gəldiklərini gördüyünü, polis əməkdaşlarının arxasınca gəldiyini gördükdə sənədləri olmadığı üçün surətini artırıb uzaqlaşmağa çalışdığını, o zaman avtomobilinin rolu xarab olduğu üçün hadisənin baş verdiyini, bütün zərəri qarşılandığını, darvaza və avtomobilə dəyən zərəri tamamilə ödədiyini, peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X3 izahatında şikayətinin olmadığını, dəymiş zərərin tamamilə ödənildiyini, heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP-7511689 nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. Həmin maddənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, X2 cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar