Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-517/2023 20.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Naxçıvan, Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olub, həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:08 radələrində idarə etdiyi Naz Lifan LF 6430 SUV minik markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Naxçıvan şəhəri Qaraçuq kəndində avtomobilin ön hissəsinin əzilmiş vəziyyətdə olduğundan saxla əmri verilmiş, lakin sürücü avtomobili saxlamayaraq polisin qanuni əmrinə tabe olmamış və hərəkətinə davam etmişdir. Polis əməkdaşının idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə səsgücləndirici və sayrışan işıqla saxla işarəsi verilərək nəqliyyat vasitəsinin arxasınca müşayət edilmiş, sürücü bir qədər avtomobili ilə yüksək sürətlə hərəkət etdikdən sonra yolun sağ tərəfində avtomobili saxlamışdır. Baxış zamanı onda sərxoşluq əlamətləri olduğu üçün həmin tarixdə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərmə barədə 15 nömrəli protokol tərtib edilmiş və Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:08 radələrində idarə etdiyi Naz Lifan LF 6430 SUV minik markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı Naxçıvan şəhəri Qaraçuq kəndində saxlanılmışdır. Ümumiyyətlə içki içməmişdir. Avtomobili kəndin kanalının yanında saxlamışdır. Heç bir qayda pozuntusu olmamışdır. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə görə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta haqqında materiala əlavə edilən sənədlər protokolun məhkəməyə göndərilməsi barədə vətəndaşa məktub, xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol, nəqliyyat vasitəsinin duracağa göndəriş vəsiqəsi, nəqliyyat vasitələrinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli akt, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinədən imtina barədə 15 nömrəli protokol, raport, bildiriş və sürücülük vəsiqəsindən ibarətdir. xx.xx.2023-cü il tarixli Naxçıvan ŞPİ DYPB-nin YPXİ-ru polis baş serjantı Rza Məhərrəmov və Orxan İbrahimovun raportundan aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 17:35 radələrində Naxçıvan şəhəri Qaraçuq kəndində xidməti vəzifəsini yerinə yetirərkən qarşıdan gələn Naz Lifan LF 6430 SUV minik markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin ön hissəsinin əzilmiş vəziyyətdə olduğundan saxla əmri verilmiş, lakin sürücü avtomobili saxlamayaraq polisin qanuni əmrinə tabe olmamış və hərəkətinə davam etmişdir. Polis əməkdaşının idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə səsgücləndirici və sayrışan işıqla saxla işarəsi verilərək nəqliyyat vasitəsinin arxasınca müşayət edilmiş, sürücü bir qədər avtomobili ilə yüksək sürətlə hərəkət etdikdən sonra yolun sağ tərəfində avtomobili saxlamışdır. Baxış zamanı onda sərxoşluq əlamətləri olduğu üçün həmin tarixdə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərmə barədə 15 nömrəli protokol tərtib edilmişdir. Lakin sürücü heç bir sənəd verməyəcəyini və həkim tibb müayinəsindən keçməyəcəyini bildirərək nəqliyyat vasitəsindən düşüb qaçaraq Rahib adlı kən sakininin həyətinə keçib oradan uzaqlaşmışdır. Sonradan nəqliyyat vasitəsi evakuatorla Naxçıvan MR DİN DYPİ-nin müvəqqəti duracağına gətirilmişdir. Şəxsin barəsində tərtib edilən protokol üzrə inzibati xətalar qanunvericiliyinin normasının nəzərdə tutan 343.1-ci maddəsinin dispozisiyasından aydın olur ki, şəxsin həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün ən vacib şərt tibbi müayinəyə aparılması və nəqliyyat vasitəsini idarə etmək hüququ olmasıdır. Hər iki şərti ödəyən şəxs əgər müayinədən imtina edərsə bu maddə üzrə protokol tərtib edilə bilər. Hazırki işdən aydın olur ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olsa da o tibbi müayinəyə aparılmamışdır. Halbuki şəxs tibbi müayinəyə aparılmalı, orada tibbi müayinədən imtina etməli və onun imtinası həkim tərəfindən təqdim edilməli idi. Hazırki protokol və ona əlavə edilən sənədlərdən bu hal öz təsdiqini tapmamışdır. Qeyd edilən hallar məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsinin tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi DYPB-nin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs əməlində inzibati xətanın tərkib əlaməti olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-517/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-517/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver