Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-473/2024 10.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1987-ci ildə Babək rayon Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, müvəqqəti işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3380/2018 saylı, xx.xx.2018-ci il tarixli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-498/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı şəhəri 21 saylı Notariat Kontoru 5347 saylı, xx.xx.2022-ci il tarixli, Babək Rayon Məhkəməsinin 2(079)-194/2014 saylı, xx.xx.2014-cu il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3500/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1405/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədlərinə əsasən icraata başlama haqqında qərarların, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs icra sənədləri üzrə ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33 80/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 2 uşağın saxlanılması üçün hər ay 308 manat aliment X3 ödəməlidir. Hal-hazırda borcu 2024-cü ilin dekbar ayıda daxil olmaqla 12994 manat təşkil edir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2( 123)-498/2024 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 100 manat dövlət rüsumu ödəməlidir. Bakı şəhəri 21 saylı Notariat Kontorunun 5347 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2026 manat pulu "xxxx" MMC-nə ödəməlidir. Hal-hazırda borcu 1966 manat təşkil edir. Babək Rayon Məhkəməsinin 2(079)-194/2014 saylı, xx.xx.2014-cü il tarixli, "xxxx" ASC-nə 2266.53 ABŞ dolları, 30 manat dövlət rüsumu ödəməlidir. Bank tərəfindən ona 365.53 ABŞ dolları və 30 manat dövlət rüsumu borcu olduğu qeyd edilsə də, o, banka ödəniş edib əsas borcu tam həcmdə ödəməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3500/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi üzrə 2225 manat pul “Vorld Telekom’5 MMC-nə ödəməliyəm. Hal- Hazırda borcum 2005 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1405/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədi 829 manat "xxxx" MMC-nə ödəməliyəm. Hal-hazırda borcu 519 manat təşkil edir. İcra sənədi icraata daxil olması barədə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş onun qeydiyyatda olduğum ünvan 1 ünvanına göndərilmişdir. Qərar və bildirişdə tələbin könüllü təmin edilməsi təklif olunmuş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi, həmçinin verilmiş tələbi könüllü təmin etməyi bildirilmişdir. Borcları hissə-hissə ödəyə bilər, amma "xxxx" ASC-nə olan borcu tam bağlayıb. Lakin Bank ona borclu olduğunu bildirir. Bununla bağlı gələcəkdə məhkəməyə müraciət edəcək. İş materiallarına əlavə olunmuş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3380/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay, hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X8 3 yaşına çatanadək 30 manat aliment X2 xeyrinə ödənilməsi qət edilmiş və xx.xx.2018-ci ildə icra vərəqəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-498/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş "xxxx" MMC-nin icra orqanının rəhbəri olan maraqlı şəxs Şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AA*******, qeydiyyatda olduğu yer - Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, 7A məhəlləsi, döngə 4, ev 15) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs Şəxs tutularaq dövlət gəlirlərinə alınması qət edilmiş və xx.xx.2024-cü ildə icra vərəqəsi verilmişdir. Bakı şəhəri 21 saylı Notariat Kontoru 5347 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi ilə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC VÖEN:********** xeyrinə BAKİ, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs (AZE17341408, xx.xx.2017 - Asanl; FİN: xxxxxxx; d/t: xx.xx.1987) BL392400 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2001 manat 00 qəpik (iki min bir manat sıfır qəpik) tutulması göstərilmişdir Babək Rayon Məhkəməsinin 2(079)-194/2014 saylı, xx.xx.2014-cu il tarixli icra sənədi ilə cavabdeh X1 1517.89 (bir min beş yüz on yeddi dollar səksən doqquz sent) ABŞ dolları əsas, 517.92 (beş yüz on yeddi dollar doxsan iki sent) ABŞ dolları hesablanmış faiz, 230.72 (iki yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları dəbbə pulu - cəmi 2266.53 (iki min iki yüz altmış altı dollar əlli üç sent) ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 300 (üç yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyətinə verilməsi, 2266.53 (iki min iki yüz altmış altı dollar əlli üç sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ödənilməsi qət edilmiş və xx.xx.2014-cü ildə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3500/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrinə əsasən borclu(lar)dan (Şəxs) (birgə qaydada) kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış öhdəlik müqaviləsi(ləri) ( ) üzrə alaraq ümumilikdə 2205 manat pul və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1405/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə, ümumilikdə 779 (yeddi yüz yetmiş doqquz) manat borc və 30 (otuz) ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmiş və xx.xx.2021-ci ildə icra vərəqəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında bildirişlər verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu Şəxs izahatında bildirmişdir ki, Para Bokta olan borcu tam ödəmişdir. Həmin müəssisədə işçilərin məsuliyyətsizliyi nəticəsində pul tam ödənilməmiş göstərilir. İki körpə uşağı vardır. Bunların nəzərə alınmasını xahiş edir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-473/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-473/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver