Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-528/2023 30.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 17 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 28 sentyabr 2023-cü il tarixli, 6-1-16/2-7615/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 26 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 69603.70 (altmış doqquz min altı yüz üç dollar yetmiş sent) ABŞ dolları məbləğində vəsaiti 15 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 69603.70 (altmış doqquz min altı yüz üç dollar yetmiş sent) ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 sentyabr 2023-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 28 noyabr 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə etirazını məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 etirazda qeyd etmişdir ki, Şəxs (bundan sonra “Arkoz") İXM 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Mərkəzi Bank (bundan sonra “MB") tərəfindən inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixində Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuş və xx.xx.2023-cü il tarixinə baxış iclası təyin edilmişdir. Sözügedən protokol (№ EP 0141423) İXM-nin protokolun tərtib edilməsinə dair tələblərə cavab vermədiyi üçün MB-a geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda MB-a geri qaytarılmalıdır. MB tərəfindən tərtib edilən hazırki EP ******* nömrəli protokol Şəxs MMCnin nümayəndəsi tərəfindən imzalanmamış, nümayəndənin izahatı alınmamış, hüquqi şəxsin nümayəndəsinə hüquqların və vəzifələrin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamış, eyni zamanda protokolu tərtib edən şəxsin səlahiyyətini təsdiq edən sənəd iş üzrə materiallara əlavə edilməmişdir. Ümumiyyətlə, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin hazırki iş üzrə məhkəməyədək icraatda iştirakının və bununla da qanunvericilikdən irəli gələn hüquqlarının təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyü iş materialları ilə müəyyən olunmur (materialdan görünür ki, Şəxs MMC icraatda iştirak etməsi üçün ümumiyyətlə dəvət olunmayıb). Beləliklə də, Protokolun tərtib edilməsini nəzərdə tutan İXM 100-cü maddəsinin tələbləri Mərkəzi Bank tərəfindən pozulmuşdur. Arkozun hərəkətində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün əməlin mühüm elementi olan subyektiv cəhəti mövcud olmadığından, inzibati xəta tərkibi yaranmış hesab edilə bilməz. Belə ki, yük gömrük bəyannaməsinin banka təqdim edilməməsində, ümumiyyətlə, Şəxs MMC-nin təqsiri olmamışdır. Şəxs MMC (bundan sonra “Arkoz”) ilə “X6 ve Dış Ticaret LTD” Şirkəti (bundan sonra “Satıcı”) arasındakı Müqaviləyə (Qoşma 1: Müqavilə) əsasən Satıcı tərəfindən Arkoza mal material (bundan sonra “Mal/Mallar”) verilməsi, Arkoz tərəfindən isə müvafiq Mallar qarşılığında müəyyən edilmiş qiymətin ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşmaya əsasən 69 603,70 ABŞ dolları məbləğində Mal ödəniş edildikdən sonra Türkiyə Respublikasından ixrac edilməklə Naxçıvan Muxtar Respublikasına idxal edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il Konstitusiya Məhkəməsi Plenumu”nun qərarına əsasən məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Hər kəsə məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində (“Komitə”) dövlət gömrük rüsumlarının rəsmiləşdirilməsi üçün 2022-ci ilin sonuna qədər bir qədər fərqli prosedur qaydası tətbiq olunduğu, idxal əməliyyatlarının bütünlüklə elektron sistem üzərindən rəsmiləşdirilməsi aparılmadığı üçün ödənişini etdikləri Malların idxalı zamanı yük-gömrük bəyannamələrini əldə etmələri onlardan asılı olmayan obyektiv səbəblər üzündən mümkün olmamışdır. Monitordan əldə edilmiş ekran görüntüsü də (“screenshot”) həmin elektron sistemə daxil olmağın mümkün olmadığını sübut edir (Qoşma 2: Sistemə daxil olmağın mümkünsüzlüyünü göstərən ekran görüntüsü). Müqayisə üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxsin elektron sistemindən çıxarışı da diqqətə çatdırırlar (Qoşma 3: Sistemə daxil olan zaman ekran görüntüsü). Hər iki ekran görüntüsünün qarşılıqlı müqayisəsi nəticəsində aydın olur ki, həmin hüquqi şəxs də daxil olmaqla, Naxçıvan Muxtar Respublikası istisna olmaqla AR Dövlət Gömrük Komitəsinin (“AR DGK”) nəzarətində olan, ölkənin digər ərazilərində bütün hüquqi şəxslər üçün yük gömrük bəyannamələrinin əldə edilməsi üçün elektron hökümət portalının (e-gov.az) müvafiq modulunun aktiv şəkildə işləməsinə, yük- gömrük bəyannamələrini yükləmək üçün müvafiq butonun işlək vəziyyətdə olmasına baxmayaraq, həmin dönəm AR DGK-nin yurisdiksiyasına daxil olmayan, NMR-nin gömrük orqanlarına rəhbərliyi həyata keçirən vəzifəli şəxslərin səriştəsiz idarəetməsi nəticəsində eyni hal Şəxs MMC üçün mümkün olmamışdır. Məhz bu məsələ ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə xx.xx.2023 tarixində tərəflərindən məktub (Qoşma 4: Məktub) göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən yazılı müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2023 tarixli, 1000/3-33/2-017502/2023 saylı məktubda (Qoşma 5: AR Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məktub) qeyd edilmişdir ki, AR Cinayət Prosessual Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq araşdırmanın davam etdirilməsi məqsədilə araşdırma nəticəsində toplanmış materiallar aidiyyəti üzrə təhvil verilməsi üçün AR Baş Prokurorluğuna göndərilmişdir. Bu isə açıq bir şəkildə malların idxal edilməsi əməliyyatlarında gömrük rəsmiləşdirməsinin həyata keçirilməsində cinayət tərkibinin olduğunu təsdiq etmiş olur. Məhz buna görə də NMR Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin törətdiyi cinayət əməllərinin araşdırılması və müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış materiallar aidiyyəti üzrə göndərilmişdir. Bu isə özlüyündə həm də malların Naxçıvan Muxtar Respublikasına idxal edilməsi faktını təsdiqləyir. İdxal əməliyyatlarının bütünlüklə elektron sistem üzərindən rəsmiləşdirilməsinin aparılmaması və yük gömrük bəyannamələrinin verilməməsi NMR Dövlət Gömrük Komitəsinin özbaşınalığı olduğundan, hazırki iş üzrə Şəxs MMC-nin təqsirini istisna etmiş olur. Nəticə etibarı ilə, Şəxs MMC-nin hərəkətində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün əməlin mühüm elementi olan subyektiv cəhəti mövcud olmadığından, inzibati xəta tərkibi yaranmış hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1,2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxanda sadalanan və ex officio nəzərə alınacaq səbəblərə görə icraatdakı sözügedən işlə bağlı icraata xitam verərərək protokolun geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 06 noyabr 2023-cü il tarixdə göndərdiyi etiraz ərizəsinə əlavə edilmiş X9 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini X4 ünvanlanmış 31 iyul 2023-cü il tarixli məkubda qeyd olunmuşdur ki, "xxxx" və Şəxs ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “X6 ve Dış Ticaret LTD” Şirkəti arasında bağlanılan Müqavilələrə uyğun olaraq müxtəlif növ tikinti materialları, avadanlıqlar, nəqliyyat vasitələri və s. malların (bundan sonra “Mal/Mallar”) verilməsi/xidmətlərin göstərilməsi, müvafiq Mallar və xidmətlər qarşılığında isə müəyyən edilmiş qiymətin ödənilməsi öhdəlikləri nəzərdə tutulmuşdur. Bağlanmış müqavilələrə əsasən sifariş edilən malların ödənişi həyata keçirilməklə həmin mallar 2019-2022-ci il tarixləri ərzində tərəflərindən Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasının ərazisinə İğdır- Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə idxal edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində dövlət gömrük rüsumlarının rəsmiləşdirilməsi üçün həmin tarixlərdə bir qədər fərqli prosedur qaydası tətbiq olunduğu, daha dəqiq, idxal əməliyyatlarının bütünlüklə elektron sistem üzərindən rəsmiləşdirilməsi aparılmadığı üçün ödənişini etdikləri Malların idxalı zamanı yük-gömrük bəyannamələrini əldə etmələri onlardan asılı olmayan obyektiv səbəblər üzündən mümkün olmamışdır. Bununla əlaqədar tərəflərindən idxal edilmiş mallara görə yük-gömrük bəyannamələrinin onlara təqdim edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə dəfələrlə şifahi və yazılı şəkildə müraciətlərini etmişdirlər. Lakin, son dövlərədək Naxçıvan Muxtar Respublikası ərazisində tətbiq edilmiş olan idxal və gömrük prosedur qaydalarına görə, onlardan asılı olmayan səbəblərdən bu günədək yük-gömrük bəyannamələrini əldə etmələri mümkün olmamışdır. Yük-gömrük bəyannamələrinin təqdim edilməməsi səbəbilə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4. maddəsi üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdirlər. Hal-hazırda eyni maddə üzrə inzibati xətanın törədilməsi ilə əlaqədar birdən çox məhkəmə işi mövcuddur. Xətanın törədilməsi onlardan asılı olmayan səbəblərdən mövcud olduğu üçün, yəni müvafiq sənədləri təqdim edə bilmədiklərinə görə yenidən inzibati məsuliyyətə cəlb edilə bilərlər. Odur ki, 2019-2022-ci illər tarixində Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasının ərazisinə İğdır-Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə "xxxx" və Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən idxal edilmiş malların qeydiyyatının aparılmasına dair təqdim etdikləri sənədlər əsasında yük gömrük bəyannamələri və ya yükün Azərbaycan Respublikasına idxal edilməsini təsdiq edən başqa bir təsdiqedici sənədlərin təqdim edilməsi barədə göstəriş verməyini ondan xahiş etmişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 06 noyabr 2023-cü il tarixdə göndərdiyi etiraz ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi Ülvi Zülfüqarov tərəfindən X8 göndərilmiş 28 sentyabr 2023-cü il tarixli, 1000/3-33/2-017502/2023 saylı cavab məktubunda da qeyd olunmuşdur ki, təsisçisi olduğu "xxxx" MMC və Şəxs MMC tərəfindən 2019-2022-ci illər ərzində Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına idxal edilmiş yüklərin idxalı ilə bağlı gömrük xidmətində mövcud olan təsdiqedici sənədlərin təqdim edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanladığı 31 iyul 2023-cü il tarixli müraciətdə qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində toplanmış materiallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 213-cü maddəsinin tələbləri nəzərə alınmaqla araşdırmanın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə təhvil verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmə qeyd olunan etirazı əsaslı sayır. Belə ki, həmin etirazdan görünür ki, hazırda qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır. Qeyd olunan araşdırmanın nəticəsi hüquqi şəxsin təqsirinin müəyyən edilməsi məsələsinə təsir edəcəyindən həmin araşdırma yekunlaşmadan qeyd olunan protokolun tərtib edilməsi inzibati xəta haqqında materialın natamamlığı kimi qəbul edilməlidir. Ona görə də məhkəmə qeyd olunanları inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 26 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 26 sentyabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılsın. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-528/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-528/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver