Məhkəmə qərarları › İş №3(078)-471/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-471/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-471/2024 09.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X2 iştirakı ilə, xx.xx.2002-ci ildə Türkiyə Respublikası Batman Mərkəzdə doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, deməsinə görə əvvəllər məhkum olunmamış, subay, natamam ali təhsilli, Naxçıvan Dövlət Universitetində tələbə, Türkiyə Respublikası Batman Mərkəz Cümhuriyyət məhəlləsi küçə-1508, ev-28 ünvanında qeydiyyatda olan, Naxçıvan şəhər 35-ci məhəllə döngə-1, ev-6 ünvanında kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:50-də Naxçıvan şəhər H.Əliyev Prospektində yerləşən Araz marketdə bir nəfər şəxs nalayiq söyüşlər söyərək marketdə vətəndaşları narahat edir və bu barədə ona marketdə işləyən işçi məlumat vermişdir. Hadisə yerinə yaxınlaşan PPXB-nün əməkdaşına da tabesizlik göstərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs Türkiyə Respublikası Batman Mərkəz Cümhuriyyət məhəlləsi küçə-1508, ev-28 ünvanında qeydiyyatda olan, Naxçıvan şəhər 35-ci məhəllə döngə-1, ev-6 ünvanında kirayə yaşayan, xx.xx.2002-ci ildə Türkiyə Respublikası Batman Mərkəzdə doğulmuş, Türkiyə Respublikasının vətəndaşı Şəxsdur. Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxs ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət etsə də polisin qanuni göstərişinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 01:52-də Araz marketdə kassada olarkən tanımadığı bir nəfər kassada ödəniş etmək üçün onun qabağına keçmiş, o da öz sırası olduğunu bildirmişdir. Həmin şəxs ona nalayiq ifadə işlətdikdə, o da sərxoş olduğu üçün əsəbləşmiş və həmin şəxsi təhqir etmişdir. Polis əməkdaşları onu aparmaq istədikdə onlara özünün gedəcəyini, qandal taxılmasını istəmədiyini bildirmiş, Adını bilmədiyi polis əməkdaşları onu təhqir etmiş, onu zorla divara sıxıb qoluna qandal vurmuş və onu döymüşlər. Həmin vaxt polislərdən biri hadisəni videogörüntüyə alırdı. Hətta öz qriplarına da atıblar. Onun hüquqları vardır. Həmin görüntüləri də tələb edir. Ona xəsarət yetirilmişdir və bununla bağlı həkimə getməmişdir. Hüquqlarını qoruyacaqdır. Buna görə də o əsəbləşib polisə müqavimət göstərib. Yaşar Əsədov hadisə vaxtı orada olmayıb. Görüntülərdə də yoxdur. Onu polis şöbəsində görüb. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında bildirmişdir ki, Naxçıvan şəhərində yerləşən Araz marketdə administrator işləyir. xx.xx.2024-cü il tarixdə saat 01:51 radələrində ona bildirmişlər ki, bir nəfər şəxs kassanın qarşısında ucadan səs-küy salıb. Kassaya yaxınlaşanda iki nəfər şəxsin mübahisə etdiyini görüb. Həmin şəxslərdən biri türk vətəndaşı idi və ucadan səs küy salaraq nalayiq ifadələr işlədirdi. 102 xidmətinə zəng etmiş, lakin həmin şəxs gələn polis əməkdaşlarına da müqavimət göstərdi. Məhkəmədə şahid qismində izahat verən X9 izahatında Naxçıvan ŞPİ-nin polis sahə rəisi polis leytenantı olduğunu, xx.xx.2024-cii il tarixdə saat 01:55-də xidmətdə olan zaman bir nəfər şəxsin Naxçıvan şəhəri H.Əliyev pr-də yerləşən Araz marketdə səs-küy saldığını demişlər. Hadisə yerinə gedib onu nizam-intizama dəvət etsə də, o, ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmədə şahid qismində izahat verən X4 izahatında göstərmişdir ki, həmin gün cavabdeh olaraq xidmətdə olmuşdur və 102 məlumat xidmətinə gələn zəng nəticəsində hadisə yerinə getmişlər. Marketin əməkdaşları onları marketdən çöldə gözləyirdilər və bildirdilər ki, şəxs marketdə narahatlıq yaradır. Gecə vaxtı olsa da marketdə kifayət qədər şəxs var idi və işçilər də orada idilər. Şəxs sərxoş idi və həm açıq xuliqanlıq edirdi, həm də polis əməkdaşlarına tabe olmurdu. Hər kəsi təhqir edirdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Şəxs 1.558 promil dərəcədə sərxoş olması müəyyən olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin postpatrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Samiq İbrahimov tərəfindən verilən raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:05 radələrində X6 **-AP-*** dövlət nömrə qeydiyyat nişanı olan avtopatrulda polis baş serjantı Quliyev Elməddin ilə xidmətdə olan zaman, polis serjantı Seyidov Mirhəsən mənə zəng edərək bildirdi ki,H.Əliyev Prospektində yerləşən Araz marketdə bir nəfər şəxs nəlayiq söyüşlər söyərək marketdə vətəndaşları narahat edir və bu barədə ona marketdə işləyən işçi məlumat vermişdir. Mən də bu barədə Növbətçi Hissəyə məlumat verdim və Növbətçinin tapşırığı ilə şəxsi Naxçıvan Şəhər Polis İdarəsinə gətirib Növbetçi Hissəyə təfil verdim. Növbətçi Hissədə məlum oldu ki, həmin şəxs Türkiyə vətəndaşı 10.05.200-ci il təvəllüdlü Şəxsdur. Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxs ictimai yerdə səsküy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etsə də polisin qanuni göstərişinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs izahatını özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir, eləcə də şəxsin gözlə görünən hər hansı xəsarəti də müşahidə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. İnzibati məsuliyyəti ağırlaşdıran hal şəxsin sərxoş vəziyyətdə olmasıdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar