Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-48/2024 23.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə baxaraq m ü ə y y ə n e t d im : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barədə olan 08 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər baxılması üçün Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şərur rayonu, Yengicə kəndində qeydiyyatdadır. Buradan da anlaşılır ki, hazırki inzibati xəta haqqında işə baxılması Naxçıvan Şəhər Məhkəməsinin hakiminin səlahiyyətinə aid deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən, inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Yuxarıda göstərilənlərə əsasən də belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.7-ci maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barədə olan 08 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilsin. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-48/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-48/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver