Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-475/2024 26.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasına dair) Hakim Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Şikayət vermiş şəxs X4 və qərar qəbul etmiş orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X4 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinib 1550 (bir min beş yüz əlli) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X9 həmin qərardan şikayət verib, onun barəsində 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, 09 dekabr 2024-cü il tarixində işlədiyi müəssisəyə fiziki şəxs olaraq ona ünvanlanmış, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Tərəfindən 05 dekabr 2024-cü il tarixli № 3-17-9-5/2-Ə-2152/2024 nömrəli Bildiriş, MN №1779518 nömrəli İnzibati tənbeh haqqında qərar daxil olmuşdur. Daxiloima "№ 172, 4 (dörd) vərəq, 9 dekabr 2024" ştampı iiə qeydiyyata alınmışdır. Məktubda vəzifəsi "Direktor vəzifələrini müvəqqəti icra edən" olaraq göstərilsə də, Naxçıvan MR Səhiyyə Nazirliyinin müvafiq əmri ilə bu vəzifəyə 7 yanvar 2024-cü ildə təyin edilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü bəndinə əsasən 7 aprel 2024-cü il tarixində bu vəzifəni icra etmə müddətim başa çatmışdır. Həmin tarixdən etibarən bu günədək "Baş həkim" vəzifələrini icra edir. Bundan əlavə 05 dekabr 2024-cü il tarixli MN №1779518 nömrəli İnzibati tənbeh haqqında Qərarda qeyd olunmasına baxmayaraq, qərarın surəti ona 2 (iki) gün ərzində deyil, 9 dekabr 2024-cü il tarixində, yəni 4 (dörd) gün sonra verilmişdir. Həmçinin, ona qarşı tətbiq edilmiş inzibati tənbehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına görə "əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsinin təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyəyn edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun deyil. Belə ki, həmin qərarın 2-ci bəndində "Nazirliklər, dövlət komitələri və baş idarələr Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla bu qərarən 1-ci hissəsinə uyğun olaraq tabeliklərindəki büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və zərərli iş yerlərində peşə və vəzifələrin siyahısını müvafiq əmsalları göstərilməklə təsdiq etsinlər" yazılmışdır. Əlavə olaraq "İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası" haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "04"xxxx"Müəssisələr, təşkilatlar bu metodikaya əsasən iş yerlərinin attestasiyasının nəticələrini nəzərə alaraq, əmək şəraitinə görə işçilərə artım əmsalının miqdarını göstərməklə, onların təyin oluna bilən konkret işlərin və iş yerlərin siyahısını işləyib hazırlayır. Ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşların artım əmsalının miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı halda isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar İttifaqı təşkilatı arasında razılaşmaqla müəyyən edilir. Büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalı Azərbaycan Respublikası Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri ilə razılaşdırılmış və yuxarı təşkilat (nazirlik, dövlət komitəsi, baş idarə,) tərəfindən təsdiq edilmiş peşə və vəzifələrin Siyahısına əsasən müəyyən edilir." Bütün bunları əsas götürərək qeyd edir ki, Naxçıvan MR X13 Xidməti PHŞ Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində olan və büdcədən maliyyələşdirilən müəssisədir. Ona görə də birbaşa şəxsinə yazılan bu intizam tənbehinin doğru olmadığını və qanunvericiliyə zidd olduğunu düşünür. Bundan başqa "05 dekabr 2024-cü il tarixli MN №1779518 nömrəli İnzibati tənbeh haqqında Qərar"da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavənin tələbinə uyğun olaraq "vətəndaşlığı" qeyd edilməmişdir və çalışdığı müəssisənin adı natamam və qeyri düzgün yazılmışdır. Eyni zamanda həmin qərarın "müəyyən edildi" bölməsində yazılan cümlənin sonluğunda yazılan 2-ci ifadə qeyrimüəyyəndir və heç bir məna kəsb etmir. Ümumiyyətlə diqqət edilərsə, bəhs edilən qərarın təlimata uyğun doldurulmasında bir çox səhvlərə yol verilmişdir (məsələn: 1550 (bir bin beş yüz əlli) yazısındakı "bin" ifadəsi). Məhkəmə iclası zamanı izahat verən X9 bildirmişdir ki, o, 20 ildir Səhiyyə sistemində çalışır. Bu illər ərzində qiymətləndirmə, atestasiya keçirilməsi aparılmayıb. Bununla bağlı aidiyyatı qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir. İşdə olan nöqsanların aradan qaldırılmasından söhbət gedirsə, əvvəlcə yaxşı olardı ki, monitorinq keçirilməli, tövsiyyə xarakterli görüşlər keçirilməli, sonra onlara vaxt verilməli idi. Bu bir müəssisənin görəcəyi iş deyil. Xidmətin nümayəndələri ilə görüşəndə onlardan bu barədə möhlət verilib-verilmədiyini soruşduqda, Xidmətun nümayəndələri “biz sizə yalnız nöqsanlarınızı bildiririk” deyiblər. Akt tərtib olunmuş, aktda 14-15 nöqsan yazılmışdısa, qısa zaman ərzində həmin nöqsanların böyük bir qismini aradan qaldırmışdır. Bu nöqsanlar birbaşa onlardan asılı deyil. Attestasiya keçirilməli, işin ağırlığı müəyyən edilməli idi. Müəssisənin 320 işçisi var. Bu iş kökündən həll olmalıdır. İnzibati tənbeh verilməklə məsələni həll etmək olmaz. Noyabr ayında Xidmətin nümayəndələri yoxlama aparmış, akt tərtib edilmiş, hətta aktda il səhv yazılmış, sonra ağardırılaraq düzəlmişdir. Həmin vaxt deyilib ki, sadəcə yoxlama aparılır. X13 Xidmətinin işçiləri 2 qat maaş alırlar. Müəssisədə belə işləyən yüzlərlə işçi var. Bunları hesablayanda milyonlarla vəsait edir ki, bu da birbaşa onlarla əlaqəli deyil. Bu prosesi 2025-ci ildə bütün işçilərə tətbiq edəcəklər. Məsul şəxs olmadığı halda tənbehin ona yazılması düzgün deyil. Həmin tənbehə qeyri-qanuni məruz qaldığından qərarın ləğv edilməsini xahiş etmişdir. Qərar qəbul etmiş orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 şikayəti qəbul etməyib bildirmişdir ki, X9 qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinin tələbinə əsasənbarəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla bağlı Baş nazirin qərarı var. Şəxs işdən azad olunduğu üçün onlara müraciət edib və bundan sonra araşdırılma aparılıb. Ərizə əsasında yoxlama aparılıb. Xəbərdarlıq göndərilməyib. Hüquq pozuntusu aşkarlanıb. İşçinin 6 günlük məzuniyyət verilməyib, bu da son hesaba təsir edir, ödəniş edilməyib. Hesab edir ki, verilmiş qərar əsaslıdı. Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 01/02 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü hissəsini və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 03 iyul 2006-cı il tarixli 36- İİİ FR saylı Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqınaa Əsasnamənin 14.4-cü bəndini rəhbər tutularaq X9 07 yanvar 2024-cü il tarixindən “Naxçıvan Muxtar Respublikası X13 Xidməti" publik hüquqi şəxsin direktorun müavinı-baş həkim vəzifəsinə təyin edilmiş, “Naxçıvan Muxtar Respublikası X13 Xidməti" publik hüquqi şəxsin direktor vəzifəsinin icrası müvəqqəti olaraq həmin müəssisənin direktorun müavini-baş həkimi X6 həvalə edilmiş, "S.V.İbrahimova direktor vəzifəsinin həvalə edilməsi haqqında ” Naxçıvan Muxtar Respublikası. Səhiyyə Nazirliyinin 07 noyabr 2023-cü il tarixli 304 nömrəli əmri qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X9 Azərbaycan Respublikası İXM-in 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 1550 (bir min beş yüz əlli) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinə əsasən İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115.1-ci maddəsinə görə yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək Məcəlləsinin 115.2-ci maddəsinə görə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2024-cü il tarixli 92 nömrəli Qərarına görə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları (şöbələri) və respublika xəstəxanalarının səyyar fövqəladə və məsləhət tibbi yardım şöbələrinin üzrə “həkim” vəzifəsi daxildir. İstər iş materiallarında olan sənədlərdən istərsə də izahatlardan aydın olmuşdur ki, X1 Muxtar Respublikası X13 Xidməti Publik Hüquqi Şəxsdə həkim olaraq işləmiş və işdən azad edildikdən sonra son hesabın ödənilməməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət etmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, şəxs həkim olaraq müvafiq Nazirlər Kabinetinin qərarına əsasən əmək şəraiti ağır olan peşə siyahısına daxil olduğu halda ona 6 gün əlavə məzuniyyət verilməmiş və bununla da məzuniyyət hüququ pozulmuş və son hesab həmin məzuniyyət müddətinin hesablanmadan kəsir ödənilmişdir. Barəsində inzibati cərimə qərarı tətbiq edilmiş Naxçıvan Muxtar Respublikası X13 Xidməti Publik Hüquqi Şəxsin baş həkimi X9 izahatında ümumiyyətlə bununla bağlı müvafiq attestasiya keçirilməli olmasını, əmək şəraitinin ağırlıq dərəcəsinin müəyyən olunmalı olmasını, heç bir əməkdaşa bu günə qədər əlavə məzuniyyətin verilmədiyini və bununla bağlı nöqsan varsa aradan qaldırılmasının mümkün olmadığını, maliyyə vəsaitinin ayrılmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, bu hal əmək qanunvericiliyinin məzuniyyət hüququnun pozulması halıdır və inzibati qərar qəbul edən orqan bununla bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Eləcə də inzibati xəta haqqında protokolda və qərarda müəyyən nöqsanların və ya hərf səhvlərinin olması formal mülahizə, formal əsas hesab edilir və inzibati xətanın mövcudluğunu istisna etmir. Formal əsaslar isə qərarın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən X9 barəsində tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-475/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-475/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver