Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-486/2024 16.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Kəngərli rayonu, Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin növbətçi hissəsinə daxil olmuş vətəndaş X1 itkin düşməsi ilə bağlı məlumat əsasında araşdırma aparılmışdır. Məlum olmuşdur ki, G.Novruzova gün ərzində **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə məlum olmayan ünvana getmişdir. Ünvanın dəqiqləşdirilməsi məqsədilə sürücü Şəxs ilə əlaqə saxlanılmış, o, telefonda polisə kobudluq nümayiş etdirmiş, polis olduğuna inanmayaraq avtovağzalda olduğunu bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib vətəndaş G.Novruzovanm xarici görünüşü və mobil nömrəsi barədə məlumat verib onu hansı ünvana aparması ilə bağlı suallar vermişlər. Şəxs vətəndaşın ünvanına nalayiq ifadələr işlədərək qaçmağa başlamış, radio rabitə vasitəsi ilə şəxs barədə məlumatlar paylanılmış və onun Post Patrul Xidməti tərəfindən saxlanılması təmin edilmişdir. Şəxs idarədə polis əməkdaşlarına tabesizlik göstərərək, polisin qanuni göstərişinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Dünən bir nəfər qız sifarişlə onun avtomobilinə əyləşmiş və həmin şəxsi sifariş etdiyi ünvana aparıb. Sonra polis əməkdaşları ona zəng edərək həmin qızın yerini soruşmuşlar. O, zəng edənin polis olduğuna inanmayıb zəng edən şəxsi söyüb telefonu bağlayıb. Sonra mobil telefona yenə zəng gəlmiş və o avtovağzalda olduğunu bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşıb onu yanlarına çağırdıqlarında o qorxub qaçmağa başlamışdır. Əsəbi olduğu üçün ondan soruşulan qızı uca səslə söymüş və polis əməkdaşlarına müqavimət göstərmişdir. Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün bilmədən belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin PPXB-nin polis nəfəri, polis baş serjantıdır. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman mobil telefonuna bir nəfər şəxsin şəkli göndərilərək onun H.Əliyev prospektinə tərəf qaçdığı bildirilib onun saxlanılması tapşırığı verilmişdir. Həmin şəxsin prospektdən dörd yol istiqamətinə doğru qaçdığını görmüş ona yaxınlaşıb İdarəyə dəvət etdiklərində kobudluq etmişdir. Şəxsi nizam-intizama dəvət etsə də, o, ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmədə şahid qismində izahat verən X4 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantıdır. xx.xx.2024-cü il tarixdə İdarəyə bir qızın itməsi ilə bağlı valideynləri tərəfindən müraciət edilmişdir. Müraciət əsasında araşdırılma aparılmış və məlum olmuşdur ki, xanım sonuncu dəfə 288 taksi xidmətindən istifadə edərək sifariş vermişdir. Kamerada baxan zaman sifariş edilən taksinin nömrəsinin **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu məlum olmuşdur. Sürücü ilə əlaqə saxlayıb ona özünü təqdim edib, harada olduğunu soruşmuş, şəxs də ona aqressiv cavab verərək telefonu bağlamışdır. Təkrar həmin şəxslə əlaqə saxladığı zaman avtovağzalda olduğunu demişdi. Şəxsə yaxınlaşıb ondan itmiş şəxsi hansı istiqamətə apardığını soruşduqda, şəxs uca səslə səs-küy salıb söyüş söyməyə başladı. Onu nizam-intizama dəvət etsə də, o, ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə məhəl qoymamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-486/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-486/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver