Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-488/2024 18.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1990-cı ildə Babək rayon Böyükdüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, 1 uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 3A, mənzil 42 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1465/2023 saylı, xx.xx.2023-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-18200 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən icraata başlama haqqında qərarların, tələbin könüllü icrası haqqında bildirişlərin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs icra sənədləri üzrə ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında bildirmişdir ki, X3 ona qarşı aliment tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1465/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar X3 hər ay 1 uşaq üçün 220 manat aliment ödəməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 75 manat inzibati cərimə ödəməlidir. X2 ona qarşı pul tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-161/2024 saylı, xx.xx.2024-ciı il tarixli icra sənədinə əsasən tələbkar X2 xeyrinə 1637 manat pul ödəməlidir. BOKT "xxxx" MMC-nin ona qarşı pul tələbinə dair Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-18200 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən BOKT "xxxx" MMC-nin xeyrinə 135 manat ödəməlidir. Lakin maddi imkanı olmadığı və işsiz olduğu üçün borclarını ödəyə bilmir. Hazırda tələbkar X5 2364 manat aliment, tələbkar X4 1637 manat, BOKT "xxxx" MMC-nə 135 manat və əlavə olaraq 75 manat inzibati cərimə borcu mövcuddur. Borcları hissə-hissə ödəyə bilər. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1465/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 06 oktyabr 2023-cü il tarixdən hesablanmağa başlayaraq, Şəxs hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq, 16 avqust 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anası X5 ödənilməsi qətnamənin aliment alınmasına dair hissədə dərhal icra edilməsi qət edilmiş və xx.xx.2023cü ildə icra vərəqəsi verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilmiş və xx.xx.2024-cü ildə icra sənədi verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Şəxs 1600 (min altı yüz) manat məbləğində pul və 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, X4 verilməsi qət edilmiş və xx.xx.2024-cü ildə icra vərəqəsi verilmişdir. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-18200 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ilə ünvan 1 ünvanında yerləşən BOKT "xxxx" MMC-nin (VÖEN:**********) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2022-Naxçıvan ŞPİ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1990) müddət üçün vaxtında ödənilməmiş 65 manat 75 qəpik (altmış beş manat yetmiş beş qəpik) tutulması, bundan əlavə borclu Şəxs 39 manat 25 qəpik (otuz doqquz manat iyirmi beş qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutulması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında bildirişlər verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda X1 adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-221/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati həbsin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmaqla 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verilmişdir. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirlən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 18 (on səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-488/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-488/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver