Məhkəmə qərarları › İş №3(078)-505/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-505/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-505/2025 07.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixində Şərur rayonu, Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, 2 uşaq atası, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Polis Şöbəsi tərəfindən tərtib edilmiş 07 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş X6 Polis Şöbəsinin İTB-in inspektoru, polis leytenantı Araz Həsənzadə tərəfindən tərtib olunmuş 06 noyabr 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, 06 noyabr 2025-ci ildə saat 15:40-da X1 polis nəfəri, polis serjantı X12 ilə birlikdə xidmətdə olduğu zaman bir nəfər şəxsin qadının arxasına düşməklə ona qışqırmaqla onun telefonunu əlindən almasına çalışmasını aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşaraq nə olması barədə soruşduqları zaman qadının həmin şəxsin onu narahat etməsini bildirdiyi üçün həmin şəxs barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin xx.xx.1989-cu il təvəllüdlü Şərur rayonu Kürçülü kəndində qeydiyyatda olan və yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 06 noyabr 2025-ci ildə hava limanına gəldiyini, Hava Limanına gəlməkdə məqsədinin Bakı şəhərinə getmək olduğunu, biletinin uçuş vaxtı gecikdiyi üçün yeni bilet almaq üçün kassadan növbə çəkdikdən sonra kassanın yanında olan oturacaqlarda bir qızın əyləşdiyini gördüyünü, həmin qızla danışdıqlarını, daha sonra çölə çıxıb siqaret çəkdiklərini, polis idarəsində verdiyi izahatında qeyd olunanların doğru olduğunu, hadisənin içkili olduğu üçün baş verdiyini, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəсəyini bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 əməkdaşların Hava Limanının daxilində bir nəfər vətəndaşın xanıma qarşı nalayiq hərəkətlər etdiklərini bildirdiklərini, bir müddət sadəcə söhbət etdikləri üçün onları nəzarətdə saxladıqlarını, daha sonra növbə rəisinin həmin vətəndaşla danışdığını, xanımın həmin vətəndaşla bağlı şikayətinin olduğunu, azyaşlı olduğu üçün ərizəsinin alınmadığını, hər ikisinin polis şöbəsinə dəvət edildiyini, uyğun olaraq protokol tərtib edilərək məhkəməyə gətirildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid məhkəmə iclasında verdiyi ifadəsində 06 noyabr 2025-ci ildə Bakı şəhərindən gələn dostunu qarşılamaq üçün hava limanına gəldiyini, Hava Limanın qarşısında təyyarənin enməsini gözlədiyi zaman 1 nəfər tanımadığı şəxsin sərxoş vəziyyətdə ona yaxınlaşaraq çay içməyə getməyi təklif etdiyini, ona ehtiyac olmadığını bildirdiyini, yanında dayandığı üçün özünün hava limanın qarşısında daşın üstündə əyləşdiyini, həmin şəxsin yanında oturaraq əlini onun boynuna salmaq istədiyi üçün ondan kənara çəkildiyini, bu zaman həmin şəxsin ona bir daha yaxınlaşmaq istədiyini, özünə zəng gəldiyi üçün telefonu açmaq istəyərkən onun telefon açmağına icazə verməyərək telefonu ondan almaq istədiyini, onun üstünə qışqırdığını, qorxduğu üçün insanların arasına getməyə və davam etdiyi təqdirdə atasına məlumat verməyə qərar verdiyini, Hava Limanından çıxış qapısından içəri daxil olaraq bilet almaq üçün təyin olunmuş çek aparatının yanında olan oturacaqda əyləşdiyini, ondan kənarlaşmaq istəsə də onun yaxınlaşdığını, bir daha telefonunu əlindən almaq istədiyini, bundan sonra oradan keçən hava limanı əməkdaşına həmin şəxsin onu narahat etməsini dediyini, bu zaman həmin şəxsin hərəkətlərini görən və nəzarət edən polis əməkdaşlarının onlara yaxınlaşaraq nə olduğunu soruşduqdan sonra onları polis şöbəsinə gətirdiklərini, hava limanında ilkin olaraq ona yaxınlaşdığı zaman hərəkətlərindən və ağız qoxusundan sərxoş olduğu hiss olunduğu üçün özünün qorxaraq ona cavab verməsə də onun davamlı narahat etməyə və onunla çay içməyə getməyini təklif etdiyini, heç bir nalayiq ifadələr işlətməsə də əlini onun boynuna salmaqla habelə telefonunu əlindən almağa çalışmaqla onu özü ilə getməyə məcbur etməyə çalışdığını, istəmədiyi üçün ona qışqırdığını bildirdi. Şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində 06 noyabr 2025-ci ildə X10 Limanında xidmətdə olduğu zaman hava limanının qarşısında sərxoş vəziyyətdə olan bir nəfər şəxsin bir qıza yaxınlaşaraq söhbət etməsini gördüyünü, onların davranışlarından qızın narahat olmasının açıq aydın hiss edildiyi üçün onlara nəzarət etməyə başladığını, qız oğlandan kənara çəkilmək istədiyi zaman oğlanın əlini qızın belinə atmaq istədiyini, qız ondan yayınmaq istəyərkən oğlanın qızın telefonun əlindən almağa çalışdığını və qızın üzərinə qışqırdığını, bu zaman qızın oğlandan kənara çəkildiyini, çıxış qapısından içəri daxil olduğunu, həmin şəxsin qızın arxasınca getdiyini, özünün bir neçə dəqiqə sonra hava limanının daxilində yerləşən kassanın qarşısına getdiyi zaman həmin şəxsin qızın yanında durmasını və yenə də narahat etməsini gördüyünü, bundan sonra qızın ona oğlanın onu narahat etməsini bildirdiyini, polis əməkdaşlarının kənardan şəxsin hərəkətlərinə nəzarət etdikləri üçün şəxslərə yaxınlaşaraq nə olması barədə soruşduqlarını, daha sonra hər iki şəxsi polis şöbəsinə apardıqlarını bildirdi. Şahid X12 məhkəmə iclasında verdiyi ifadəsində 06 noyabr 2025-ci ildə X10 Limanında xidmətdə olduğu zaman 1 nəfər tanımadığı şəxsin bir qadına yaxınlaşmasını onunla söhbət etməyə çalışmasını gördüyünü, şəxsin hərəkətlərindən qadının narahat olmasının açıq aşkar hiss edildiyi üçün həmin şəxslərin hərəkətlərinə nəzarət etməyə başladığını, qadın hava limanında çıxdığı zaman kişinin də onun arxasınca getdiyini, Hava limanının çıxışında qadının ağaclıq əraziyə getməsini oğlanın da onunla həmin yerə getməsini gördüyünü, oğlanın hərəkətlərindən onun narahat etməsinin açıq-aşkar bilindiyini, qız durub getmək istədiyi zaman oğlanın onun geyimindən və telefonundan tutaraq buna mane olmağa çalışdığını, bundan sonra qızın hava limanına yenidən daxil olaraq orada oturduğu zaman oğlanın onun qarşısında durub onu narahat etdiyini, bundan sonra qız yerini dəyişsə də oğlanın bir daha onu narahat etdiyi üçün həmin şəxslərə yaxınlaşaraq nə olması barədə soruşduğunu, qızın həmin şəxsin onu narahat etməsini və həmin şəxsdən qorxduğunu bildirdiyi üçün həmin şəxsi saxlayaraq polis şöbəsinə gətirdiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 07 noyabr 2025-ci il tarixdə saat 08:00-da inzibati qaydada tutulmuş və 07 noyabr 2025-ci il tarixdə saat 13:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş 06 noyabr 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə nəticəsində Şəxs həqiqətən də orta dərəcə alkoqol şərxoşluğu vəziyyəti müəyyən edilmiş və müayinənin nəticəsi 1.84 promildir. İş materiallarında olan video görüntülərdən də Şəxs qeyd olunan əməlləri törətməsi aydın görünür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi, özünün izahatı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsini nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi də iş üzrə ağırlaşdırıcı haldır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, Şərur Rayon Məhkəməsinin 2(110)-16/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 atası Şəxs, xx.xx.2017-ci il tarixdə doğulmuş X3 isə anası X5 yanında qalması qət edilmişdir. Qeyd edilən qətnamədən Şəxs himayəsində uşaq olması görünsə də, məhkəmə belə qeyd edir ki, həmin uşaq, yəni X13 xx.xx.2011-ci il tarixdə doğulmaqla 14 yaşına çatmışdır. Bu səbəbdən Şəxs barəsində inzibati həbs tətbiq edilməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir əsas yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halları nəzərə alır və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs edilməlidir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati həbsin müddəti 09 gün müəyyən edilməlidir. İnzibati həbsin əvvəli 07 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 07 noyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar