Məhkəmə qərarları › İş №3(078)-542/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-542/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-542/2025 24.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 3 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 X6 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 24 noyabr 2025-ci il tarixli, 285000/90087 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 24 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 23 yanvar 2008-ci il tarixdə anadan olmuş X1, 05 fevral 2009-cu il tarixdə anadan olmuş AbdullayevZahir Zaur oğlunun və 11 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay 1 uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 330 (üç yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası X2 ödənilsin. Müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 24 noyabr 2021-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınsın. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(078)-884/2021 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulması ləğv edilməsi qət edilmişdir. Naxçıvan şəhəri 2 saylı notariat ofisinin 8İ-1255 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti/ Vöen:********** X16, Naxçıvan Şəh. H.Rəhmanov Dön-4 Ev.1 X6 Şəxs (AZE********, xx.xx.2018 - Naxçıvan; FİN: xxxxxxx; d/t: xx.xx.1982) BPM**********41 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1032 manat 03 qəpik (min otuz iki manat üç qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1057 manat 03 qəpik (min əlli yeddi manat üç qəpik) pul tutulmasının qeyd olunduğu aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarlarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında aliment borcu olduğu üçün axtarışda olduğunu, 5910 manat borcu olduğunu, 3 uşağa görə bir uşağa 110 manat olmaqla, ümumilikdə 330 manat aliment ödədiyini, tələbkara ayrıca da borcu olduğunu, uşaqların ölkədən getməsinə icazə verməsi qarşılığında tələbkarın aliment borcunun 1000 manat hissəsini sildiyini, bu ilin fevral ayında barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, məhkəmə iclasından qabaq 1500 manat ödəniş etdiyi üçün iş üzrə icraata xitam verildiyini, həmin vaxtdan sonra cəmi 280 manat ödəniş etdiyini, Bakı şəhərində taksi sürücüsü işlədiyini, bir neçə ay bundan əvvəl qəzaya düşdüyünü, qabırğalarının sındığını, bu səbəbdən bir neçə ay işləyə bilmədiyini, həmçinin sürücülük hüququnun da məhdudlaşdırıldığını, özünün polis idarəsinə gedərək onu Naxçıvan şəhərinə gətirmələrini istədiyini, burada iş tapdığını, ödəniş edəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında 11 fevral 2025-ci il tarixdə şəxsin 3130 manat aliment borcu olduğunu, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, məhkəmə iclasından qabaq 1500 manat ödəniş etdiyi üçün iş üzrə icraata xitam verildiyini, şəxsin tələbkara ayrıca da borcu olduğunu, öz aralarında razılığa gələrək tələbkarın ərizəsi əsasında həmin icra sənədi üzrə icraata xitam verildiyini, şəxsin barəsində olan inzibati xəta haqqında protokola xitam verildikdən sonra şəxsin 50-100 manat olmaqla 280 manat ödəniş etdiyini, əlavə olaraq "xxxx" ASC-ə də 1057,03 manat borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 24 iyun 2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 24 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 23 yanvar 2008-ci il tarixdə anadan olmuş X1, 05 fevral 2009-cu il tarixdə anadan olmuş AbdullayevZahir Zaur oğlunun və 11 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay 1 uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 330 (üç yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası X2 ödənilsin. Müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 24 noyabr 2021-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınsın. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(078)-884/2021 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulması ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 saylı, 25 noyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 25 noyabr 2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 19 dekabr 2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş Naxçıvan şəhəri 2 saylı notariat ofisinin 8İ-1255 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti/ VÖEN:********** X16, Naxçıvan Şəh. H.Rəhmanov Dön-4 Ev.1 X6 Şəxs (AZE********, xx.xx.2018 - Naxçıvan; FİN: xxxxxxx; d/t: xx.xx.1982) BPM**********41 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1032 manat 03 qəpik (min otuz iki manat üç qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Şəxs Tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1057 manat 03 qəpik (min əlli yeddi manat üç qəpik) pul tutulmasının qeyd olunduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 19 aprel 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhəri 2 saylı notariat ofisinin 8İ-1255 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 19 aprel 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 12 sentyabr 2023cü il tarixdə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. İnzibati həbsin müddəti 12 gün müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 24 noyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar