Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-49/2022 06.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, müvəqqəti işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla, orada yaşayan Zərərçəkmiş şəxs 06 may 2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə ərizə ilə müraciət edərək, 04 may 2022-ci il tarixdə, saat 0055 radələrində işlədiyi Faytonçu adlanan kafenin 3-cü mərtəbəsində müştəri Şahin adlı şəxsin onun baş nahiyyəsindən çayniklə vuraraq onaxəsarət yetirdiyini, başında ağrılar olduğunu bildirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin baş polis sahə inspektoru X5 tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 06 may 2022-ci il tarixdə 009836 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 04 may 2022-ci il tarixdə, saat təqribən 00:40 radələrində evdən çıxaraq Faytonçu adlanan kafeyə spirtli içki içmək üçün getdiyini, kafenin 3-cü mərtəbəsinə qalxıb özünə içki sifarişi verdiyini, bir az içki qəbul etdikdən sonra kafedə özü üçün gəzişməyə başladığını və kafedə olan səs gücləndirici aparatı götürüb öz masasına aparmaq istəyən zaman kafenin müdriyyəti Yuran adlı şəxsin ona yaxınlaşdığını və “həmin səs gücləndirici aparatı heç bir yerə apara bilmərsən” deyə bildirdiyini, Yuranın həmin sözünə əsəbləşib uca səslə onunla mübahisə etməyə başladığını, içkili olduğu üçün qarşıdakı masada olan çayniki götürərək Yuranın baş nahiyəsinə vurub yerə yıxdığını, bir neçə saniyə gözlədikdən sonra kafedən uzaqlaşaraq getdiyini, Yuran adlı şəxsi kafe işlətdiyi üçün tanıdığını, Yuran adlı şəxslə heç bir ədavətinin olmadığını, etdiyi əməldən peşman olduğunu bildirdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs, 04 may 2022-ci il tarixdə, saat təqribən 00:50 radələrində işlətdiyi Faytonçu adlanan kafeyə əvvəllər tanıdığı Şahin adlı şəxsin gələrək bir masada əyləşib spirtli içki sifariş verdiyini, Şahinin bir az içki qəbul etdikdən sonra kafenin içərisində gəzişməyə başladığını, bu zaman kafedə müştərilər üçün qoyulmuş musiqi səs gücləndirici aparatı öz masasına aparmağı və qoyulmuş musiqini öz masasında oxutmağını istədiyini, Şahinə yaxınlaşaraq ona “musiqi tək sənin üçün deyil, başqa müştərilər də var kafedə” dediyini, bu zaman Şahinin onunla mübahisə etməyə başladığını, onu sakitləşdirən zaman Şahinin qarşıdakı masanın üzərində olan boş çayniklə onun baş nahiyyəsindən vurduğunu və zərbənin təsirindən bir anlıq huşunu itirərək yerə yıxıldığını, bu zaman Şahinin kafedən getdiyini, bir az keçdikdən sonra özünə gəldiyini, işçisi ilə birlikdə xəstəxanaya getdiklərini, Şahin adlı şəxslə heç bir ədavətinin olmadığını, Şahinlə mübahisə edən zaman kafedə bir neçə müştərinin olduğunu, amma onların heç birini tanımadığını, Şahin onu vuran zaman kafedə işçisi olan Turqut adlı şəxsin onun yanında olduğunu bildirdi. Мəhkəmə iclasında şahid X2, universitetdən dərsi bitdikdən sonra Faytonçu adlanan kafedə kassir vəzifəsində işlədiyini, 04 may 2022-ci il tarixdə, saat təqribən 00:20 radələrində kafedə olan zaman əvvəlcədən tanıdığı Şahin adlı müştərinin musiqi səs gücləndirici aparatı öz masasına aparmaq istədiyini, həmin vaxt müdiri olan Yuranın Şahin adlı müştəriyə yaxınlaşaraq “musiqi tək sənin üçün deyil, kafedə səndən başqa müştərilər də vardır” dediyini, həmin vaxt Şahinin müdiri Yuranla mübahisə etməyə başladığını, bu zaman onlara yaxınlaşan zaman Şahinin qarşıdakı masanın üzərində olan çayniki götürərək Yuranın baş nahiyəsindən vurduğunu və Yuranın yerə yıxıldığını, bu zaman Şahinin kafedən uzaqlaşaraq getdiyini və bir az keçdikdən sonra Yuranın özünə gəldikdən sonra onu xəstəxanaya apardığını, Şahini kafeyə gəlib gedən müştəri olduğu üçün tanıdığını bildirdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 58 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: təpə nahiyyəsində yan-yana yerləşmiş yaralar, sol gicgah nahiyyəsində yara. Yara küt əşyanın təsirindən törənə bilərdi və eləcə də, münaqişə zamanı dediyi şəraitdə yaranmağa xarakterikdir. Xəsarətin müddəti müayinədən bir- iki gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə isə, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. 06 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 06 may 2022-ci il tarixdə, saat 10:20-də inzibati qaydada tutulmuşdur. Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 06 may 2022-ci il tarixdə verilmiş 1455 nömrəli icbari tibbi müayinə vərəqəsinə əsasən, Şəxs həmin tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “praktiki sağlam” diaqnozu müəyyən olunmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları və şahid ifadəsi ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. İşdə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 06 may 2022-ci il tarixdən, saat 10:20-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-49/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-49/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver