Məhkəmə qərarları › İş №3(078)-49/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-49/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-49/2021 06.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, xx xxxxx 1969-cu il tarixdə Şərur rayonu, Xok kəndində doğulmuş, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşı tərəfindən onun barəsində İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməməsi əsası ilə Şəxs barəsində xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması üçün inzibati xəta haqqında material aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1-ci və 109.1.7-ci maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 127-ci maddəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Sənədləri tədqiq edərkən müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxsin qeydiyyat ünvanı Kəngərli rayonu, Xok kəndidir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında material qanunvericiliyin tələblərinə uyğun olaraq Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində olan xx xxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilsin. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar