Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-526/2025 15.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Babək rayonu, Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin X14 İdarəsi Yol patrul xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib olunmuş 05 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 01 noyabr 2025-ci il tarixdə “VAZ 21074 minik” markalı, 67BF442 dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün ana yolda getdiyini, yol geniş olduğu üçün digər avtomobilin göründüyünü, avtomobilin qapısının açıq olmadığını, yanından keçəndə qapının açıldığını, özünün avtomobilinə dəydiyini, əgər qapı açıq olsa idi, qapının tamamilə yerindən çıxacağını, dəyəndən sonra özünün yerə endiyini, gedib marketdən bizon içkisi alıb içdiyini, ondan sonra hadisə yerinə qayıtdığını, içkili olduğunu aparatla yoxladıqlarını, polis əməkdaşlarından onu xəstəxanaya aparıb analizdən keçirmələrini istədiyini, lakin ona narahat olmamağını, yaxşı olacağını dediklərini, dəyən zərəri ödəmədiyini, sığorta tərəfindən ödənilməsini gözlədiyini, avtomobildə yanında yaşlı qadın olduğunu, onu polis əməkdaşlarının arxayın saldıqlarını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 avtomobilin özünün olduğunu, oğlunun etibarnamə əsasında idarə etdiyini, özünün hadisəni görmədiyini, dəyən zərər ödənilmədiyini, zərəri ödəmədiyi üçün şəxsin barəsində şikayəti və tələbi olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X7 102-ə daxil olmuş məlumat əsasında hadisə yerinə yaxınlaşdıqlarını, hadisəni törətmiş şəxsin hadisə yerində olmadığını, daha sonra gəldiyini, digər sürücünün hadisənin necə olduğu barədə məlumat verdiyini, hər iki sürücünün alkotestdən keçirildiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sərxoş olduğunun müəyyən edildiyini, şəxsin alkotestə imza çəkməkdən imtina etdiyini, hadisədən bir gün sonra idarəyə gəlib analizdən keçirilmək istədiyini bildirdiyini, daha sonra şəxsə zəng etdiklərini, lakin zəngə cavab vermədiyini, yazılı şəkildə müraciət etmədiyi üçün də analizə aparılmadığını, dəymiş ziyanla bağlı sənədin alınması çox müddət apardığı üçün protokol tərtib olunduqdan bir neçə müddət sonra məhkəməyə gətirildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclası zamanı verdiyi ifadəsində yolun kənarında telefonla danışdığı üçün avtomobilin qapısının yarı açıq vəziyyətdə olduğunu, avtomobilini şəxsin avtomobili ilə vurduğunu, həmin vaxt şəxsin öz zolağında olmadığını, şəxs hadisəni törədəndə yanında gənc qadın olduğunu, hadisəni törətdikdən sonra oradan getdiyini, polis əməkdaşları gəldikdən sonra şəxsin yenidən hadisə yerinə gəldiyini, onunla dəfələrlə şəxs əlaqə saxladığını, öz avtomobilini çıxara bilməsi üçün ərizə vermələri lazım olduğu üçün əlaqə saxladığını, ziyanı ödəmədiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilməsi nəticəsində Şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti müəyyən edilmiş və müayinənin nəticəsi 0.413 promildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X13 QİTBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074 minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olan Şəxs mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X13 QİTBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X11 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan X3 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru Bəxtiyar Əhmədov tərəfindən verilmiş zərər aktından görünür ki, “X11 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2170,00 (iki min yüz yetmiş manat sıfır qəpik) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin tələbindən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılması imperativ normadır və mütləq tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Cərimənin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, maddənin tələbində 700 (yeddi yüz) manat miqdarında cərimə müəyyən edilməsi də imperativ formada öz əksini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-526/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-526/2025
15.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver