Məhkəmə qərarları › İş №3(078)-53/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-53/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-53/2022 17.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Culfa rayonu, Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tələbəsi, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Culfa rayonu, Dizə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 17 may 2022-ci il tarixdə Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayə yaşayan Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 15 may 2022-ci il tarixdə, saat 17:00 radələrində tanışı Şəxs onun kirayə yaşadığı ünvan 2 ünvanından gələndə ona qarşı fiziki güc tətbiq etdiyini, onu döydüyünü, məsələnin araşdırılması və günahkarın qanunla müəyyənləşdirilmiş qaydada cəzalandırılmasına dair göstəriş verilməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 17 may 2022-ci il tarixli, 009938 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs ilə təxminən iki ilə yaxın müddətdə münasibətinin olduğunu, sevgili olduqlarını, qısqanc olduğu üçün və onu qısqandığı üçün təqribən 4-5 aya yaxın müddətdə aralarında mübahisə olduğunu, ondan xəbərsiz olaraq ona demədən mağazaya getməsinin, şəhərə çıxmasının mübahisəsinin səbəbi olduğunu, 15 may 2022-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs görmək üçün yaşadığı binanın qarşısına getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı binanın blokundan çıxarkən gördüyünü, ona yaxınlaşıb hara getdiyini ondan soruşduğunu, onun isə cavabında Dükana getdiyini bildirdiyini, əsəbi halda bloka tərəf getdiyini və blokun girişində dayandığını, həmin vaxt Zərərçəkmiş şəxs onun arxası ilə bloka gəldiyini, ona ondan icazəsiz niyə çölə çıxdığını və mağazaya getdiyini soruşduğunu, Zərərçəkmiş şəxs isə cavabında ev yoldaşının xəstə olduğunu, tez mağazaya gedib gələcəyini bildirdiyini, Zərərçəkmiş şəxs verdiyi bu cavabın onu əsəbləşdirdiyini, onun üz nahiyəsindən 2 dəfə şillə ilə vurduğunu, heçnə demədən blokdan çıxıb getdiyini, təqribən 2 dəqiqə sonra Zərərçəkmiş şəxs yaşadığı binanın blokuna qayıtdığını, 5-ci mərtəbənin qapısını döydüyünü, onun isə qapını açdığını, onun mobil telefonuna onu görməyə gələrkən 3 dəfə zəng etdiyini, ancaq telefonunun məşğul olduğunu, ona həmin vaxt telefonda kimlə danışdığı barədə sual verdiyini, Səkinənin ona dırnaq ustası ilə danışdığını dediyini, Zərərçəkmiş şəxs mobil telefonu ilə öz telefonunun zəng etdiyi saatları tutuşdurduğunu, onun zəng etdiyi vaxt dırnaq ustası ilə danışmadığını gördüyünü, onun üz nahiyəsinə 2 şillə və bir yumruq vurduğunu, daha sonra isə başı ilə onun burun nahiyəsinə zərbə vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs birlikdə qaldığı ev yoldaşlarının səs-küy saldıqlarını, onun cəld şəkildə oranı tərk etdiyini, taksiyə minib işlədiyi hava limanına getdiyini, əməlindən peşman olduğunu bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında hal-hazırda tibb kollecində müalicə işi üzrə İİ kurs tələbəsi olduğunu, bacısı və 3 nəfər qızla birlikdə ünvan 2 ünvanında kirayə yaşadığını, 2 ildir ki, qonşu kəndçisi olan Şəxs ilə tanış olduğunu, onunla aralarında sevgi münasibətlərinin olduğunu, Şəxs hədsiz qısqanc və aqressiv olduğu üçün ondan ayrılmaq qərarına gəldiyini, 14.05.2022-ci il tarixdə bu qərarını Şəxs bildirdiyini, onun nömrəsini qara siyahıya atdığını, 15 may 2022-ci il tarixdə saat təqribən 17:00 radələrində yaşadığı binanın həyətinə mağazaya düşdüyünü, Dəryanın binanın həyətində olduğunu gördüyünü, ona yaxınlaşdığını, onun da yaşadığı mənzilin yerləşdiyi bloka girdiyini, Dəryanın arxası ilə İİ mərtəbəyə qalxdığını, orada onu şillə vurduğunu, daha sonra onun evə qaçdığını, arxası ilə gəldiyini, qapını döydüyünü, onun qapını açdıqda ona kəllə ilə vurduğunu, bacısı və otaq yoldaşlarının onların səs-küyünə gəlib Dəryanı oradan uzaqlaşdırdığını, narahat olduğu üçün təcili yardım çağırdığını, həkimlərin onu xəstəxanaya apardıqlarını, tibbi yardım göstərdiyini, onu bağışlamadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X6 izahatında hal-hazırda Naxçıvan Dövlət Universitetində təhsil aldığını, 2021-ci ilinin oktyabr ayından Tibb kollecinin tələbəsi olan Zərərçəkmiş şəxs və əlavə 3 qızla birlikdə ünvan 2 ünvanında kirayədə yaşadığını, 15.05.2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində Səkinənin qapını açıb tələsik içəriyə girdiyini, onun ardınca əvvəldən sevgili olduqlarını bildiyi Şəxs içəriyə girdiyini, qapının ağzında Səkinəni bir kəllə, bir yumruq, bir şillə zərbəsi ilə onun baş nahiyəsinə vurduğunu, onun Dəryanı oradan uzaqlaşdırdığını, Səkinənin narahat olduğunu görüb həkim çağırdıqlarını, Səkinənin bu gün 17 may 2022-ci il tarixdə baş verən hadisə ilə bağlı polisə müraciət edəcəyini bildirdiyini, polis əməkdaşlarının onların yaşadığı evə gəlib ondan hadisəni görüb görmədiyini soruşduqlarını, onun da gördüklərini onlara olduğu kimi dediyini, polis sahə inspektorunun ondan şahidlik etməyini xahiş etdiyini, onun da qəbul etdiyini bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən 17 may 2022-ci il tarixli, 60 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağ gözün ətrafında qançır, sol gözün bayır kənarında qançır, burunun sol yarısında qançır küt əşyanın təsirindən törənə bilərdi. Xəsarətin müddəti müayinədən iki gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Culfa rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən 17 may 2022-ci il tarixli, 380 nömrəli icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 04/553 nömrəli arayışdan görünür ki, Şəxs Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir növ müavinət və təqaüd almır. İş materiallarına əlavə edilmiş Culfa rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvləri-atası, anası, qardaşı və bacısı vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq agentliyinin PHŞ Culfa rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, 43 nömrəli arayışdan görünür ki, Şəxs Culfa rayon Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə olunmuş 17 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 17 may 2022-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 17 may 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar