Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-525/2023 17.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 3(003)-2402/2023 nömrəli qərardadı əsasında aidiyyəti üzrə məhkəməyə göndərilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 13 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 3(003)-2402/2023 nömrəli qərardadı əsasında aidiyyəti üzrə göndərilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair 31 avqust 2023-cü il tarixli, 00800-00456/23 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də işin icraatını rədd edən halların mövcud olub olmamasıdır. Qeyd olunan halın araşdırılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Protokolda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydaların pozulduğu, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil edilmiş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 26 yanvar 2019-cu il tarixli, **********5339 nömrəli gömrük bəyannaməsinə əsasən 26 yanvar 2019-cu il tarixdə "xxxx" MMC tərəfindən "GRUPO LİBELLE S.L" şirkətinə 3367.88 ABŞ dolları dəyərində zərgərlik məmulatları göndərilmişdir. İş materiallarında olan 30 aprel 2019-cu il tarixli, **********6246 nömrəli gömrük bəyannaməsinə əsasən 30 aprel 2019-cu il tarixdə "xxxx" MMC tərəfindən "GRUPO LİBELLE S.L" şirkətinə 2119.73 ABŞ dolları dəyərində zərgərlik məmulatları göndərilmişdir. İş materiallarında olan raporta əsasən "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən bəyan olunan gömrük bəyannamələri ümumilikdə 5487.61 (beş min dörd yüz səksən yeddi dollar altmış bir sent) ABŞ dolları dəyərindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Qeyd olunan işin baxılmağa hazırlanması mərhələsində məhkəmə tərəfindən aparılan araşdırılma nəticəsində müəyyən edilən Naxçıvan Şəhər Məhkəməsinin 3(078)- 69/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən 26 yanvar 2019-cu il və 30 aprel 2019-cu il tarixlərdə "GRUPO LİBELLE S.L" şirkətinə 5487.61 ABŞ dolları dəyərində zərgərlik məmulatları göndərildiyinə və həmin tarixlərdən 180 gün ərzində ixrac olunan mala dair pul vəsaitini Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 08 fevral 2023cü il tarixli, 101-015/0xx-xx/000473 nömrəli məktubu ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair 07 fevral 2023-cü il tarixli, 18000-00102/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-69/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə aid eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş məhkəmə qərarı vardır. Ona görə də eyni fakt üzrə tərtib olunmuş protokola qanunvericiliyin tələbinə əsasən təkrar baxıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə aid eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-69/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı olduğuna görə hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.4-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, işin icraatını rədd edən halların mövcud olub olmamasını həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-525/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-525/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver