Məhkəmə qərarları › İş №3(078)-52/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-52/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-52/2022 17.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Qobustan rayonu Ərəbşalbaş kəndində doğulmuş (FİN xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhər Nizami 67A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 17 may 2022-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş 17 may 2022-ci il tarixli 009937 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17 may 2022-ci il tarixdə Naxçıvan şəhər S.C.Pişəvəri küçəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhər Nizami 67A ünvanında ailəsi ilə birlikdə yaşayır, Naxçıvan şəhərinə təxminən 8 ay bundan əvvəl gəlib. Bakı şəhərində yaşayan Elsevər adlı tanışı ona uzun müddətdir ki, pul borclu olub və Elsevər pulu 17 may 2022-ci il tarixdə ona göndərəcəyinə dair söz versə də sözünə əməl etməmiş, bununla bağlı 17 may 2022-ci il tarixdə səhər saatlarında Elsevərə zəng vurduğunda Elsevər ona pulu düzəldə bilmədiyini dediyində aralarında mübahisə yaranmış, əsəbi olduğu üçün uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuş, bu zaman ərazidə xidmət aparan polis əməkdaşı yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X3 17.05.2022-ci il tarixdə Naxçıvan şəhərində yerləşən Gənclik Ticarət Mərkəzinə gedərkən mərkəzin qarşısında tanımadığı şəxsin küçədə mobil telefonla danışdığı şəxslə ucadan mübahisə edərək səs-küy saldığını, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizam-intizama dəvət etdiyini bildirdi. İş materiallarında olan 17.05.2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru polis kapitanı X1 tərəfindən verilən raportdan görünür ki, 17.05.2022ci il tarixdə xidməti ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman 1 nəfərin səs-küy salaraq ucadan nalayiq ifadələr işlətdiyini gördüyü üçün həmin şəxsə yaxınlaşıb ona etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhər Nizami 67A ünvanında yaşayan Şəxsdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, şahid ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR X2 Şəxsi tərəfindən 17.05.2022-ci il tarixdə verilmiş 79 nömrəli arayışın surətinə əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 17 may 2022-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 17 may 2022-ci il tarixdə saat 10:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnsibati həbsin əvvəli 17 may 2022-ci il tarixdə saat 10:00-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar