Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-489/2025 28.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, X2 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Naxçıvan ŞPİ X6 Şöbəsi tərəfindən tərtib olunmuş X4 protokoldan verdiyi şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Naxçıvan ŞPİ X6 Bölməsi tərəfindən tərtib olunmuş 12 oktyabr 2025-ci il tarixli İXP7522532 saylı protokolun qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də X4 protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Lakin məhkəmə qeyd edir ki, X2 inzibati tənbeh vermə haqqında protokoldan şikayət verə bilməsi mümkün deyildir. X1 Haqqında Protokoldan deyil, X4 qərardan şikayətin verilməsini mümkün hesab edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, X2 onun barəsində Naxçıvan ŞPİ X6 Şöbəsi tərəfindən tərtib olunmuş X4 protokoldan və qəbul olunmuş inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X2 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Naxçıvan ŞPİ X6 Şöbəsi tərəfindən tərtib olunmuş X4 protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-489/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-489/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver