Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-5/2025 10.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs MMC-nin (VÖEN: **********) idxal etdiyi mallar (heyvan yemi) xx.xx.2024cü il tarixində 75BX509(qoşqu-75ZA099) dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə ölkəyə daxil olmuşdur. Mal (malın barkodu-**********02038) gömrük ərazisinə qətirilməzdən əvvəl təqdim olunmuş qısa idxal bəyannaməsində və nəqliyyat qaiməsində nəqliyyat vasitəsininqoşqu nömrəsi səhv göstərilmişdir.Qeyd olunan faktla bağlı 18 dekabr 2024-cü il tarixində X2 İdarəsinin Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsində hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 18000-04298/23 saylı inzibati xəta haqqında is üzrə icraat başlanılmışdır. İş üzrə zərurət yarandığı üçün tərəfimdən Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilərək müəyyən edilmişdirki, Şəxs MMC-nin (VÖEN: **********) idxal etdiyi mallar barədə gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanına elektron formada təqdim etdiyi **********6855 sorğu nömrəli qısa idxal bəyannaməsinə əlavə edilən beynəlxalq avtomobil qaiməsindəki (CMR) məlumatlar qısa idxal bəyannaməsində bəyan edilən məlumatlarlarla uyğunsuzluq təşkil edir. Beləliklə hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim edilmiş məlumatlar əsasında tərtib edilmiş qısa idxal bəyannaməsində bəyan edilən məlumatlarların uyğunsuzluq təşkil etdiyi və bununlada gömrük orqanına təhrif olunmuş məlumat verilməklə qanunvericiliyin tələbinin pozulduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, protokolla razı olduğunu və hüquqi şəxsin təqsirli olduğunu bildirmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin (VÖEN: **********) idxal etdiyi mallar barədə gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanına elektron formada təqdim etdiyi **********6855 sorğu nömrəli qısa idxal bəyannaməsinə əlavə edilən beynəlxalq avtomobil qaiməsindəki (CMR) məlumatlar qısa idxal bəyannaməsində bəyan edilən məlumatlarlarla uyğunsuzluq təşkil edir. Hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim edilmiş məlumatlar əsasında tərtib edilmiş qısa idxal bəyannaməsində bəyan edilən məlumatlarların uyğunsuzluq təşkil etdiyi və bununlada gömrük orqanına təhrif olunmuş məlumat verilməklə qanunvericiliyin tələbinin pozulduğu müəyyən edilmişdir. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs MMC həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: ünvan 1 ünvanında fəaliyyət göstərən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-5/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-5/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver