Məhkəmə qərarları › İş №3(078)-520/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-520/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-520/2025 13.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin qərarından X2 verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: 1.X4 ETNS-ni yanında X3 Xidmətinin qərarından Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, X3 Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Məhkəmə şikayəti araşdırıraq hesab edir ki, X2 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. 3.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 4.Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasə, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 5.Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 6.Məhkəmə qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin 04 noyabr 2025-ci il tarixli qərardaddan görünür ki, müddətin bərpası barədə vəsatət rədd edilmişdir. 7.Məhkəmə həmçinin qeyd edrir ki, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpası üçün müraciət edilmədiyindən şikayət geri qaytarılmışdır. 8.Hal-hazırda isə şikayətçi müddətin bərpası barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin müddətin bərpası barədə qərardadından deyil Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin qərarından yenidən məhkəməyə şikayət vermişdir. 9.X1 buraxılmış müddətin bərpası qaydasını müəyyən etmiş, müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddətin hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edildiyi təsbit edilmişdir. 10.Beləliklə məhkəmə hesab edir ki, X2 ETSN-ni yanında X3 Xidmətinin qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. 11.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. 12.Şərh olunanlara əsasən, QƏRARA ALDİM: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin qərarından X4 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar