Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-508/2023 31.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1965-ci il tarixdə Naxçıvan rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 5 uşaq atası, orta təhsilli, Reyhan yanacaqdoldurma məntəqəsində operator işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Aşağı Uzunoba kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 29 oktyabr 2023-cü il tarixdə, saat 09:00-da işlədiyi Naxçıvan şəhərindəki Reyhan yanacaq doldurma məntəqəsindən işdən çıxdığını, Uzunoba kəndindəki evinə getdiyini, daha sonra saat təxminən 19-20 radələrində şəhərə qayıtdığını, saat 20:00-da uzaq qohumu olan Arzu ilə görüşdüyünü, həm də Arzunun ad günü olduğu üçün Babək məhəlləsində olan Bir bakal restoranında əyləşdiklərini, 2-3 bakal pivə içdiklərini, sonra çıxıb evə gedən zaman Megastore marketinin qabağında duran polis maşınını gördüyünü, bir anlıq ona baxdıqlarına fikir verdiyini, onlara yaxınlaşdığını, “haran ağrıyır” dediyini, polisin ona “102yə zəng edəcəm” dediyini, “zəng edin gəlsin” dediyini, sonra marketə girdiklərini, Arzunun çörək aldığını, çıxan zaman post patrul maşınının gəldiyini gördüklərini, post patrul maşınından düşən əməkdaşların ona yaxınlaşaraq “barənizdə şikayət var, zəhmət olmasa maşına əyləşin” dediklərini, içkili olduqları üçün onları X9 apardıqlarını, alkoqol testindən keçirdiklərini, sonra 1-ci Polis Bölməsinə getdiklərini, nəlayiq ifadələr işlətmədiyini, polisi səhv saldığına görə ona dediyi sözə görə peşman olduğunu, yüngül tənbeh verilməsini xahiş etdi. X10 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 oktyabr 2023-cü il tarixdə marketə girdiklərini, Hidayətin polis maşınına yaxınlaşaraq polis işçisinə tanımadığından “haran ağrıyır” dediyini, daha sonra səhv adam olduğunu, başqasına oxşatdığı üçün zarafat etdiyini dediyini, sonra üzr istədiyini bildirdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 oktyabr 2023-cü il tarixdə xidmətdə olduğunu, operativ nəqliyyat vasitəsində olduğunu, Babək məhəlləsində yerləşən Megastore marketinin qarşısında çox maşın olduğunu, maşını yol kənarında saxlayıb marketdən su almaq istəyən zaman tanımadığı bir şəxsin maşının qapısına dirsəklənərək sərxoş halda söyüş söyərək burada niyə dayandıqlarını soruşduğunu, onun sərxoş olmasından və ətrafdakı insanların onları görməsindən narahat olaraq ondan maşından uzaqlaşmasını xahiş etdiyini, onun onun xahişinə məhəl qoymayaraq söyüşlərinə və nalayiq ifadələrinə davam etdiyini, onu nəzakətli olmağa və söyüş söyməməyə dəvət etdiyini, onun saymamazlıq edərək davam etdiyini, ona 102 xidmətinə zəng edəcəyini bildirdiyini, durmasını tələb etdiyini, onun isə yanındakı şəxslə marketə girdiyini, təxminən 3 dəqiqə sonra PPX ekipajının onların yanına gəldiyini, məsələni onlara izah etdiyini, həmin şəxs marketdən çıxan zaman PPX əməkdaşlarının onlara yaxınlaşıb onları avtopatrula minməsini bildirərək sərxoşluq müayinəsinə aparacaqlarını bildirdiklərini bildirdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 oktyabr 2023-cü il tarixdə xidməti ərazidə xidmətdə olan zaman Megastore adlı marketin qarşısında tanımadıqları bir şəxsin xidməti avtomobilə yaxınlaşaraq xidmət yoldaşı X3 “haran ağrıyır” dediyini, komandirin də “siz kimsiz mənlə zarafat edirsiz” dediyini, vətəndaşın yenidən Nihala nalayiq sözlər işlətdiyini, komandirin göstərişlərinə tabe olmadığını, komandirin ona 102 xidmətinə zəng vurmağını dediyini, PPX əməkdaşlarının hadisə yerinə gəldiyini, həmin şəxslərin 1-ci Polis Bölməsinə dəvət olunduqlarını bildirdi. X8 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 oktyabr 2023-cü il tarixdə operativ nəqliyyat vasitəsi ilə xidmətdə olduğunu, idarənin 102 xidmətindən Babək məhəlləsində yerləşən Megastore marketinin qarşısında 1 nəfər vətəndaşın YPX əməkdaşlarına tabesizlik göstərdiyinin bildirildiyini, həmin ünvana getdiyini, orada marketdən çıxan iki nəfər sərxoş şəxsə yaxınlaşdığını, özünü təqdim etdikdən sonra onları sərxoşluq müayinəsindən keçirəcəklərini bildirdiyini, həmin şəxsləri sərxoşluq müayinəsindən keçirdikdən sonra Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin növbətçi hissəsinə təhvil verdiyini bildirdi. X7 məhkəmədə şahid qismində verdiyi izahatında, 29 oktyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən Megastore adlı marketdən alış-veriş etdiyini, çıxan zaman polis əməkdaşları ilə bir nəfər şəxsin mübahisə etdiklərini gördüyünü, şəxsin ucadan səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini bildirdi. İş üzrə 31 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 31 oktyabr 2023-cü il tarixdə, saat 12:20-də inzibati qaydada tutulmuşdur. İş üzrə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0.48% sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs sərxoş vəziyyətdə inzibati xəta hadisəsi törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilməlidir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-508/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-508/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver