Məhkəmə qərarları › İş №3(078)-476/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-476/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-476/2024 10.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Naxçıvan MR Daxili İşlər Nazirliyinə X12 X3 X10 təhlükəsizlik bölməsinin rəisi polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinə X12 X3 Polis Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİNnə X12 X3 Polis Şöbəsində tərtib olunmuş material 10 dekabr 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X3 X10 Təhlükəsizlik Bölməsinin rəisi polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da X7 Limanının daxilində yerləşən bilet almaq üçün istifadə olunan çek cihazından bir neçə ədəd çek götüməsini aşkar etmişlər. Şəxs bilet alqı-satqısında şöbhəli bilindiyi üçün polis şöbəsinə dəvət edildiyi zaman ictimai yerdə onların ünvanına uca səslə nalayiq ifadələr işlətməklə getməkdən imtina etmiş, şəxs polis şöbəsinə gətirilərkən polisi itələyərək qaçmağa cəhd göstərmiş, polis şöbəsinin qapısı önündə şöbəyə daxil olmaqdan imtina edərək yenidən uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı tərəfindən nizam-intizama dəvət edilsə də polis əməkdaşına tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 09 dekabr 2024-cü ildə saat 13:00 radələrində qızı ona yaxınlaşraq məktəb yoldaşları ilə yeni il ilə əlaqədar olaraq tədbir keçirilməsi üçün 30 manatdan pul yığdıqlarını bildirmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün dostlarından borc istəmiş, lakin yox cavabı almışdır. 2-3 ay əvvəl bilet alqı-satqısı ilə məşğul olsa da polis əməkdaşlarının bunun qadağan olması barədə ona xəbərdarlıqlarından sonra bir daha heç kimə bilet almamışdır. Əvvəldən olan müştəriləri onunla mütəmadi əlaqə saxlasalar da o onlara artıq o işlə məşğul olmadığı barədə cavab vermişdir. Bir neçə tanışından da borc verməsi üçün xahiş etdikdən sonra onların mənfi cavablar verməsinə görə saat 16:20 radələrində Naxçıvan BHL-ya gələrək kassa aparatından istəyən olarsa 5 manata satmaq məqsədi ilə bir neçə çek çəkib. Bu zaman Hava Limanı əməkdaşlarından orada xidmət edən polis əməkdaşlarına onun çek çəkməyi barədə məlumat verdilər. Polis əməkdaşları ona yaxınlaşaraq bilet alqısatqısında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etdilər. Onlara niyə getməli olduğu barədə soruşduğu zaman onlar şöbədə ətraflı məlumat veriləcəyini bildirdilər. Bundan sonra əsəbləşərək uca səslə nalayiq ifadə işlədərək problemi olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmaq istəyərkən onlarla getməyəcəyini heç bir günahı olmamasını bildirmişdir. Polis Şöbəsinə çatdığı zaman yenə də onlarla mübahisə edərək günahsız olduğu halda onu gətirdiklərini bildirərək polis şöbəsinin qapısı önündə bir daha mübahisə etmişdir. Maddi problemlərlə əlaqədar bu addımı atıb. Etdiyim əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 X10 Təhlükəsizlik Bölməsinin polis nəfəri X9 bildirmişdir ki, 09 dekabr 2024-cü ildə Naxçıvan BHL-da xidmətdə olduğu zaman qanunsuz bilet satışı ilə məşğul olan Naxçıvan şəhər sakini X2 Naxçıvan BHL-ya daxil olmasını aşkar etmişlər. X16 çek cihazına yaxınlaşaraq oradan bir neçə ədəd sıra çeki aldıqdan sonra həmin şəxsin yenə də həmin çekləri satacağından şübhələndikləri üçün həmin şəxsə yaxınlaşmışlar. Şəxsə sıra çeklərini niyə alması barədə soruşduğu zaman o həyəcanlanaraq lazım olduğunu bildirmişdi. Həmin şəxsə bilet satışında şübhəli olduğu üçün barəsində araşdırma aparılması məqsədi ilə şəxsi polis şöbəsinə dəvət etdikləri zaman o polis şöbəsinə getməkdən imtina edərək onların ünvanına ictimai yerdə uca səslə nalayiq ifadə işlətdi. Həmin şəxsi nizam-intizama dəvət etdikdə o, qaçmağa cəhd göstərmiş, daha sonra saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis Şöbəsinin qarşısında şəxs yenidən uca səs salaraq Polis Şöbəsinin inzibati binasına daxil olmaqdan imtina etmişdir. Daha sonra şəxsin hərəkətlərinə son verilməklə saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 Polis Şöbəsinin əməliyyat müvəkkili X5 izahatında X4 verdiyi izahata oxşar izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 09 dekabr 2024-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da X7 Limanının daxilində yerləşən bilet almaq üçün istifadə olunan çek cihazından bir neçə ədəd çek götüməsini aşkar etmişlər. Şəxs bilet alqısatqısında şöbhəli bilindiyi üçün polis şöbəsinə dəvət edildiyi zaman ictimai yerdə onların ünvanına uca səslə nalayiq ifadələr işlətməklə getməkdən imtina etmiş, şəxs polis şöbəsinə gətirilərkən polisi itələyərək qaçmağa cəhd göstərmiş, polis şöbəsinin qapısı önündə şöbəyə daxil olmaqdan imtina edərək yenidən uca səslə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı tərəfindən nizam-intizama dəvət edilsə də polis əməkdaşına tabe olmamışdır. Həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Belə ki, inzibati xəta törətmiş şəxs və şahidlər sərxoş vəziyyətdə inzibati xəta törədildiyini bildirsələr də, onun sərxoşluğunu təsdiq edən müayinə aktı iş materiallarına əlavə edilməmişdir. Sərxoşluq sadəcə müayinə aktı ilə təsdiq edilməli olduğundan inzibati xətanın ağırlaşdıran halın olmaması nəticəsinə gəlinir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, şəxsin azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə məhdudlaşdırılmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar