Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-488/2023 02.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Eminli M.Turqut Abbas oğlunun iştirakı ilə xx.xx.1970-ci ildə Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: 23B6QLL), ali təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 14 oktyabr 2023cü il tarixli, 3-33-1200/2-003591/2023 nömrəli məktubu ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə təqsirləndirilməsinə dair 13 oktyabr 2023cü il tarixli, 18000-00928/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 02 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən X2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 30 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında inzibati xəta haqqında protokolun surətini aldığını, “Ernet super tuz ruhu” adlı yükləri idxal etdiklərini, "xxxx" ASC vasitəsilə pulun göndərildiyini, qanun əsasında malı gətirərək, qanun əsasında satdıqlarını, bütün sənədlərinin əlində olduğunu, həmin malların satıldığını, malların gətirilməsindən 1 ildən artıq vaxt keçdiyini, bu il həmin malların ekspertizadan keçirildiyini, icazə aldıqlarını, icazə sənədinin Gömrük İdarəsinə təqdim olunduğunu, Türkiyə Respublikasından malları idxal etdiklərini, gömrük bəyannaməsinin olduğunu, son dəfə 1 il bundan əvvəl mal gətirdiyini, bir dəfə mal gətirdiklərini, bu ilin sentyabrında son dəfə keçirilən ekspertizaya təqdim olunmuş tuz ruhunu 1 il əvvəl idxal etdikləri malları payladığı mağazalardan birindən aldığını, 28 sentyabr 2022-ci ildə malları idxal etdiklərini, bundan 1 il keçdiyini, barələrində niyə inzibati xəta haqqında iş üzrə icraatın başlandığını başa düşmədiyini bildirdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Eminli M.Turqut Abbas oğlu izahatında X7 və Araşdırma İdarəsi tərəfindən Daxili Təhlükəsizliyə raport daxil olduğunu, həmin raportda X1 il yəni 2022-ci ildə 3 adda bəyannamə idxal etdiyini, həmin bəyannamələrdə lisenziya təqdim olunmadığını, daha sonra Daxili Təhlükəsizlik tərəfindən həmin raportun Əməliyyat İstintaq İdarəsinə göndərildiyini, onlar tərəfindən də Baş İdarəyə göndərdiklərini, araşdırma zamanı 2 bəyannaməni yəni fevral və aprel aylarında olan bəyannamələrin tərtib olunmasından 1 il keçdiyinə görə özləri tərəfindən xitam verildiyini, həmin bəyannamələrdən yalnız xx.xx.2022-ci ildə olan bəyannamədə 1 il keçmədiyi üçün İXM-in 507-ci maddəsində göstərilən inzibati xəta əməli olduğu üçün başlandığını, aparılan araşdırmalarda vətəndaşın günahının olmadığının müəyyən olunduğunu, onların bu maddə üzrə iş üzrə icraata xitam vermək səlahiyyətlərinin olmadığını, bu səbəbdən də iş üzrə icraat başlandığını və işin məhkəməyə göndərildiyini, bu məsələyə görə gömrük işçilərinin cəzalandırıldığını, bununla bağlı iş materiallarına raport da qoyulduğunu, müddətin keçdiyini bildiyini bildirdi. Protokolda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən 18 sentyabr 2023-cü il tarixli, 3-33-1200/1- 011552/2023 qeydiyyat nömrəli məktubla daxil olmuş materialın araşdırılması zamanı Azərbaycan Respublikası vətəndaşı X2 xx.xx.2022-ci il tarixdə “Ernet super tuz ruhu” adlı yükləri idxal edərək Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Şəhər Gömrük İdarəsində XİFMN-in 3402 kodu altında rəsmiləşdirdiyi, XİFMN kodunun Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük Ekspertiza İdarəsindən verildiyi, ondan qeyd edilən mallar üçün lisenziya və ya gigiyenik sertifikat tələb olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli, **********7447 nömrəli gömrük bəyannaməsinə əsasən 28 sentyabr 2022-ci il tarixdə "X10 ve Kozmetik Sanayi" A.Ş tərəfindən X3 8025.89 (səkkiz min iyirmi beş manat səksən doqquz qəpik) manat dəyərində “Ernet super tuz ruhu” adlı yüklər göndərilmişdir. İş materiallarında olan raporta əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən xx.xx.2023-cü il tarixli 3-33-1200/1- 011552/2023 qeydiyyat nömrəli məktubla daxil olmuş materialın araşdırılması zamanı Azərbaycan Respublikası vətəndaşı X2 xx.xx.2022-ci il tarixində “Ernet super tuz ruhu” adlı yükləri idxal edərək Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Şəhər Gömrük İdarəsində XİFMN-in 3402 kodu altında rəsmiləşdirildiyi, XİFMN kodunun Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük Ekspertiza İdarəsindən verildiyi, ondan qeyd edilən mallar üçün lisenziya və ya gigiyenik sertifikat tələb olunmadığı müəyyən edilmişdir. Əməliyyat-İstintaq Baş İdarəsində aparılan araşdırma zamanı X2 təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********7447 nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi “Ernet super tuz ruhu” nümunələri XİFMN kodunun müəyyən edilməsi məqsədilə X6 İdarəsinə təqdim edilmiş və həmin idarədən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-5300/2-005126/2023 nömrəli məktuba əsasən təqdim edilmiş nümunə, “Ernet Süp. Tuz Ruhu” adlı, pərakəndə satış üçün qablaşdırılmış, 18% xlorid turşusunun (CAS 7647-01-0) sulu məhlulu olub XİF MN-ə görə 2806 10 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi, 18% xlorid turşusunun (CAS 7647-01-0) sulu məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanununun İV siyahısının 8-ci bəndinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sizin 3-33/2-015566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli müraciət məktubunuza X6 idarəsində baxılmışdır. Ekspertizanın aparılması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş nümunə, “Ernet Süp. Tuz Ruhu” adlı, pərakəndə satış üçün qablaşdırılmış, 18% xlorid turşusunun (CAS 7647-01-0) sulu məhlulu olub XİF MN-ə görə 2806 10 000 0 alt yarımmövqeyində sinifləşdirilir. Məlumat üçün bildiririk ki, 18% xlorid turşusunun (CAS 7647-01-0) sulu məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanununun İV siyahısının 8-ci bəndinə aiddir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsinə əsasən idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Beləliklə müəyyən edilir ki, X5 xx.xx.2022-ci il tarixdə “Ernet super tuz ruhu” adlı yükləri (pərakəndə satış üçün qablaşdırılmış, 18% xlorid turşusunun (CAS 7647-01-0) sulu məhlulu) lisenziya olmadan idxal etmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, hazırki inzibati xətanın törədildiyi gündən artıq 01 (bir) il müddət keçib. Belə ki, iş üzrə inzibati xətanın törədildiyi vaxtdan yəni malların gətirildiyi 28 sentyabr 2022-ci il tarixdən 1 il müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi həmin Məcəllənin XXXVİİ fəslinə, yəni gömrük qaydaları əleyhinə olan inzibati xətalara daxil edilir və inzibati xətalar qanunvericiliyinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı X5 inzibati məsuliyyətdən azad edilməli və hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2 və 114.2.1-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və X5 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-488/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-488/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver