Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-486/2023 13.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxx 1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, taksi sürücüsü, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X2 Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, halhazırda taksi fəaliyyəti ilə məşğul oluram. X6 Limanına müştəri qəbul etmək üçün gəlmişəm. Müştəri gözlədiyim zaman telefonla danışarkən ucadan nalayiq ifadə işlətdiyim üçün polis əməkdaşı mənə yaxınlaşaraq ictimai yerdə niyə nalayiq ifadələr işlətdiyimi və mənim taksilər üçün təyin olunmuş və Hava Limanının daxilində olan geyim qaydasını niyə pozduğumu bildirdi. Mən ona telefonla danışırdım söydüm dedim. O məni polis şöbəsinə dəvət etdi. Mən ona səninlə niyə polis şöbsinə getməliyəm getmirəm bildirdim. O mənə yenidən polis şöbəsinə getməli olduğumuzu bildirdi. ailəmdə olan problemlərlə əlaqədar mütəmadi olaraq əsəbi oluram və buna görə də polis şöbəsinə gəldiyim zaman öz aqresiyamı orada sərgilədim. Etdiyim əməldən peşmanam, bir daha belə hallara yol verməyəcəyəm. yüngül tənbeh verilməsini xahiş edirəm. X7 məhkəmədə şahid qismində verdiyi izahatında bildirmişdir ki, hal-hazırda taksi fəaliyyəti ilə məşğul oluram. xx.xx.2023-cü il tarixdə X6 Limanına müştəri qəbul etmək üçün gəlmişəm. Müştəri gözlədiyim zaman adını Nail olaraq bildiyim və ** TA *** dövlət qeydiyyat nişanlı taksinin sürücüsünün polislərlə mübahisə etməsini və ucadan qışqırmasını gördüm. Mən onlara tərəf yaxınlaşdığım zaman polis əməkdaşının Nailə nalayiq ifadə işlətməsinə və geyim qaydasını pozmasına irad bildirməsinə görə Nailin onunla mübahisə etməsini gördüm. Polis əməkdaşları Naili polis şöbəsinə dəvət etsələrdə o imtina edir və mübahisəsinə davam edirdi. Daha sonra polis əməkdaşları onunla birlikdə oradan uzaqlaşdılar. Bundan əvvəl də Nailin dəfələrlə mübahisə etməsinin şahidi olmuşam. X5 məhkəmədə şahid qismində verdiyi izahatında bildirmişdir ki, hal-hazırda Naxçıvan HNPŞ-nin İTB-nin polis nəfəri vəzifəsində xidmət edirəm. xx.xx.2023-cü il saat 02:10-da Naxçıvan HNPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru X3 ilə birlikdə X6 Limanında xidmətdə olduğumuz zaman, Hava Limanının ərazisində 1 nəfər taksi sürücüsünün Hava Limanının ərazisində ünvansız nalayiq ifadələr işlətməklə vətəndaşları narahat etməsini aşkar etdiyimizdən, həmin şəxsə yaxınlaşaraq özümüzü təqdim etməklə əməlinin inzibati xəta pozuntusu olmasını şəxsə izah etdik və ona Hava Limanının ərazisində taksi sürücüləri üçün vahid geyim qaydasının təyin olunmasını və həmin qaydanı niyə pozmasını soruşduqda, o əməlinə davam edərək qəsdən ucadan nalayiq ifadələr işlətdiyindən və mənim özüm qərar verə bilirəm nə istəsəm onu geyinərəm dediyindən, şəxsin barəsində araşdırma aparılması üçün polis şöbəsinə dəvət etsək də, o aşkar surətdə qəsdən tabesizlik göstərərək polis şöbəsinə getməkdən boyun qaçırmış, məndən əl çəkin məni heç kim polis şöbəsinə apara bilməz demiş, həmçinin şöbəyə gətirdiyimiz zaman yolda qaçmağa çalışaraq bizim qanuni əmrlərimizə qəsdən tabe olmamış, polis şöbəsinin daxilinə gəldiyi zaman uca səs salmış və nizam-intizama dəvət etdiyimiz zaman özünü haqlı hesab edərək əməlinə davam etmiş və bizim qanuni əmrlərimizə qəsdən tabe olmamışdır. Əlavə olaraq qeyd etmək istərdim ki, Şəxs Hava Limanına daimi taksi kimi gələn sürücülərdəndir, o taksi sürücüləri və hava limanının əməkdaşları tərəfindən mənfi xarakterizə olunan biri kimi tanınmaqla bundan əvvəl dəfələrlə vahid geyim formasını pozması ilə əlaqədar xəbərdarlıq olunsa da o buna laqeyd yanaşmış və hər dəfəsində xəbərdarlıqlara baxmayaraq geyim qaydasını pozmuşdur. İş üzrə 13 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 13 oktyabr 2023-cü il tarixdə, saat 06:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı və səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-486/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-486/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver