Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-521/2023 04.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri Suraxanı rayonu Zığ yaşayış kompleksi, 3/3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı X1 cavabdeh Şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8794/2017 nömrəli, 15 dekabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş 09 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5478/2016 nömrəli xx.xx.2016-cı il tarixdə verilmiş icra sənədinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-463/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-560/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2019 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini qismən etiraf edərək bildirmişdir ki, O Bakı şəhərində anasına məxsus olan evdə yaşayır. Qardaşının yanında yarımarkada meyvə-tərəvəz satır. Gündəlik qazancını ancaq çıxarır. Onun barəsində olan aliment borcu ilə əlaqədar bildirir ki, onun ailəsi ilə problemi olmamışdır. Arvadı və övladları ilə 3 ilə bundan əvvələ qədər normal şəkildə münasibəti olmuşdur. Sonra qardaşının vərəsəlik işi ilə bağlı problem yaşanmışdır. 19000 (on doqquz min) manata qədər aliment borcu vardır. Digər borcları ilə bağlı onun Eldəniz adlı şəxsə borcu yoxdur, bütün borcu bağlamışdır. Banklara olan borclarından məlumatı olmamıdşır. Başqa bir iş üzrə tutulmuşdur. Hənsdən çıxandan sonra bu işlər barədə məlumatı olmuşdur. Onları da araşdırcaq. Çünki onun bir tək anası olmasından və kimsəsi olmamasından istifadə edib bütün pulu ondan tələb ediblər. Maddi imkanı olmadığı üçün borclarını ödəyə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 09 fevral 2018-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8794/2017 nömrəli, 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 137 manat olmaqla ümumilikdə 274 manat miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 18 fevral 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-881/2019 nömrəli, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Şəxs "xxxx" MMC-nin xeyrinə 19007.99 (on doqquz min yeddi manat doxsan doqquz qəpik) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınması qət edilmiş və xx.xx.2019-cu il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 07 oktyabr 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-560/2019 nömrəli, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə Şəxs "xxxx" MMC-nin xeyrinə 7160.65 (yeddi min yüz altmış manat altmış beş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınması qət edilmiş və 07 oktyabr 2019-cu il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 17 aprel 2019-cu il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-463/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Şəxs 3200 (üç min iki yüz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq X5 ödənilməsi qət edilmiş və 18 iyul 2019-cu il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 11 avqust 2016-cı il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5478/2016 nömrəli, 12 aprel 2016-cı il tarixli qətnaməsi ilə Şəxs 4215 (dörd min iki yüz on beş) manat pul və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmiş və 18 noyabr 2016-cı il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarlarının surətindən məlum olur ki, həmin qərarlarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlər verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borclu Şəxs axtarışı haqqında qərar qəbul edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini, bir neçə icra sənədi üzrə tələbi uzun müddət ödəmədiyini, icra sənədlərinə uyğun borcun məbləğini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən heç bir ödəniş aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-521/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-521/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver