Məhkəmə qərarları › İş №3(078)-484/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-484/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-484/2023 13.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxxxx 1989-cu il tarixdə Şərur rayonu, Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, həkim travmatoloq, ailəli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlər məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 2016cı ildən Mərkəzi Xəstəxanada həkim travmatoloq kimi çalışdığını, 04 sentyabr 2023-cü il tarixdə Travmatologiya şöbəsinə daxil olarkən tibb bacısı Yeganə adlı şəxsin onlara yaxınlaşdığını, “bir vətəndaş ağzına gələn söyüşləri söyür” dediyini, ona “səhv edir, söyüş söyür, çağırın polisləri gəlib aparıb tədbirini görsünlər” dediyini, polisin gəldiyini, onun yanında onlar arasında mübahisə yarandığını, ona “niyə söyüş söyürsən” dediyini, onun da ona “yaxşı edib söyüş söyürəm” dediyini, onu oradakıların kənara çəkdiklərini, onlar arasında sözlü mübahisənin olduğunu, öz işinə getdiyini, üzərindən bir az keçəndən sonra Səməd alçıpan ustasının ona zəng vurduğunu, Səməd ustanın onun evində alçıpan ustası işlədiyini, ona “nə zaman işdən çıxırsan” dediyini, iş vaxtını ona dediyini, ustanın ona “gəl Saat Meydanının yanına, orada görüşək” dediyini, ora gəldiyini, Səməd ustaya zəng vurduğunu, gəldiyini dediyini, onun da ona “gəl Polis İdarəsinə” dediyini, içəri keçdiyini və yuxarıya gedib Səməd ustanın polisin yanında oturduğunu gördüyünü, ona “Səməd usta nə yaxşı çağırmısan bura məni” dediyini, onun da xəstəxanadakı söhbətə görə çağırdığını dediyini, onun da onu tanıdığını, ondan üzrxahlıq etdiyini, sonra oradan çıxdıqlarını, onun evinə getdiyini, hazırda işin bu yerə qədər gəlməsinə görə peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 04 sentyabr 2023-cü il tarixdə X3 onun otağında müayinə zamanı xəstəxana işçilərini və rəhbərliyini təhqir etdiyini, bunu baş tibb bacısının onlara dediyini, Səmədin bunu təsdiq etdiyini, o xanımın şəxsinə heç nə demədiyini bildirdiyini, Şəxs onun otağına gələrək X2 niyə belə etdiyini soruşduğunu, kiçik söz mübahisələrinin yarandığını, Şəxs qucaqlayaraq öz şəxsi otağına apardığını, daha sonra vətəndaşın müayinəsini başa çatdırdığını, bu məsələ yekunlaşdıqdan sonra həmin şəxsin polis əməkdaşı ilə baş tibb bacısına üzr istəmək məqsədilə yaxınlaşdığını, şəxsinə nəsə demədiyini izah etdiyini gördüyünü, həmin vaxtı səs-küyə digər şəxslərində gəldiyini, xəstəxana işçilərinin və mühafizə polisiniun də orada olduğunu bildirdi. X5 məhkəmədə şahid qismində verdiyi izahatında, xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Mərkəzi Xəstəxanasına getdiyini, böyründə olan nasazlığı müayinə etmək məqsədilə oraya getdiyini, bu zaman orada növbə gözlədiyini, bir az sonra digər bir şəhid atasının anasının ayağı sındığına görə onu xəstəxanaya gətirdiyini, növbədə gözləyən şəxslərin onların növbəsi olduğunu bildirdiyini, orada tibb bacısı işləyən şəxsin növbədə gözləyən şəxslərə həmin ailənin önə keçməsinə etirazlarının olub-olmamasını soruşduğunu, bu zaman özündən asılı olmayaraq səsini ucadan qaldıraraq həmin tibb bacısına iradını bildirdiyini, bir az sonra Amin həkimin yanına keçdiklərini, bir nəfər şəxsin həkim formasında içəri daxil olaraq ona hörmətsizlik edərək “nə səsini başına atmısan” dediyini, sonra əynindəki xalatını çıxarıb onun üzərinə hücum çəkmək istəyəndə orada olan digər şəxslərin ona imkan vermədiyini, oradan çıxıb həmin tibb bacısına “niyə buraya yazmırsınız ki, şəhid ailələri və qazilərə növbə yoxdur” dediyini, “bu şüarı divardan asmırsınız” dediyini, onun da ona “mən kiməm baş həkim desin sonra” dediyini, ona fikirləri üçün irad və tənqidini bildirdiyini, sonra oradan çıxıb Şəhər Polis İdarəsinə gəldiyini bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş 13 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 13 oktyabr 2023-cü il tarixdə, saat 12:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs himayəsində iki uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar