Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-532/2025 05.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin nümayəndələri X3, X20, X14, X15 və X2 iştirakları ilə, X10 tərəfindən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: 1.Naxçıvan MR Ekolgiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. 2.X10 həmin qərardan şikayət vermiş, onun barəsində 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.Şikayət onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2025 ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi tərəfindən ona 184494/2025 nömrəli məktub göndərilmişdir . Məktubu açıb oxuyarkən ona məlum olmuşdur ki, X9 Xidmətinin MN : ******* nömrəli xx.xx.2025 -ci il tarixli qərar ilə barəsində inzibati cərimə tətbiq edilmişdir.Sənədlərlə tanış olarkən ona məlum oldu ki, İpək yolu restoranına tələblər irəli sürülmüş bu tələblərin yerinə yetirilmədiyi üçün cərimə İXM-nin 541-ci ( X16ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə) maddəsinə görə cərimə olumuşdur. 4.Qərar ona rəsmi olaraq dəqdim olunmamış, o, qərarın sürətini İcra və Probasiya şöbəsindən alıb ərizəyə əlavə etmişdir. 5.Əlavə olaraq bildirmək istəyir ki, İpək yolu restoranı mülkiyyət olaraq ona məxsus olsa da sahibkarı qanuni olaraq rəsmi sənədlərlə Hüseynov Vüqardır. Hər hansı bir ticari fəaliyyət ilə bağlı bir tələb irəli sürülürsə, bu tələblərin icra olunması öhdəliyi həmin fəaliyyəti qanuni həyata keçirən şəxsin məsuliyyətindədir. Sahibkarı olmadığı bir fəalliyyət üçün araşdırma aparılmadan, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti dəqiqləşdirilmədən, heç bir sübut və əsas olmadan onun adına cərimə yazılmasını qanunsuz hesab edir. 6.Tətbiq olunmuş inzibati cərimənin əsasız və qanunsuz olduğu aşağıda göstərilən qanunuvericilik aktlarında göstərilmişdir X16 haqqında qanunun 71.1-ci maddəsinə əsasən X16 sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. 7.Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun 2.1ci maddəsinə əsasən Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Deməli, cavabdeh orqanın mənim obyektimdə keçirdiyi tədbir adı nə olur-olsun, Qanunun tələblərinə tabedir. 8.Həmin Qanunun 3.2-ci maddəsində birmənalı olaraq göstərilir ki, Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bu maddədən açık şəkildə göstərilir ki sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər bu qanuna uygun tələb olunmayıbsa heç bir huquqi nəticə yaratmır və bu cür tələblər qanunsuzdur .İnzibati orqan bu qanunun tələblərini gobud şəkildə pozmuşdur . İş üzrə təqdim edilmiş protokol məhz reyestrsizlik şəraitində tərtib edildiyindən sübut kimi qəbul edilə bilməz. 9.Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2025 ci-il tarixli 3(108)- 83/2025 və xx.xx.2025 ci-il tarixli 3(108)-88/2025 nömrəli qərarlarına istinadla bu iş üzrə xüsusi olaraq diqqətə çatdırmaq istəyir ki, Naxçıvan Respublikası məhkəmə sisteminin ali instansiyası – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi analoji məzmunlu işlərdə birmənalı şəkildə hüquqi mövqe formalaşdırmışdır. Həmin qərarlarda Ali Məhkəmə qeyd edir ki, sahibkarlıq subyektinə qarşı inzibati məsuliyyət yalnız “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun bütün prosessual tələblərinə riayət edilməklə aparılmış yoxlamanın nəticələrinə əsaslana bilər. Reyestrdə qeydiyyatı olmayan, qərarı təqdim edilməyən, yoxlama suallarının siyahısı tərtib edilməyən, yoxlamanın predmeti və müddəti açıqlanmayan, məcburi prosedurlar təmin edilməyən yoxlama – Ali Məhkəmənin hüquqi mövqeyinə görə “hüquqi nəticəsi olmayan” yoxlama hesab edilir. Belə yoxlamanın əsasında tərtib edilən protokol isə hüquqi qüvvəyə malik sübut deyil və inzibati məsuliyyət üçün əsas ola bilməz. Hazırkı iş üzrə də ETSN tərəfindən aparıldığı iddia edilən yoxlama eyni qaydada qanunvericiliyin tələblərinə tam zidd şəkildə həyata keçirilmiş, reyestrdə qeydiyyat olmamış, qərar təqdim edilməmiş, məcburi prosedur şərtləri pozulmuş, sübutlar qanunsuz qaydada əldə edilmişdir. Belə olan halda bu protokolun hüquqi qüvvəsi yoxdur və sübut kimi qiymətləndirə bilməz. Ali məhkəmə qanunsuz yoxlamanın məsuliyyət yarada bilməyəcəyini hüquqi presedent kimi təsdiq edir. Bu presedentlər məhkəmələr üçün birbaşa məcburi xarakteri daşımasa da, məhkəmənin bu iş üzrə düzgün hüquqi mövqe formalaşdırması üçün həlledici hüquqi istiqamət verir. Bununla yanaşı bildirir ki, İXM-in 602.1 və 602.3-cü maddələrinə əsasən, reyestrdə qeydiyyatsız yoxlamaya görə ETSN vəzifəli şəxslərinin məsuliyyəti məsələsi də hüquqi qiymət tələb edir. Qanunsuz yoxlamanın zəruri hüquqi nəticəsi yalnız inzibati icraatın xitamı deyil, həm də həmin prosessual pozuntuya yol vermiş orqanın məsuliyyət daşımasıdır. Bu baxımdan, qanunsuz yoxlama aparmış orqan və vəzifəli şəxslərin özləri də İXM-in 602-ci maddəsinə uyğun inzibati məsuliyyət daşımalıdırlar. 10.Şikayətçi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun 3.2-ci maddəsinə istinad edərək inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati icraata tam şəkildə xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3b ildirdi ki 24 yanvar 2025-ci il tarixdə əməkdaşlar müəssisədə sənədləri istəmiş, müəssisənin sahibkarı kimi özünü təqdim edən X5 iştirakı ilə akt tərtib olunmuşdur. Aktda restoran ərazisində olan 2 taxta kupe, biri yüngül konstruksiyada olan qapalı kupe olmaqla cəmi 3 kupe sökülmüş və tikinti aparılırdır. Həmin tikinti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekspertiza rəyi alınmamışdır. Bunla bağlı vətəndaşın iştirakı ilə akt tərtib edilmiş və vətəndaş həmin aktı imza etmişdir. Daha sonra 30 yanvar 2025-ci il tarixdə müəssisəyə ekoloji tələb blankı göndərilmiş və həmin blankda 3 tələb qoyulmuşdur. Bunlardan birincisi Dövlət Ekoloji ekspertizasının rəyinin alınması, ikincisi ekoloji pasportun hazırlanması ilə bağlı, üçüncüsü isə atmosferə atılan zərərli maddələrin fiziki təsir mənbələrinin inventarlaşdırılması ilə bağlı tələblər irəli sürülmüşdür. Hər bir tələb ilə bağlı 45 gün müddət verilmişdir. 2-78 nömrəli məktubla tələb müəssisəyə göndərilmiş və müəssisənin götürməsi ilə bağlı xəbərnamədə işin içərisində mövcuddur. Tələblərin aradan qaldırılması ilə bağlı nazirliyə müraciət etməmiş və 22 aprel 2025-ci il tarixdə müəssisədə yenidən akt tərtib edilmiş və həmin tələblərin aradan qaldırılmadığı göstərilmişdir. Həmin tarixdə İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. Vətəndaş müəssisədə olmadığından telefon vasitəsi ilə məlumat verilmiş və oğlu X13 həmin aktın tərtib olunmasında iştirak etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Eyni zamanda protokol tərtib edilmiş və protokola baxılıb qərar qəbul edilməsi ilə bağlı 29 aprel tarixində məktub göndərilmişdir. Məktubda hər bir halda iştirak olmasa belə baxılıb qərar veriləcəyi qeyd edilmişdir. Həmin tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərarda da əlavə olaraq həmin tələblərin aradan qaldırılması üçün 30 gün müddət də verilmişdir. Həmin qərar ünvana göndərilmiş, lakin vətəndaş həmin qərarı vaxtında almaması ilə bağlı iddiası olmuşdur. Bunla bağlı müddət bərpa edilmişdir. Həmin tələblər bu günə kimi aradan qaldırılmamışdır. Həmin müəssisədə heç bir yoxlama aparılmamışdır. Sadəcə həmin sənədlərinin olmamasına dair qərar qəbul edilmişdir. Sonra yenidən baxış keçirilsə də, tələblər aradan qaldırılmamışdır. 06 may 2025-ci il tarixli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. 12.Məhkəmə iclasında Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X15 bildirdi ki, X16 haqqında Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinə eyni zamanda Nazirlər Kabinetinin 184 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi qaydasının 2.1-ci bəndində qeyd olunur ki, istehsal, sosial, ticarət, ictimai, iaşə obyektləri dövlət ekoloji ekspertizasının obyekti hesab edilir. Bu baxımdan həmin müəssisənin dövlət ekoloji ekspertizasından keçirilməsi mütləqdir. Burda Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikasının qanununa müvafiq olaraq dövlət ekspertiza rəyinin verilməsi müddəti 5 il müəyyən edilmişdir. Müəssisə həmin müddətlər ərzində rəy almamışdır. Müəssisə təhlükəsizlik dərəcəsinə görə 4-cü təhlükəsizlik kateqoriyasına aiddir. Müəssisənin uzun illərdir fəaliyyət göstərməsi səbəbindən ətraf mühiti çirkləndirən maddələrin yol verilə bilən həddin miqdarı müəyyən edilmişdir. Həmin həddin miqdarını bilmək üçün 2023-cü il tarixli Nazirlər Kabinetinin Qərarının 1.7-ci bəndinə əsasən həmin müəssisə tərəfindən atmosferə atılan çirkləndirici maddələrin həddi ilə bağlı sənəd tərtib olunmalı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalıdır. Sənədi özü və ya hər hansı şirkət tərəfindən hazırlada bilər. Ekoloji pasportda Ətraf mühitin təsirin qiymətləndirilməsi haqqında Qanunun 4.20-ci bəndinə əsasən, müəssisə həmin fəaliyyətə dair müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Məhkəmədən 06 may 2025-ci il tarixli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi.
Sübutların tədqiqi:
13.İş materiallarında olan, 30 yanvar 2025-ci il tarixli, 27 nömrəli aktdan görünür ki, dövlət ekoloji ekspertiza rəyinin, ekoloji pasport və atmosfer havasına atılan zərərli maddələrin ona fiziki təsir mənbələrinin inventarlaşdırılması sənədlərinin mövcud olmadığı qeydə alınmışdır. Həmin tələblər icra edilmədiyi təqdirdə AR İXM-nin 541-ci maddəsi ilə fiziki şəxs qismində 900 manata qədər məbləğdə cərimə edilərək, həmin məcəllənin 116-cı maddəsində göstərilən qaydada müvafiq prosedur həyata keçiriləcəyi bildirilmişdir. 14.İş materiallarında olan, 31 yanvar 2025-ci il tarixli, 3-14-32-8/2-78/2025 saylı məktubla X6 30 yanvar 2025-ci il tarixli X16 sahəsində pozuntuların aradan qaldırılması barədə tələb blankı göndərilmişdir. 15.İş materiallarında olan, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin X7 ünvanlanmış 29 aprel 2025-ci il tarixli, 3-14-32-8/2-554/2025 saylı məktubunda törətdiyi inzibati xəta halına baxılıv müvafiq qərar qəbul olunması üçün 06 may 2025-ci il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gəlməyi xahiş olunmuşdur. 16.İş materiallarında olan Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətində qeyd olunur ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “İpək Yolu” restoranında xx.xx.2025-ci il tarixli 27 nömrəli tələb blankında göstərilən tələbləri yerinə yetirməmişdir. Nəticədə X16nə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərini yerinə yetirməməsi nəticəsində X10 Azərbaycan Respublikası İXM-in 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. 17.İş materiallarında olan 18 sentyabr 2025-ci il tarixli Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin MN: ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı üzrə icraata başlanılmışdır. 18.İş materiallarında olan Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin 04 noyabr 2025-ci il tarixli, 03/2025 saylı qərardadı ilə buraxılmış müddətin bərpasına dair vəsatət rədd edilmişdir. 19.İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 3-27-100-11/2-558/2025 saylı məktubunda 13 may 2025-ci il tarixli məktubun X25 doldurma məntəqəsində Nümayəndə təhvil verildiyi qeyd olunmuşdur. 20.İş materiallarında olan, İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə şərti olaraq tətbiq edilmiş, hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün vaxt verilmişdir
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
21.Məhkəmə şikayti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin nümayəndələri dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. 22.Məhkəmə qeyd edir ki, şikayətçi şikayət ərizəsində iki əsasa istinad edərək, şikayətini əsaslanıdırmışdır. Belə ki, şikayətçi əvvəla həmin yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun tələblərinə uyğun aparılmadığını, ikincisi isə sahibkarı olmadığı bir fəalliyyət üçün araşdırma aparılmadan, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti dəqiqləşdirilmədən, heç bir sübut və əsas olmadan onun adına cərimə yazılmasını qeyd etmişdir. 23.Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun 1.1.1-ci maddəsində, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 24.X16 haqqında Qanunun 13-cü maddəsinin 1.4-cü bəndinə əsasən X16 sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələri sırasında göstərilmişdir. 25.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun 4.20-ci maddəsinə əsasən (Bu Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin fəaliyyətlə bağlı obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), X16 sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. 26.“X16 haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci bəndinə əsasən döövlət ekoloji ekspertizasının obyektlərinə istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətrafmühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri aiddir. X16 haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü bəndinə əsasən ekoloji ekspertiza rəyi olmadan sənaye və qida məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. 27.Məhkəmə qeyd edir ki, hazırki halda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin X4 müvafiq sənədlərin tələb edilməsi sahibkarlıq sahəsində aparılan yoxlama hesab edilə bilməz. 28.Belə ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən X7 məxsus İpək yolu restoranında hər hansı sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirməsinin qiymətləndirməsi üzrə tədbirlər yəni müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər həyata keçirilməmişdir. Məhz bu səbəbdən də, şikayətçinin digər dəlili olan həmin əmlakın sadəcə mülkiyyətçisi olması, sahibkarı olmaması səbəbindən qərarın ləğvinin tələb edilməsi əsassızdır. X23 Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən sahibkarlıq sahəsində yoxlama keçirilsə idi, onda sahibkarın deyil, mülkiyyətçinin məsuliyyətə cəlb edilməsi əsaslı sayıla bilərdi. 29.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən X16ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. 30.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 31.Həmin Məcəllənin 130-cu maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 32.Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 33.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidməti tərəfindən X10 barəsində tərtib edilmiş 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
X5 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 Xidmətinin 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.
Hakim: Aslan Heydarov.