Məhkəmə qərarları › İş №3(078)-481/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-481/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-481/2024 26.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, 15 yanvar 1997-ci ildə Şahbuz rayonu, Kükü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 31 oktyabr 2024-cü il tarixdə saat 14 dəqiqədə Naxçıvan şəhəri Babək məhəlləsi ilə Atabəylər məhəlləsinin kəsişməsindəki yolayrıcında X2 idarə etdiyi mopedlə Şəxs idarə etdiyi Vaz 21074 markalı avtomobil toqquşmuşdur və nəticədə X4 aldığı xəsarətlərlə Naxçıvan MR Xəstəxanasına daxil olmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpb-372/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə saat 14 iradələrində gündüz vaxtı Naxçıvan şəhəri Atabəylər məhəlləsi ilə Babək məhəlləsinin kəsişməsindəki yolayrıcında, yaşayış məntəqəsində baş vermişdir. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri Atabəylər məhəlləsi ilə Babək məhəlləsinin kəsişməsindəki yolayrıcında avtomobillərin hərəkətləri svetofor ilə nizamlanmır. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 43,10 metrdir, hərəkət zolaqları 6-dır, hərəkət zolağının eni isə 4,6 metrdir. Naxçıvan şəhəri Babək məhəlləsində Megastore tərəfdən gələn yolda hərəkət zolaqlarının sayı 4-dür. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində iki tərəfli yoldur, yolayrıcıdır. Avtomobillərin hərəkətləri svetoforla tənzimlənmir. Həmin yol ayrıcında sürəti həddinin 50 km/saat olmasını bildirən qadağa, üstünlük nişanı yol ver nişanı vardır. Həmçinin yol hərəkət hissəsində üfüqi nişanlama xətləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşları, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 1,6 metrdir. Soldan da yolun kənarlarında köbə daşları, avtobus dayanacağı və səki var, səkinin uzunluğu isə 1,7 metrdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında Atabəylər məhəlləsi və yaşayış binaları var. Yolun solunda isə ağaclıq zona, avtobus dayanacağı yerləşir. Sürücü avtomobili idarə edərkən görünüş məsafəsi 100 metrdir. Nəqliyyat vasitələrinin toqquşma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları - Vaz 21074 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil ilə motosikletlə Naxçıvan şəhəri Atabəylər məhəlləsi ilə Babək məhəlləsinin kəsişməsindəki yolayrıcında toqquşmuşdurlar. Belə ki, hadisə yerinə ilkin baxış zamanı məlum oldu ki, Vaz 21074 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil Megastore super market istiqamətindən hərəkət edib yol ayrıcına gəlib sola dönmə əməliyyatını yerinə yetirib yolayrıcına daxil olub, qoşa xəttə qədər gəlmiş, motosiklet də H.Əliyev sarayı istiqamətində Megastore super market istiqamətində gedərkən motosikletin hərəkət etdiyi zolaqda toqquşma baş vermişdir. Hər iki nəqliyyat vasitəsinə məxsus tormozlama izləri müşahidə edilməmişdir. Toqquşma yerindən sol tərəf yolun yarısına qədər məsafə 17,1 metr, toqquşma yerindən sağ tərəfdəki işıq dirəyinə yerə qədər məsafə 25,40 metr, digər işıq dirəyinə qədər məsafə isə 38,10 metrdir. Toqquşma yerindən Vaz 21074 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin dayandığı yerdən qabaq tərəfdəki bardürə qədər məsafə 16,5 metrdir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu - Vaz 21074 minik markalı **- BG-*** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq krlosu, sağ təkəri əzilmişdir. Motosikletin isə qabaq tərəfdən rolu, təkəri əzilmişdir. Avtomobilin itmiş hissələri mövcud deyildir. Vaz 21074 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil və motosiklet ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Hadisə yerində avtomobillərə məxsus tormoz izi yoxdur. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar