Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-540/2025 24.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İnzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə X1 verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM:
1. X2 xx.xx.2025-ci il tarixli, İXP7522532 saylı Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin inzibati xəta haqqında qərarından Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli, İXP7522532 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə şikayəti araşdırıraq hesab edir ki, X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.
4. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.
5. Məhkəmə qeyd edir ki, şikayətçi ərizəsində xx.xx.2025-ci it tarixli, İХР7522532 saуılı lnzibati Хəta haqqında qərarla tanış edildiyini, və iş üzrə ayın xx.xx.2025-сi il tarixdə video görüntülərə baxdıqdan sonra ona imza etdirilərək təqdim edildiyini bildirsə də, şikayətçinin qeyd etdiyi lnzibati Хəta haqqında qərar deyil protokoldur və təqdim edilmiş sənədlərdən görünür ki, İnzibati Хəta haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, şikayətçi tərəfindən məhkəməyə şikayət isə 24 noyabr 2025-ci il tarixdə təqdim edilmiş, şikayətçi X2 inzibati xəta haqqında qərarı hansı tarixdə əldə etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. 6.Həmçinin, məhkəmə qeyd edir ki, şikayətçi şikayət ərizəsində xx.xx.2025-ci il tarixli, İXP7522532 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırarkən İnzibati xəta haqqında qərarın xx.xx.2025-ci il tarixli, TP7624552 saylı olduğu məlum olmuşdur. Belə ki, şəxs inzibati xəta haqqında qərardan yox, inzibati xəta haqqında protokoldan şikayət vermişdir. 7.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan deyil, qərardan şikayət verilə bildiyi təsbit olunmuşdur. 8.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. 9.Şərh olunanlara əsasən, QƏRARA ALDİM: Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, İXP7522532 saylı protokolundan X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakim: Aslan Heydarov