Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-508/2025 01.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 1.Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Ford Transit” yük markalı, **-AB-*** dövlət nömrəli nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə, saat 17:55-də “Bakı-Quba yolu 148-ci km Quba ist”-də müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığı üçün elektron protokol tərtib edilmişdir. 2.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş sürücü barəsində məlumatın verilməsi barədə sorğu xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatmasına baxmayaraq 5 gün müddətində Naxçıvan Şəhər Polis İdarəsinə məlumat vermədiklərinə görə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə İXP seryalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. 3.Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 4.Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru məhkəməyə ərizə yazaraq, X1 tərəfindən tərtib olunmuş protokol barədə məlumatlı olduqlarını və həmin inzibati xətaya etiraz etmədiklərini buna görə də ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 5.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə –vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 6.Təqdim edilmiş sübutlara məhkəmə qiymət verərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. 7.Məhkəmə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati cərimə tənbeh tətbiq növünün təyin edilməsini məqsədə müvafiq hesab edir.
8. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim: Aslan Heydarov.