Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-522/2023 10.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Babək rayon, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 3 uşaq atası, ali təhsilli, Avto 777 kafedə icarəçi işləyir, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində tərtib olunmuş protokol xx.xx.2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan ŞPİ 1-ci PB sahə rəisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 016391 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Naxçıvan şəhər Tumbul kəndində yerləşən “Bellisa mebel” fabrikinin qarşısında idarə edtiyi Mersedes Benz 180 markalı ** EG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən avtomobilin texniki baxışı olmadığı üçün saxlanılmış, sənədləri təqdim edilməsi istənildikdə sənədlərinin olmadığını demiş, ad-soyadı soruşulduqda avtomobil nömrəsindən portal vasitəsi ilə çıxarıb protokol tərtib edilə biləcəyini demiş, bundan əlavə YPX-nin əməkdaşından kim olduğunu, onu saxlaması barədə iradını bildirmişdir. Təkrar sənədlər tələb edildikdə şəxs səs-küy salaraq qanuni tələbinə tabe olmayaraq kobudcasına rəftar etmişdir. Polis şöbəsində şəxsin xx.xx.1977-ci ildə ildə Babək rayonu Qahab kəndində anadan olmuş, Naxçıvan şəhəri Tumbul kəndində qeydiyyatda olan və yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Şəxs əməli inzibati məsuliyyət yaradır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində özünə məxsus olan Mersedes Benz 180 markalı ** EG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi evinə gedib. Evə çatıb maşından düşərkən YPX-nin əməkdəşı ona yaxınlaşıb sənəd tələb etmişdir. Sənədlərin evdə olduğunu demiş və əlavə olaraq qeyd etmişdir ki, “qonşulardan ayıbdır. Bura qədər gəlməyə ehtiyac yox idi. Maşının nömrəsini portalda yazıb şəxsiyyəti müəyyən edə bilərdiz”. Polis əməkdaşı onun bu sözündən əsəbləşib onu darta-darta polis maşının yanına apararaq zorla maşına əyləşdirmişdir. Onu polis şöbəsinə gətirərək heç bir əsas olmadan bir sutka şöbədə saxlamışlar. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid qismində izahat verən X1 bildirmişdir ki, Naxçıvan ŞPİ DYPBnin YPX-nin polis baş serjantı olaraq xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman saat 23:00-da Mersedes Benz 180 markalı ** EG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən avtomobilin texniki baxışı olmadığı üçün saxlanılmış, sənədlərin təqdim edilməsi istinildikdə həmin şəxs kobudluq edərək polisin qanuni əmrinə tabe olmamışdır. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1 -ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan xətanın olması sübuta yetmir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN X5 Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin xx.xx.2023-cü il tarixli 016391 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN X5 Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin xx.xx.2023-cü il tarixli 016391 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-522/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-522/2023
10.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver