Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-495/2025 12.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir.
2. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:01 dəqiqədə Naxçıvan şəhəri, Atatürk küçəsində keçmiş Koton yaşayış binasının qarşısında X2 idarə etdiyi boz rəngli Ford Fusion minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs idarə etdiyi qara rəngli Tufan M50 markalı mühərrikinin həcmi 50 sm³-dən və sürət taxometri 50-dən aşağı olan mopedlə toqquşmuş, hadisə nəticəsində mopedin sürücüsü Şəxs və mopeddə olan sərnişin X3 xəsarət almışdırlar. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Barəsində protokol tərtib olunan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və ərizə yazaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokolu tərtib etmiş orqan Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
5. İş materiallarında olan İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:01 dəqiqədə Naxçıvan şəhəri Atatürk küçəsində keçmiş Koton yaşayış binasının qarşısında X2 idarə etdiyi boz rəngli Ford Fusion minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs idarə etdiyi qara rəngli Tufan M50 markalı mühərrikinin həcmi 50 sm³-dən və sürət taxometri 50-dən aşağı olan mopedlə toqquşmuş, hadisə nəticəsində mopedin sürücüsü Şəxs və mopeddə olan sərnişin X3 xəsarət almışdırlar.Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
6. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 487 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin rəyinə əsasən, X1 bədənində müəyyən edilmiş xəsarətlər: sol saidində, sağ diz oynağında sıyrıqlar, sağ dirsək oynağında yara küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir. eləcə də qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi.Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qisa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər.
7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 488 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin rəyinə əsasən, Şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sağ dirsək oynağında 2 ədəd sıyriqlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də qərarın təsviri hissəində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
8. İş materiallarında olan 29 avqust 2025-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərara əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:
9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
10. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir/
11. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
12. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
13. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
14. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
15. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
16. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
17. Maddə 338.7. Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir.
19. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:01 dəqibepe Naxçıvan şəhəri Atatürk küçəsində keçmiş Koton yaşayış binasının qarşısında X2 idarə etdiyi boz rəngli Ford Fusion minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs idarə etdiyi qara rəngli Tufan M50 markalı mühərrikinin həcmi 50 sm³-dən və sürət taxometri 50-dən aşağı olan mopedlə toqquşmuş, hadisə nəticəsində mopedin sürücüsü Şəxs və mopeddə olan sərnişin X3 xəsarət almışdırlar. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur.
20. Məhkəmə araşdırması zamanı məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.
21. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov.