Məhkəmə qərarları › İş №3(078)-479/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-479/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-479/2024 13.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0VQVDLV, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyinə X9 X4 Polis Şöbəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN-nə X9 X4 Polis Şöbəsində tərtib olunmuş material 13 dekabr 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X4 Polis Şöbəsinin X2 rəisi polis baş leytenantı Zeynalov Azər M\əmməd oğlu tərəfindən tərtib olunmuş 13 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə hava limanı ərazisində ictimai yerdə ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 12 dekabr 2024-cü ildə Gürcüstan Respublikasından Naxçıvan şəhərinə gəlmişdir. Yolda olan zaman Türkiyədə spirtli içki qəbul etmişdir. Naxçıvana çatan zaman Bakı şəhərinə getmək üçün bileti olmadığı üçün saat 16:00-da X6 Limanına gəlmişdir. Hava Limanına daxil olduqdan sonra sərxoş vəziyyətdə bilet alınması üçün təyin olunmuş çek cihazına yaxınlaşaraq oradan bir neçə ədəd sıra çeki aldıqdan sonra Hava Limanın xaricinə çıxıb. Çölə çıxaraq binanın sol tərəfi istiqamətində getmiş və orada 1 ədəd siqaret götürərək təyin olunmamış yerdə siqareti çəkdikdən sonra tütün məmulatlarının tullantılarını ətraf mühitə atdıqdan sonra 1 ədəd də siqaret çəkməyə başlamışdır. Siqareti çəkməyə davam etdiyi zaman sərxoş olduğu üçün ictimai yerdə təbii ehtiyacını ödəməyə başlamışdır. Onun bu hərəkəti ətrafda olan Naxçıvan-Bakı reysi ilə gedən vətəndaşlar arasında narazılığa səbəb oldu. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq ərazinin ictimai yer olmasını və orada siqaret çəkməyinə görə və ictimai qaydanı pozmağına görə inzibati məsuliyyətə səbəb olmasını bildirdilər və onu polis şöbəsinə gətirdilər. O, xərçəng xəstəsidir və qəbul etdiyi dərmanların təsirindən ağrıları çox olur. Buna görə də təbii ehtiyacını ödəmək məcburiyyətində olub. Həm də sərxoş olduğu üçün etdiyi hərəkətin fərqində olmayıb. X1 ilk dəfə olduğu üçün tualetin yerləşdiyi yeri bilmir. Əməlindən peşmandır. Özü Hepatit C xəstəliyini daşıyıcısıdır, əlavə olaraq əməliyyat olunubdur və sağlamlığı yerində deyil. Məhkəmə iclasında şahid qismində izahat verən Naxçıvan HNPŞ-nin İTB-nin inspektoru X5 bildirmişdir ki, 12 dekabr 2024-cü ildə saat 15:30-da Naxçıvan BHL-da xidmətdə olduğu zaman 1 nəfər tanımadığı şəxsin sərxoş vəziyyətdə Hava Limanına daxil olduqdan sonra bilet alınması üçün təyin olunmuş çek cihazına yaxınlaşaraq oradan bir neçə ədəd sıra çeki aldıqdan sonra şübhəli hərəkətlərlə Hava Limanın xaricinə çıxmasını görüb. Şəxsin hərəkətləri şübhə doğurduğu üçün həmin şəxsin hərəkətlərinə nəzarət etmək məqsədi ilə onun arxasınca getmişdir. Şəxs hava limanından çıxaraq binanın sol tərəfi istiqamətində getdi. 1 ədəd siqaret götürərək təyin olunmamış yerdə siqareti çəkdikdən sonra tütün məmulatlarının tullantıları ətraf mühitə atdıqdan sonra, 1 ədəd də siqaret ehtiyacını ödəməyə başladı. Həmin şəxsə yaxınlaşaraq etdiyi əməlin ictimai qayda pozuntusu olduğunu və insanları narahat etdiyini və tütün məmulatlarının tullantılarını ətraf mühitə atmanın qayda pozuntusu olduğunu bildirərək şəxsi polis şöbəsinə dəvət etmişdir. Şəxs heç bir qayda pozmadığını bildirərək uca səslə qışqırmağa başladı. Bundan sonra şəxs polis şöbəsinə gətirildi. Polis şöbəsində həmin şəxsin xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda Şəxs olduğu müəyyən olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri X7 izahatında X3 verdiyi izahata oxşar izahat verərək göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 12 dekabr 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 12 dekabr 2024-cü ildə saat 15:30-da X2 polis nəfəri, polis serjantı X7 ilə birlikdə X6 Limanınında xidmətdə olduğu zaman 1 nəfər şəxsin sərxoş vəziyyətdə şübhəli hərəkətlərlə bilet alınması üçün təyin olunmuş çek cihazına yaxınlaşaraq oradan bir neçə ədəd sıra çeki aldıqdan sonra şübhəli hərəkətlərlə Hava Limanından çıxmasını aşkar etdiklərindən, şəxsin hərəkətlərinə nəzarət etmək məqsədi ilə onun arxasınca getdikləri zaman şəxsin təyin olunmamış yerdə tütün məmulatı istifadə edərək onun tullantılarını ətraf mühitə atmasını və ictimai yerə insanların haqlı narazılığına səbəb olacaq şəkildə təbii ehtiyacını ödədiyini aşkar etmişlər. Həmin şəxsə yaxınlaşaraq etdiyi əməlin qanun pozuntusu olduğunu və məsuliyyətə səbəb olduğunu izah edildiyi zaman şəxs uca səs salaraq öz əməlinə haqq qazandırmaq istədiyi üçün şəxsin hərəkətlərinə son vermək məqsədi ilə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdırılan yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 75 (yetmiş beş) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar