Məhkəmə qərarları › İş №3(078)-5/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-5/2021

16.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-5/2021 16.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ xx xxxxxx 2020-ci ildə Naxçıvan şəhərində Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı xx xxxxxxx 1997-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Vətəndaş Şəxs Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən mağazaya daxil olaraq Zərərçəkmiş şəxs müştəridən aldığı 92 (doxsan iki) manat pulu masanın üzərindən gizli şəkildə talamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhərində yaşadığını və işsiz olduğunu, fəhlə kimi dükanların qarşısında durub iş olanda işlədiyini, əvvəlcədən də tanıdığı 20-ci məhəllədə Rəşadın işlətdiyi tikinti materiallarının satıldığı mağazaya daxil olduğunu, Rəşadın içəridə olduğunu zənn etdiyini, ofisin qapısının açıq olduğunu, Rəşadın içəridə olmadığını gördüyünü, sağa-sola baxdığını, masanın üstündəki pulun diqqətini çəkdiyini, pulu götürüb cibinə qoydğunu, ofisdən çıxarkən Rəşadın anbar tərəfdə olduğunu gördüyünü, Vüqar və Baba ilə birlikdə mal saydıqlarını, Rəşada yaxınlaşıb fəhləyə ehtiyacı olub-olmadığını soruşduğunu, fəhləyə ehtiyacı olmadığını, işlərinin yaxşı olmadığını bildirdiyini, oradan uzaqlaşıb əlini cibinə salıb pulu saydığını, bir ədəd 50(əlli) manat, iki ədəd 20(iyirmi) manat və iki ədəd 2(iki) manat olduğunu, cəmi 92(doxsan iki) mnata götürdyünü, 40(qırx) manat pulu xərclədiyini və evinə getdiyini, sonra polis əməkdaşlarının onu İdarəyə çağırdıqlarını, əməlinə görə peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Naxçıvan şəhəri 20-ci məhəllə, M.Araz küçəsi 1-də yerləşən tikinti materialları mağazasını kirayə götürüb işlətdiyini, xx xxxxxx 2021-ci il tarixdə təxminən 15 radələrində satışın seyrək olduğunu görüb işçilərlə birlikdə tikinti materiallarını saydıqlarını, bu zaman müştəri olan Səmədin 92(doxsan iki) manat dəyərində tikinti materialı alaraq ona pulunu verdiyini, həmin pulu ofisdə masanın üstünə qoyduğunu, çölə çıxaraq mal sayımını davam etdirdiyini, bir saat sonra ofisə gəldiyini, masanın üzərinə qoyduğu pulun yerində olmadığını gördüyünü, işçilərdən soruşduğunu, onların içəri girmədiklərini bildirdiklərini, pulun tapılması ilə bağlı polis şöbəsinə müraciət etdiyini, ona vurulan ziyanın ödənilmədiyini bildirib qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən mağazaya daxil olaraq müştəridən aldığı 92 (doxsan iki) manat pulu masanın üzərindən gizli şəkildə talamış bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun.

2. Həbs olunmanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar