Məhkəmə qərarları › İş №3(078)-503/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-503/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-503/2024 26.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1992-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, ali təhsilli, fərdi fəaliyyətlə məşğul olan evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xırdalan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR Daxili İşlər Nazirliyindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR MR Daxili İşlər Nazirliyində tərtib olunmuş material xx.xx.2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin CAİ-nin əməliyyat müvəkkili, polis kapitanı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cii il tarixdə təxminən saat 10:00 radələrində Naxçıvan MR DİN-in CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X5 ilə xidmətdə olarkən, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs izahat verməsi üçün Naxçıvan MR X3 dəvət olunmuş, lakin polisin qanuni tələbinə məhəl qoymayaraq səs-küy salaraq narahatçılıq yaratmışdır. Ona etdiyi əməlin məsuliyyəti izah olunmuş və Naxçıvan MR Daxili İşlər Nazirliyinə aparılacağı onun nəzər diqqətinə çatdırılmışdır. Şəxs qanunvericiliyin tələbinə uyğun olaraq saxlanılmaqla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə gətirilmişdir. Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək, polisin qanuni göstərişinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlar ona məxsus olan mobil nömrəyə zəng edərək onu və “Tik-tok” sosial şəbəkəsində keçirilən canlı yayım yarışmalarında iştirak edən iştirakçıların hamısını səhəri gün saat 3-də Daxili İşlər Nazirliyinə dəvət etmişdir. Bu məsələdən bir gün sonra “Dost Qapısı” restoranının yanında olarkən Daxili İşlər Nazirliyinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Həmin gün Daxili İşlər Nazirliyinə getmişdir. Orada ona bildirilmişdir ki, sabah bütün iştirakçılarla birlikdə gəlib izahat yazılmalıdır. O da sabah saat 9 qalmış 15 iştirakçı ilə birlikdə Nazirliyə getmişdi. Orada Vüqar adlı rəis müavini onu başqa otağa çağırmış və demişdir ki, "sən içəri getməlisən, ya dediyimiz kimi izahat yaz, ya da burada olan bütün kişi iştirakçıları içəri göndərəcəm, qadınları isə burada saxlayacam. O da məcbur qalıb onların dediyi kimi izahat yazmışdır ki, guya bu gün polisə tabesizlik göstərib. Halbuki elə bir hərəkət olmamışdır. O xeyriyəçi blogerdir və şou proqramlar təşkil edir, çəkib paylaşır. Heç bir qeyriqanuni fəaliyyətlə məşğul olmur. Hətta Naxçıvana gələndə birbaşa Nazirliyiə gedib bu fəaliyyətlə bağlı icazə almışdır. Lakin icazə almalı deyildi, hörmət xatirinə getmişdir. Dost qapısı restoranında bir otağı kirayəyə götürüb bu maşın şounu çəkir. Heç bir qeyri-qanuni təbliğat aparmır. Burada olan şahidi indi məhkəmənin həyətində görmüşdür. O bu gün Dosta qapısının yanında saat 10-da ola bilməzdi, çünki Nazirlikdə idi. Kamera görüntülərinə də baxmaq olar. Həyat yoldaşı xəstədir, körpə övladı var. Ən azı ona pul-cərimə cəzası təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində izahat verən X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Naxçıvan şəhərində yerləşən “Dost Qapısı” restoranının yanında dostunu gözləyirdi. Bu zaman bir nəfərin səs-küy saldığını eşitdi və iki nəfər polis əməkdaşı yaxınlaşaraq onu aparmağa çalışdılar və o həmin polislərə qarşı tabesizlik göstərdi. Şəxs ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə məhəl qoymamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində qeyd edilən inzibati xətaların tərkibi vardır. Belə ki, Şəxs əməlini etiraf etməsə də digər sübutlar onun sözügedən inzibati xətanın törədilməsini təsdiq edir. Şəxs izahatı özünü müdafiə xarakteri daşıyır və sübut əhəmiyyəti yoxdur. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi və 535.1-ci maddəsi ilə təqsirli bilinməli və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar