Məhkəmə qərarları › İş №3(078)-498/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-498/2025

01.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-498/2025 01.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Yəhya oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, 2 uşaq atası, Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 01 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyatda olan yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Şəxs barəsində toplanmış inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati qaydada tutma haqqında protokola, əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola, əsasən, Şəxs 1 ədəd Samsung A10 markalı mobil telefon, 1 qutu Keno Röyal siqaret, 1 ədəd gün eynəyi aşkar edilmişdir. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokola, əsasən, Şəxs müdafiəçilərdən imtina etmişdir. Barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları barədə bildiriş Şəxs təqdim edilmişdir. İş materiallarına Şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Yəhya oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, izahatları iş materialına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola, əsasən, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada, əsasən, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və material Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis mayoru Fərid Alıyev tərəfindən verilmiş raporta, əsasən, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində toplanmış HKpb-646/25 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, İstintaq və Təhqiqat Şöbəsində araşdırılan HKpb-646/25 nömrəli material üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan inzibati qaydada tədbir görülməsi məqsədilə aidiyyəti xidmət sahəsinə göstəriş verməyi xahiş etmişdir. xx.xx.2025-ci il tarixli HKpb-646/25 nömrəli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar iş materiallarına əlavə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunan HKpb-646/25 nömrəli materiallardan aydın olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Naxçıvan şəhər sakini X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Naxçıvan şəhəri, 59-cu məhəllə, 3/11 ünvanının qarşısında saxladığı "Khazar" markalı avtomobilin salonundan ümumi dəyəri 40 (qırx) manat olan 4 ədəd pas-pas naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan başqa, Cəfərov X9 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun idarə etdiyi "VAZ-21074" markalı avtomobilin üzərində yerləşən, dəyəri 23 manat olan maqnitofon və həmin maqnitofonun üzərində olan, dəyəri 10 manat olan 4 GB tutumlu flaş kart naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan başqa, X2 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, onun idarə etdiyi avtomobilin bardaçok hissəsindən 55 (əlli beş) manat məbləğində pulun oğurlandığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 102 Xidmət Mərkəzinə müraciət edərk idarə etdiyi avtomobildən 50 (əlli) manat dəyərində qol saatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bundan başqa, X6, Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus avtomobildən dəyəri 75 (yetmiş beş) manat olan ətir və siqaretin oğurlandığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında şəxslərin ikisinə 55 manat, birinə 5 manat, birinə 70 manat, birinə 20 manat verməli olduğunu, yoldaşının pis xəstəliyinin olduğunu, hal hazırda pulunun olmadığını, pul tapa biləcəyini, borcları ödəyə biləcəyini, ümumi 175 manat verməli olduğunu, uşağının əlil olduğunu, yoldaşının xəstə olduğunu, məhkəmədən köməklik istədiyini ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında Rəşadın ona borcunu qaytardığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında Rəşadın 55 manat pul ödəməli olduğunu, şikayəti və tələbi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Yəhya oğlu izahatında maqintafonunu götürdüyünü, Rəşadın ona 20 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 izahatında Rışadın saatını ona geri qaytardığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 izahatında ona 37 manat borcunun olduğunu bildirmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxslərinin izahatı ilə sübuta yetirilmişdir. Beləliklə, Şəxsn vətəndaşlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Yəhya oğlundan Zərərçəkmiş şəxs5 ümumilikdə 112 manat dəyərində oğurluq etmişdir və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, iş üzrə toplanmış materiallarla və öz etirafı ilə tam sübuta yetmişdir. Məhkəmə Şəxs aşağıdakı şəxslərə münasibətdə pul almasına münasibətdə qeyd edir ki, düzgün olaraq təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, alınan pulun məbləği cinayət tərkibi yaratmır. Və ayrı-ayrılıqda cinayət tərkibi yaratmadığından inzibati məsuliyyətə səbəb olması kimi qiymətləndirilməlidir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsi, səmimi peşmanlığı, vurulmuş ziyanın qismən aradan qaldırılması məsuliyyəti yüngülləşdirən hallar hesab edilir və ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 160 saat ictimai işlər tənbeh növü barəsində tətbiq edilməlidir.. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə görə ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, qərarın icrası inzibati xəta törətmiş şəxsin qeydiyyat yeri üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası inzibati xəta törətmiş şəxsin qeydiyyat yeri üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs 55 (əlli beş) manat pul Zərərçəkmiş şəxs2, 20 (iyirmi) manat pul Zərərçəkmiş şəxs3 Yəhya oğluna, 37 (otuz yeddi) manat Zərərçəkmiş şəxs5 verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar