Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-53/2025 24.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, 2 uşaq atası, orta təhsilli, avtomobil təmiri ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tutulması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 296/2021 nömrəli xx.xx.2021-ci tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında bildirmişdir ki, 910manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəməli olduğunu, məcburi icra tədbirlərinin keçirləcəyi barədə məlumatlı olduğunu, işləmədiyi üçün tələbi yerinə yetirə bilmədiyini, 2024-cü ilin may ayında işdən azad olduğuna görə ödəmə apara bilmədiyini, işdən azad olunmamışdan əvvəl borcu əməkhaqqı ilə ödədiyini, məcburi gətirilməyi barədə qərar qəbul olunduğunu, polislə birlikdə Naxçıvan Şəhər İcra X7 gəldiyini, hazırda avtomobil təmiri ustası işlədiyini, əlilliyinin və xəstəliyinin olmadığını, hazırki vaxtadək ümumilikdə 910 manat borcu olduğunu, 100 manat aliment ödənişinə hazırda imkanı çatdığını, borcun yarısını isə bir aya ödəyə biləcəyini bildirmişdir. Bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, borclunu dəfələrlə xəbərdarlıq edilib. Aliment alan uşağın 17 yaşı vardır və hər ay 120 manat aliment ödənilməlidir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 04 iyun 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-296/2021 nömrəli xx.xx.2021-ci tarixli qətnaməsi ilə Şəxs 28 yanvar 2021-ci il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq 26 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Naxçıvan Şəhər İcra X7 göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli Naxçıvan MR Maliyyə Nazirliyinə məktubdan aliment borcunun 492 manat təşkil edildiyi qeyd edilir. 14 may 2024-cü il tarixli Naxçıvan MR Mədəniyyət Nazirliyi Heydər Əliyev Sarayının məktubuna, əsasən, Şəxs aylıq əməkhaqqından 120 manat tutularaq Zərərçəkmiş şəxs köçürülmüşdür və Şəxs tutduğu vəzifədən azad olunmuşdur. 02.102024-cü il tarixli cavabdeh Zərərçəkmiş şəxs Naxçıvan Şəhər İcra X7 verdiyi ərizəsinə, əsasən, Şəxs 420 manat borcu olduğu bildirilib. xx.xx.2024-cü il tarixli Şəxs Naxçıvan Şəhər İcra X7 verdiyi ərizəsinə, əsasən, borcunu ödəməsinə dair söz vermişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi 02 dekabr 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi 16 dekabr 2024-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında təqdimat Naxçıvan Şəhər Məhkəməsinə verilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs Naxçıvan Şəhər İcra X7 təhvil verilməsi barədə akta, əsasən, Cəfərov X5 Şəhər Polis İdarəsinin 1-ci Bölməsinin əməkdaşları tərəfindən təhvil verilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda X3 adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öaliment borcunun miqdarını və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati cərimə tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 ( beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-53/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-53/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver